Fitsceraldın qızına məktubu
Proza
Sevimli qızım!
Mən çox ciddi nəzarət edəcəyəm ki, sən boynuna düşən vəzifələri yerinə yetirəsən. Xahiş edirəm, mənə fransızca nə oxuduğun barədə geniş məlumat verəsən. Sənin xoşbəxt olduğunu eşidəndə sevindim, amma bilirsən ki, mən xoşbəxtliyə o qədər də inanmıram. Elə bədbəxtliyə də. Hər ikisi ancaq tamaşalarda, kinolarda, kitablarda olur, həyatda isə bunlar heç vaxt başımıza gəlmir.
İnandığım bircə şey var; həyat ləyaqətə görə mükafatlardan, vəzifə və borclarını yerinə yetirməməyinə görə əvəzini ikiqat ödəyəcəyin cəzalardan ibarətdir. Düşərgədə kitabxana varsa, xanım Taysondan xahiş elə, sənə Şekspirin içində bu cümlə olan sonetini oxusun: “İrin qoxan zanbaqlardansa, alaq otları yaxşıdır”.
Oturub düşünməyə vaxtım olmayıb heç, səhərdən axşama qədər “Saturday Evening Post” üçün hekayə yazmaqla məşğulam. Tez-tez səni xatırlayıram və hər dəfə içimə sevinc dolur; amma sən bir də mənə “Pappy” desən, oyuncaqlar olan qutudan ağ pişiyini çıxarıb sənin hər pis sözünə görə ona 6 sillə vuracam. Yaxşı başa düşdünmü dediklərimi?
Düşərgənin xərcini hesablasınlar, ödəyəcəm.
Hə, qoy indi də axmaq atan sənə bir az məsləhət versin:
Həyatda daim qorumalısan:
Məqsədim nədir?
Yaşıdlarımla müqayisədə hansı sahələrdə daha yaxşıyam?
(a) Elm-mədəniyyət
(b) İnsanları başa düşüb, dil tapa bilirəmmi?
© Bədənimi idarə etməyi tam bacarırammı?
Səni sevirəm, Atan.
P.S: Əgər mənə yenə “Pappy” desən, mən də sənə “Protoplazma” deyəcəm. Çünki sən həyatın ən primitiv mərhələsindəsən, əgər istəsəm, səni su vedrəsinə ata da bilərəm. Yox, ən yaxşısı hamıya deyərəm ki, sən Protoplazmasan. Xoşuna gələrmi Protoplazma Fitscerald, ya Plazma, Marazma, ya da ona oxşar bir şey? Bir dəfə də belə çağır məni, gör sənə nə edəcəm. Bütün qalan həyatında qoyduğum ləqəb səni izləyəcək. Necə bilirsən, bəlkə heç lazım deyil?
Yaxşı, nə olur-olsun, öpürəm səni!
İngiliscədən tərcümə etdi: G.Əsgərzadə

- Cəsarətini;
- Dəqiqliyini;
- Çalışqanlığını;
- At sürmə bacarığını;
- İnsanların nə düşündüyünə aludə olma;
- Oyuncaq gəlinciklərə baş qoşma;
- Keçmişə aludə olma;
- Gələcək üçün narahat olma;
- Böyüməyə aludə olma;
- Kiminsə səni ötüb keçməyini vecinə alma;
- Qalibiyyətə aludə olma;
- Sənin səhvin ucbatından deyilsə, uğursuzluğu vecinə alma;
- Milçəklərə fikir vermə;
- Ağcaqanadlara da fikir vermə;
- Ümumiyyətlə, həşəratlara fikir vermə;
- Valideynlərə çox baş qoşma;
- Kişiləri vecinə alma;
- Həzzə aludə olma;
- Razı qalmağa çalışma.
Məqsədim nədir?
Yaşıdlarımla müqayisədə hansı sahələrdə daha yaxşıyam?
(a) Elm-mədəniyyət
(b) İnsanları başa düşüb, dil tapa bilirəmmi?
© Bədənimi idarə etməyi tam bacarırammı?
Səni sevirəm, Atan.
P.S: Əgər mənə yenə “Pappy” desən, mən də sənə “Protoplazma” deyəcəm. Çünki sən həyatın ən primitiv mərhələsindəsən, əgər istəsəm, səni su vedrəsinə ata da bilərəm. Yox, ən yaxşısı hamıya deyərəm ki, sən Protoplazmasan. Xoşuna gələrmi Protoplazma Fitscerald, ya Plazma, Marazma, ya da ona oxşar bir şey? Bir dəfə də belə çağır məni, gör sənə nə edəcəm. Bütün qalan həyatında qoyduğum ləqəb səni izləyəcək. Necə bilirsən, bəlkə heç lazım deyil?
Yaxşı, nə olur-olsun, öpürəm səni!
İngiliscədən tərcümə etdi: G.Əsgərzadə
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
B.Rassel. İnsanların çoxu özlərini bədbəxt saymaqda yanılırlar