Vaqif Osmanov - "MƏSCİD YOLUNDA GÜLLƏRİ QOXULAMAQ" VƏ YAXUD BU GÜNÜMÜZÜN SEVGİ DASTANI...
Proza
Nemət Mətinin yeni hekayəsi - "Məscid yolunda gülləri qoxulamaq" düşüncələrimi təzələdi. Düşüncəmin cizgiləri ilə sevgiyə yeni çalar, yeni hava, yeni təravət gətirən indiki zamanın mənzələrini yaratmağa çalışdım:
1. Nemət yazır: "Yoldan keçənlərə baxıram. Oğlan, qoca, kişi, qız, xala, nənə itlə, baba nəvəsi ilə, sevgililər də..." Nemət bəyin icazəsi ilə yarımçıq cümləni tamamlayıram: etinasızcasına ya pop - korn, ya dönər - kabab gövşəyə - gövşəyə, ya da Aqşin Yeniseyin dili ilə desək, ucuz və bumbuz dondurma yeyib dişlərini tökə - tökə gəzişirlər. Nə yaxşı ki, babanın yanında nəvəsi var. Və bir də bahalı mobil telefonlar - çünki hərdən bir selfi çəkdirəndə sevgililər sevginin ilıq nəfəsini bir-birinin yanağında hiss edirlər...
2. Saatın hər "danq"ı ömrün bir saatını laqeydcəsinə xərcləməkdirsə, Nemət bəyin lirik qəhrəmanı - bədbəxt aşiq təkcə altı "danq"ı - altı saatı deyil, ömrünün bütün "danq"larını bada verdi...
3. Təkcə "ömrün baharı"nın deyil, bütün fəsillərinin gözəlliyini, "restoran" xülyalarını aşiqin "qarnının musiqi ansamblı" qəbristanlığa qədər sürüklədi. Mənəvi aclıq əsl cəhənnəm əzabıdır...
4. "Çiyələk sürtülmüş dodaqların" dadını, "moruq sürtülmüş yanaqların" təravətini "danq - danq"lar ilim - ilim itirdi...
5. Zamanımız nə yoxsulmuş. Bir milyonçu dörd dilənçini yola verə bilmir...
6. "Lambada" yox, "Tərəkəmə" oynamağına inanıram lirik qəhrəmanın, eləcə də Nemət bəyin. Milli ruhlu sevgilinin və onun yaradıcısının daxilini "Heyvagülü", "Gəlinatlandı", "Qoçəli" atəşləndirər. "Naz eləmə", "Uzundərə" səbri tükənmiş aşiqin rəqsi ola bilməz. Bu aşiqin səbri filin dözümü qədərmiş...
7. İki molla da bizimkidir, oxuduqları bizimki olmasa da. Onlar bizim dövrümüzdə yaşasalar da düşüncələri bizdən fərqlidir. Bir-birinə kəf gəlməkdə bizim bəzilərimizə oxşarlıqları var. Amma "yağlı ölü" axtarmaqda mahirdirlər, bizdən fərqli olaraq. Bu günün mentallığı ilə nəfəs alırlar. Şəriətin qanunlarını da dəyişə bilərlər. Günahlarını yumağın yeni - özlərinə xas yolunu da asanlıqla tapırlar. "Günah olmasaydı dua nəyə lazım olardı". Maraqlı düşüncədir, əhsən, Nemət bəy. Çoxdan bir filmə baxmışdım: "Yağış bütün izləri yuyur". Dua da bütün günahları yumaq qüdrətinə malikmiş. Günahdan qorxmaq fağırların, mövhumatçıların bəxtinə düşüb. Mollalar isə heç vaxt fağır olmurlar...
8. Nemət bəy nəhayət saf dua növü "icad" edib: "Gülləri sevə - sevə qoxulamaq "qışqıra - qışqıra dualar oxumaqdan min qat böyük və saf duadır". Tanrı haqqı düzdür!
9. "Əsl fəlsəfə zamanıdır", Nemət bəy. Sən nə Erazmdan, nə də Volterdən geri qalırsan.
10. Sən nə möhkəm "cır qoz"sanmış, Nemət! Həqiqi sevənləri heç nə və heç kim sındıra bilməz!
7 dekabr 2019.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Nemət Mətin - Məscid yolunda gülləri qoxulamaq
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə