Əlisa Nicat - Ruhların söhbəti: Şopenhauer və Nitşe
Proza
NİTŞE – Ustad, niyə böyük şəxsiyyətlər heç vaxt öz pərəstişkarları ilə bir əsrdə doğulmurlar? İkincilər həmişə gecikmiş olurlar. Tale niyə onları görüşdürmür?
ŞOPENHAUER – Yəqin ki, pərəstişkarları məyus etməməkçün.
NİTŞE – Zarafatınız duzlu və hazırcavab olsa da, mən ciddi soruşuram. Axı bu görüş vaxtaşırı baş tutsaydı, pərəstişkarlar nə qədər qazanardılar. Şəxsən mən orada sizinlə görüşə bilsəydim, nə qədər müşkülləri özümçün aydınlaşdırar, heç kimə deyə bilmədiyim nə qədər həqiqətləri sizinlə bölüşüb yüngülləşərdim.
ŞOPENHAUER – Əzizim, indi belə deyirsən. Əgər sən mənimlə bir dövrdə yaşasaydın, məni qiymətləndirə bilməyəcəkdin. İnsan təbiəti buna imkan vermir. Məgər sənin o dövründə heç elə bir şəxs yox idi ki, dərdlərini onunla bölüşüb yüngülləşə biləydin?
NİTŞE – Yox idi, müəllim. İnanın ki, bacım Yelizavetadan başqa bir nəfər də yox idi ki, ürəyimcə söhbət edə bilim. Nə qədər acı həqiqətlər ürəyimdə dəfn olundu.
ŞOPENHAUER – Hələ Almaniyada beləsə, gör indi başqa ölkələrdə doğulan nitşelərin günü, rüzgarı necə keçir. Məni o xilas elədi ki, atamdan qalmış sərvətlə qayğısız yaşaya bildim. Yoxsa, zavallı Ştirnerin taleyini təkrar etmiş olardım. Yeri gəlmişkən, biz onu niyə qiymətləndirə bilmədik, hə? Nə mən, nə də sən. Heç cür özümü bağışlaya bilmirəm.
NİTŞE – Mən də sizin kimi. Doğrudur, elə-belə, hamıya onun dahiyanə əsərini oxumağı tövsiyə etsəm də, bilmirəm necə olurdu heç yerdə adını çəkə bilmirdim ki, bilmirdim. Bilmirəm məndən güclü olan hansı bir qüvvə daim mənə mane olurdu?
ŞOPENHAUER – Görürsənmi, o güclü qüvvənin adı paxıllıqdır. Hə, hə, incimə, paxıllıq.
NİTŞE – Ola bilər. Nə qədər fikirləşirəmsə, onun başqa izahını tapa bilmirəm. Halbuki, dolayı yolla olsa da, geciksə də, o yazığa xeyri olardı.
ŞOPENHAUER – Hə, deməli, ikiliklə belə bir fikrə gəlirik ki, dünyada ideal sayıla biləcək sonuncu bir namizəd də təsdiq olunmadı.
NİTŞE – Müəllim, bunu hər kim desə, gərək siz deməyəsiniz. İdeal yalnız heyvanlar arasından çıxa bilər. Bunu siz məndən qabaq, məndən yaxşı bilirsiniz. Mənə bunu deyin görüm, sizin, Ştirnerin, Qobinonun və bir az da mənim o cür amansız xəbərdarlıqlarımızdan sonra necə oldu ki, dünya bu cür fəlakətə, mənəvi bataqlığa yuvarlandı? Axı heç bir uzaqgörən, insanların bu cür sürətlə və bu dərəcədə bayağılaşdığını deyə bilməzdi. Biz öz dövrümüzün adamlarını bəyənmirdik. İndi dünyada kişiləri saymaq üçün barmaqlar çox olar, ya az?
ŞOPENHAUER – Əlbəttə, çox olar və belə də olmalıydı. Çünki təmiz, doğruçu, namuslu, alicənab adam gec-tez dünyada əcaib bir məxluq kimi görünməliydi.
NİTŞE – Ustad, bəs onda gələcək şopenhauerlərin halı necə olacaq?
ŞOPENHAUER – Əzizim, şopenhauerlər təkrar olunmur, necə ki, nitşelər də gələcəkdə heç yerli-dibli ola bilməzlər.
NİTŞE – Deməli, bəşəriyyət on milyardlarla özlərindən razı yeni bir canlı növünə çevriləcək?
ŞOPENHAUER – Nədir, yoxsa ürəyin yanır?
NİTŞE – Yox, öz yazdıqlarımıza heyfim gəlir. O zaman «İRADƏDİR, TƏSƏVVÜRDÜR BU DÜNYA» kimi bir əsər deməli, heç kimə gərək olmayacaq.
ŞOPENHAUER – Əzizim, məgər sən əsərlərini başqaları üçün yazırdın? Məgər biz əsərləri yalnız özləri üçün yazılan müəlliflər deyilik? Sən öz «Zərdüşt»ündən neçə nüsxə dostlarına bağışlaya bildin?
NİTŞE – Cəmi dörd nüsxə.
ŞOPENHAUER – Mən isə öz əsərimi bağışlamaq üçün heç o qədərini də tapa bilmədim. Bilirsənmi, sənin sevdiyin o əsərin təcəzə çap olunmuş bütün nüsxələri makalaturaya getdi.
NİTŞE – Yaxşı, müəllim, dünyanın o mənəvi qiyamət günü haçan gələcək? Çoxmu qalıb o gözəl günə?
ŞOPENHAUER – Canlılar müharibə və ya hər hansı başqa bir qırğınla yer üzündən silinməsələr, yüz ildən çox çəkməz.
NİTŞE – Doğrudanmı, heç bir çıxış yolu yoxdur?
ŞOPENHAUER – Var. Sosial bərabərsizliyi son həddə çatdırmaq, hər cür sosial tərəqqi haqqında, humanizm və qeyri-təbii təlim və dünyagörüşlərin kökünü kəsmək, quldarlığa hər yolla meydan açmaq, yalnız ruhən aliləri firavan yaşatmaq… Bəşəriyyəti ancaq bu yolla xilas etmək olar.
NİTŞE – Sizinlə tamamilə şərikəm. Ümid ruhən aristokrat ailələrin çoxluğuna və onların içindən çıxa biləcək böyük nüsxələrin əlindəki zəka məşəllərinə qalır. Mən sizdən fərqli olaraq inanıram ki, hər ovuc torpaqda hər cür qanqalla bərabər yonca və lalə toxumları bitdiyi kimi, insanlar içindən də yeni dühalar daim doğulacaq, xüsusən Almaniya və Fransada.
ŞOPENHAUER – Buna görə sən öz «Zərdüşt»ünün hər yerində gələcək ardıcılına – «sən, sən», – deyə müraciət edirsən?
NİTŞE – Bəli, müəllim, mən gələcəkdə balaca nitşeləri görməsəydim, «Zərdüşt»ü heç cür yaza bilməzdim. Məni düşündürən bu deyil, başqa şeydir. Mən bilirəm ki, kütləyə başçılıq etmək üçün, onları hərəkətə gətirmək üçün qətiyyən böyük zəka, ağıl tələb olunmur. Kütlə səviyyəsində olub onun kimi düşünmək, kütlənin qəlbindən keçənləri blimək kifayətdir. Bəs onda filosoflar, müəyyən təfəkkürə sahib olanlar, yaxşını yamandan, doğrunu yalandan seçməyi bacaran mütəfəkkirlər niyə çox zaman ağa qara deyirlər? Nə qədər gərək kor olasan ki, olduğunu deməyib, bəşəriyyətin get-gedə inkişaf etdiyini, get-gedə ağıllandığını iddia edəsən. Belə filosoflar yanılıblar, ya da bilərəkdən saxtakarlıq ediblər.
ŞOPENHAUER – Sən Hegel və onun ardıcıllarını nəzərdə tutursan. Əvvələn, onu bil ki, Hegeli və onun ardıcıllarını filosof adlandırsaq, bəs onda Platon və Fukidid, Qrasian və Viko, Volter, Makiavelli və Ştirner kimiləri necə adlandıraq? Amma məsələ bundadır ki, Adəmdən bəri universitet və akademiyaların kafedraları həmişə Hegel kimi diletantların əlində olduğundan bütün bu növ məktəb dərsliklərində və rəsmi fəlsəfə tarixlərində təbii ki, özlərinə, sələflərinə və xələflərinə əsl filosoflardan qat-qat çox yer ayırıb, bununla da bütün dünyada qat-qat şöhrətləniblər. De görüm, Qrasian və ya Ştirneri tanıyan varmı? Çox az. Amma Şellinq və Helvetsi kimi taftalogiya mahirlərinin adları dillər əzbəridir. Mən hələ Hegelin özünü demirəm. Ona görə fəlsəfə bir elm kimi getdikcə sönməlidir. Həqiqəti görməyə gəldikdə isə, bu adamlar öz beyinlərini hakim ideologiyaya satdığına görə başqa cür da danışa bilməzdilər. Tarixdə Hegel kimi konyuktura ustası az tapılar. Biz bilirik ki, həqiqət qorxunc və gərəksiz bir şeydir. Həyatda hamı sərfəli və xoşagələn yalan gözləyir. Bu, xüsusilə dövlət başçılarına və hakimiyyət orqanlarındakı adamlara aiddir. Xalqları kölə vəziyyətdə və ya bizdə olduğu kimi yarımkölə vəziyyətində saxlamaq üçün ona daha yaxşı və ideal sabah vəd etmək, onu bu sabaha inandırmaq lazımdır. Bunu isə ən yaxşı və inandırıcı şəkildə kim edə bilər? Əlbəttə, xalqın ən şüurlu dəstəsi olan filosoflar. İndi ki, dövlət onlara kafedra tapşırıb və yaxşı yer ayırıb, onların da borcu qulluğa qulluqla cavab verməkdir, vəssalam. Beləliklə də, böyük fəlsəfi taftalogiya məktəbi və onun bütöv bir ordusu əmələ gəlir. Daha burada hansı həqiqətdən söz gedə bilər? Həqiqəti deyən nəyisə qurban verməlidir. Ən demokratik ölkədə bu qurban, firavanlıqdır. Bəs əvəzində nə qazanc əldə olunur? Dövlətin nifrəti və ən yaxşı halda biganəliyi və xalqın da etinasızlığı. Heç bir xalq öz başını görə bilməz. Buna görə xalqın məhəbbətini və firavanlıq istəyən hər hansı bir istedad sahibi vaxtında həqiqətdən üz çevirməlidir. Eyni zamanda iki Allaha səcdə eləmək olmaz. Və həqiqəti intixab edən, bir acı həqiqəti də bilməlidir: o, öldükdən çox-çox sonra da xalq üçün xoşagəlməz olub qalacaqdır. Çünki xalq həmişə zorakılıq, xoş vəd və ürəyəyatan yalan tələb edən bir uşaqdır.
NİTŞE – Müəllim, niyə biz bir-birimizə təmas etmədən, bir-birimizdən bəhrələnmədən keçinə bilmirik? Məsələn, mənim əsərlərim içində orijinal saydığım «Hakimiyyət əzmi» əslində Fukididin bir fikrinin dönə-dönə eninə və dərinliyinə şumlanmasından başqa bir şey deyildir.
ŞOPENHAUER – Belə də olmalıdır. Xoşbəxt bir adam tapdığı qiymətli şeyin dəyərini tam bilə bilməz. Şərqdə bir məsəl var: zər qədrini zərgər bilər. Yəni sənət, sənət üçün, idrak, idrak üçündür. Əlbəttə, Fukidid də zərgərdir, özü də böyük zərgər. Amma hər zərgərin də öz bilik sahəsi var. Biri qızıl sərrafı olur, biri gümüş. Bir də var almaz, brilyant sərrafı. Burada böyüklükdən və ya kiçiklikdən getmir, söhbət müəyyən sahə üçün doğulmaqdan gedir. Bütün əsrlərdə doğulmuş bizim kimilər bir-birləriylə əl-əl vermədən, bir-birləriylə səs-səsə vermədən, bir-birlərinin köməyinə çatmadan böyük həqiqətlərin daha da canlanmasına, daha kəsərli və amansız olmasına çalışmadan mövcud ola, yaşaya bilməzlər. Həqiqət ağacı da başqa ağaclar kimi get-gedə şaxələnməli, qol-budaq atıb daha çox bəhrə verməlidir. Biz harada, haçan doğulmağımızdan asılı olmayaraq meyvələrimiz bir ulu ağacın toxumlarıdır.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ