Murad Muradov - Atamın pencəyi
Proza
Murad Muradov - Atamın pencəyi
Uzun illər keçsə də bir vaxt, yaşamış olduğum dəhşət dolu hadisələri düşünərkən, gözlərimə yığılmış, yaşların qarşısını almaqda çətinlik çəkirəm. Sanki həmin an əlim-ayaqım keyləşir, boğazım düyünlənir, boğuluram, nəfəsim daralır...
Ailəmlə bir ömur bərabər, xoşbəxt, həyatıma davam etmək üçun keçmişin sağalmaz travmalarından çətin olsa da qurtulmalıyam:
Başıma gəlmiş bu hadisələr, öz ağır nəticələri ilə məni dəhşətə gətirib, əzab verir və məhv edir: Buna görə də, bu günə qədər heç kimə demədiyim, keçmişdəki qorxunc olayları artıq yazıb, hər kəslə paylaşmaq istəyimi qətiləşdirdim:
Bəlkə bu yolla mən, qismən də olsa, rahatlıq tapacaqdım...
Gecədən səhərəcən yazı stolunun dalında oturub, kompüterimdə, yazmaq üçün açdığım, boş səhifəyə, baxıram. Hansı hisslər keçirdiyimi, necə ağrıyla, əzabla, illərdi daşıdıqım bu yükdən, yazmaqın çətinliyini, bir Allah bilirdi, bir mən. Keçmişdə bir neçə dəfə yazmaq istəsəm də, cəsarətim çatmamışdı. O qədər olub ki, bu hekayəmi ətrafımda olan, doğma insanlara danışmaq istədiyim yerdə, hönkürtü ilə ağlayıb, yarımçıq qoymuşam...
Şaxtanın insan bədənini qılınc zərbəsi kimi kəsdiyi, qışın oğlan çağında atamın, anamın, dörd yaşlı bacımın və mənim başımıza gələnləri istərdim siz də biləsiz:
Onlar rayonumuzun bir neçə kəndinini işğal etsələr də, bizim kənd hələ dözürdü. Kəndimizin, elin-obanın qeyrətli, cəsur oğulları, ağsaqqaları, cavanları postlar qurub, düşmənə müqavimət göstərməyə çalışırdı. Düşmənin silah səsləri kənddə gecə-gündüz eşidilirdi. Biz artıq bu səslərə vərdiş olmuşduq. Alazan tipli raketlərin göydə necə uçuşduğunu tez-tez görürdük. Vəziyyət tamam qarışmışdı. Artıq kənddə hamı çox narahat idi.
O gün isə hamılıqla kəndi tərk etmək məcburiyyətində qaldıq. Biz də evimizi, nəyimiz varsa hamsını elə ordaca qoyub, onlara qoşulduq. O gecə ya meşədə soyuqdan donacaqdıq, ya gülləyə tuş gələcəkdik, yada, hər ikisindən də betər olanı, əsir düşüb, cəhənnəm əzabı yaşayacaqdıq.
Seçimimiz yox idi:
Heç nə götürmək olmazdı, yalnız yemək-içmək və isti geyim. Artıq kəndimizlə sağollaşmışdıq. Hava soyuq və şaxtalı idi. Qarda yağırdı. Yollar buz bağlamışdı. Sağ qalmamız bir möcüzə olacaqdı...
Atam bacımın yanaqından öpdü, onu çiyninə götürdü, bərk- bərk boynuna sarılmasını istədi. Mənim və anamın əlindən tutdu. Xilas olmaq üçün kəndin ərazisindən axan, çayı keçməli idik. Çay suyunun soyuqu insanın iliyini dondururdu. Suyun öldürücü soyuqluqundan ağlamaq istəyirdim amma səsimizi eşidərlər deyə ağlamaqa da qorxurdum. Birtəhər, güc-bəla ilə çayı keçdik. Nə qədər ehtiyatla davransaq da, yetərincə islanmışdıq. Anam əynindəki qalın, yun jaketi çıxardıb, mənim ayaqlarıma sarıdı. Yaş corablarımı soyundurub, suyun bərk-bərk sıxıb, çəkmələrimin için sildi. Atam anamın titrədiyini, onun da açınacaqlı halda olduqunu görüb, pencəyini çıxardıb, anamın çiyninə atdı. Bir qədər də nəfəsimizi dərib, meşənin dərinliyinə girdik. Uzaqdan silah səsləri, insan qışqırıqları gəlirdi. Kəndimizə od vurub yandırırdılar. Bunu göy üzünü işıqlandıran alovdan və uçalan tüstüdən bilmək olurdu...
Atam kəndimizdəki meşələrə yaxşı bələd idi. Gizli və kəsdirmə yollarla bizi rayon mərkəzinə çatdırmaq istəyirdi. Elə bu zaman yaxınlığda silah səslər eşitdik. Atam geriyə çevrildi, əllə işarə edib, bizə, -əyilin dedi:
Çöməlib bir müddət hərəkətsiz qaldıq. Bacım atamın qucaqında idi. Bir neçə addım ehtiyatla irəliyə gedib, nəyin baş verdiyini öyrənməyə çalışdı. “Deyəsən düşmənin mühasirəsinə düşmüşdük”.
Atam hər şeyi hiss etmişdi. Ətrafı gözdən keçirib, yanımıza geri qayıdıb, tələsik bizi, meşənin başqa səmtinə, dərinliyə doğru apardı. Qarın üzərində yerimək də olduqca çətin idi. Atam dayanıb, yenidən ətrafa göz gəzdirdi. Yağan qardan sonra hər yer ağappaq idi. Qaraltı daha yaxşı seçilirdi, diqqəti tez cəlb edirdi. Buna görədə;
Gözünə ilk sataşan, iri gövdəli, içi çürüyüb, ovulmuş Palıd ağacının oyuğuna bizi bir təhər salıb,
-“Mən gəlincəyə qədər burda səssiz, sakit gözləyin”- dedi:
Qəribə bir səssizlik yarandı. Hamımız heyrətlə bir-birimizin üzünə baxırdıq. Baş verənləri anlamaq çətin idi...
Amma çox gözləsək də nə o gecə, nə səhər tezdən atam gəlmədi...
Anam, bacım və mən qorxu və həyəcanla, gözümüzü qırpmadan səhəri birtəhər açmışdıq. Sübh tezdən, dan yeri ağarmaqa başlayanda, yaxınlıqdan insan səsləri yenidən eşidildi. Anam müşahidə aparıb, səslərin meşənin hansı tərəfindən gəldiyini anlamaqa çalışırdı. Eşidilən səslər kənd adamlarının səsi idi. Onlarla insan səhər açılar-açılmaz, düşmənə əsir düşməmək üçün gizli yollarla, məcburiyyətdən qacmaqa çalışırdı. Bizdə onlara qoşulduq. Ən dəhşətlisi bilirsiz nə oldu?
Meşə ilə irəllədiyimiz yolda, atamın və basqa tanışların cəsədlərini öz gözlərimlə gördüm. Onu amansızlıqla qətlə yetirmişdilər. İnsan-insana belə işgəncə verə bilməzdi: Bunun edə bilmək üçün gərək ki, insana xas olmayan, heyvani, vəhşi, hislərə sahib olmalıydın..
Anam insanda tük ürpərtən, qorxunc hərəkətlər sərgiləyirdi. Sanki ağlı başından çıxmışdı. Əlləri ilə qarlı torpağı eşib, dodaq altından xırıltılı, qaralmış səsi ilə atamın adını təkrarlaya-təkrarlaya qəbir qazırdı. Atamı birtəhər orda basdırdıq...
Zaman itkisi, bizim eleyhimizə idi. Beləcə o gün atamı meşədə dəfn edib, böyük əzablardan sonra, düşmənə əsir olmaqdan qurtulduq...
Anam bir müddət yaşadıqlarının şokundan, mənlə və bacımla maraqlanmadı. Onun xasiyyəti kəskin dəyişdi. Günü-gündən daha hüznlü, dalğın, əsəbi və başqalarının duyğularına qarşı laqeyd olmağa başladı. Bir qadının, çox sevdiyi həyat yoldaşının, zorakılıqla qətlə yetrilmiş meyidini görməsi, onu öz əlləri ilə dəfn etməsi, təsəlli veriləcək hadisə deyildi...
Mən və bacım ona yaxınlaşıb, qucaqladıq və üzündən öpdük. Qadın elə bil yuxuda idi diksinib ayıldı. Gözlərini qırpmadan bacıma baxırdı, sonra onun sarımtıl, yumyumşaq saçlarını tumarlayıb, hər ikimizə bərk-bərk sarılıb, durmadan bizi öpüb ağladı.
O dəhşətli gecədən çox az sayda adam qurtula bilmişdi. Qocalar, qadınlar, uşaqlar daha çox düşmənə əsir düşmüşdü. İşgəncə verilərək öldürülən, insanların sayı hesabı yox idi. O gecə bizim kənd soyqırımın qurbanı oldu...
Ac susuz, yuxusuz və əzablı günlərdən sonra bizi başqa bir rayona gətirdilər. Beləcə o rayonda məskunlaşmalı olduq. Çox çətin idi. Aclıq, səfalət, qorxu, başımızın üstün almışdı. Anam güclü görünməyə çalışırdı. Bir müddət burda qaldıqdan sonra, başqa rayonda yaşayan, qohumlarımızın köməkliyi ilə paytaxtda ev tapıb, məskunlaşdıq. Bizə bir otaqlı, elə də yaxşı şəraiti olmayan daxma təşkil etdilər. Sevinirdik, qışın bu oğlan çağında, buna da şükr etməyə dəyərdi. Başımızı soxmaqa damımız, daxmamız vardı. Beləcə əclaf düşmənlərimiz sayəsində evimizdən, eşiyimizdən və sevdiklərimizdən uzaq, “yeni həyata” başladıq...
Bir neçə həftə keçəndən sonra anam çörək sexlərinin birində gecə növbəsinə iş tapdı. Məni də təhsilimi davam etdirmək üçün yaxınlıqdakı məktəbə yerləşdirdi. Mən dərsədən gələnə qədər, balaca bacıma anam baxardı. Sonra o işə gedərdi və bacıma mən baxardım. Doqquz yaşım vardı, gecələr qorxsaq da, mən və bacım evdə tək qalırdıq. Anam gecə növbəsində çalışdıqı üçün işdən demək olar ki, səhərə yaxın gəlirdi. Onun gəlişini, qapının kilidini açarkən, çıxardıqı səsdən yox, özündən öncə gələn, üzərinə hopmuş, insana hüzur verən, çörək ətrindən bilirdim. Anamın çörək ətri, hələ də burnumdadı...
Anam kəntdən məcburi gecə qaçarkən, çayı keçdiyimiz vaxt soyuqdan donmasın deyə atamın ona verdiyi “boz pencəyi” göz bəbəyi kimi qoruyub saxlayırdı. Ən maraqlısı bilirsiz nədi ? Evimizdə atamın bu boz pencəyi, hər kəsin görə biləcəyi divara bərkidilmiş, asılqandan asılmışdı. Anam daima qazandıqı pulları son qəpiyinə qədər bu pencəyin cibinə qoyardı. Mən və bacım anamdan pul istədikdə, -“gedin atanzın pencəyinin cibindən alın”- deyərdi:
Mən atamın ölümünü, anamın bu nəcib hərəkəti sayəsində ruhsal olaraq hiss etmirdim. Köhnəlmiş boz bir pencəy sayəsində, atam evimizdə mənən yaşayırdı. Bəzən elə bilirdim atam yanımızdadır evdə hardasa gizlənib, bizimlə gizlənqaç oynamaq istəyir. Onu səsləyib, “Ata” deyə çağırmaq istəyirdim. Bəzən də elə zənn edirdim ki, o uzaq bir səfərə çıxıb və tezliklə qayıdacaqdı...
Anam ona sadiq çıxdı. Heç bir kişi ilə ailə həyatı qurmadı. Anamın saçları o dəhşətli gecədən sonra, qar kimi ağardı və əsla anamı saçına saç boyası sürtən görmədik. Qara rəngli baş örtüsünü də, hara gedəsi olsa da başından əskik etməzdi. Bəzən gecələr bizim yatdıqımızı zənn edib, atamın pencəyin qoxlar, öpər, əlləri ilə ona sığal çəkərdi. Pencəyin yaxasındakı cibindən, atamın şəklini çıxardıb, uzun uzadı əlləri ilə şəkili oxşayıb, baxardı. Hətda ağladığınıda görmüşdüm. Anamın ərinə olan hədsiz sədaqətini, izah etmək mənə çox çətindi...
Mütləq uşaqlığınızda yəqin ki, sizdən də soruşublar;
“Ananı çox istəyirsən, atanı ?”. İlk əvvəl “Hər ikisini” desək də az israr edincə utanaraq, sıxılaraq asta səslə, “Anamı” deyərdik; Bəli mən anamı çox sevirdim, bu gün də anam ən qiymətlimdir. O bizə “həm ata həm ana” oldu: Hər ikimizə yaxşı təhsil tərbiyyə verdi. Ən başlıcası isə o “bozarmış pencək” sayəsində bizə, hər gün atamızı xatırlatdı. Ata sevgisinə möhtac, iki övladın yarasını qismən də olsa anam sağaltmışdı...
Bizlərə doğru-dürüst və sadiq yaşamaqı öyrədən anam, ərinə yaxşı həyat yoldaşı, övladlarına isə əsil ana olmaqı bacarmışdı.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ