Edebiyyat.az » Proza » İkiünvanlı məktub

İkiünvanlı məktub

İkiünvanlı məktub
Proza
Necef Esgerzade
Müəllif:
13:50, 12 dekabr 2019
1 757
0
O gün Mark Tven çox fikirli idi.Çünki yüksək vəzifədə işləyən yaxın dostu «görüşləri fərqli olduğu üçün» vəzifəsindən azad edilmişdi.Və Mark Tven o axşam oturub prezidentin qızına bu məktubu yazdı :«Hörmətli xanım! Mən dövlət böyüklərindən heç vaxt heç nə xahiş etməmişəm. Ancaq bu səmimi məktubumda baş vermiş bir haqsızlığı sizə xəbər verməkdə də bir qəbahət görmürəm»
məktubDaha sonra məşhur yazıçı ən yaxşı dostunun(həm də ən yaxşı dövlət məmurunun) «görüşləri fərqli olduğu üçün» vəzifəsindən azad edilməsindən danışdı və axırda da öz məktubunu aşağıdakı cümlələrlə bitirdi:«Mən prezidentlə danışa bilmirəm.Ancaq siz həm prezidentlə danışa,həm də mənim fikirlərimi ona çatdıra bilərsiniz.İnanın,əgər bunu etsəniz ,sizdən çox razı qalaram».Bir neçə həftə sonra Mark Tven ABŞ Prezidentindən öz xətti ilə belə bir məktub aldı:«Qızım məktubunuzu aldığını sizə bildirməyimi xahiş edir və məktubu prezidentə oxutmaq cəsarətini göstərdiyini əlavə edir.Prezident də verdiyi bu mühüm məlumat üçün Mark Tvenə təşəkkürünü bildirir və dostunuzun vəzifəsindən azad edilməyəcəyi barədə söz verir».
 Sizcə,bu məktuba niyə prezidentin qızı yox,özü cavab vermişdi?Çünki prezidentin qızının o vaxt hələ bir yaşı tamam olmamışdı.
 



Ailəm jurnalı

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)