Xanəmir Telmanoğlu - Üç səs, üç hərf
Proza
Bir şəkilçinin poetikləşmiş mifologiyasından metafizikasına
Ey dadi bidad danəndə dəhan dərviş d.....
Yazsam ki, gedib- gedib Qaf dağının ardında Tibet lamalarının qocaları kimi oturuşmuş, oturmuş bir ermişə rastlarsan – eşit, özün bil, ama inanma.
Yazar olsam əyər, bu dünyada gördüyün sonuncu bir quşcuğazın sənin ona qarşı diqqətindən bir an sonra indiyə kimi yediyi dənlərin içində sonuncu dən onu ağır-ağır uçurdaraq göyün hankısa qatında səsinin bütün notlarını alıb bir eşqə dönüşdürəcək, duy, inanma.
Yazmağa başlasam, bəs, hər zaman Qaf dağı ilə o quşun ağır-ağır uçub səsinin tonunu o ucalıqda dəyişərək itib eşqə dönüşdüyü nöqtə arasındakı məsafədə min illərin ən hicranlı, qəmkeş, cankeşləriylə ən qəddar alverini eləmişik, anlamış ol da, inanma. Nəyə lazım, təki, təki inanma, qafil. Onsuz da gerisi həp bizlikdir. Ama bu alverimizdəki halallığımız heç görünmədi. O zatən görünməmək naminə halallıq haqqını tamamladı. Həm də əsrlərdir üzünən, görünəninən, toxuna biləcəyimiz bir işvəylə, ədayla halalımızı tamamlayan bir haramçılığımız da olmamış deyil. O isə yad ritmlər, dillər, sözlər ha sözlər, ibarələr, təfəkkürlərdir bildiyim.
Bu gün son 200 ilə yaxındır darmadağın olmuş bir ədəbi heysiyyat, bütövlük yenidən, bir az da özümüzünkü şəklində bərpa olunur. Bu bərpaçılar içərisində günümüzün “şirvasnlardan” sözünü bu cür səslənişlə, artıq hardasa bir ritmlə sehirləyib yaza biləcək bir Zahid Sarıtorpağımız var. Himalaydan, Şirvandan demir daha bu ritim. Şirvanlardan, Himalaylardan, Təbrizlərdən deyir. Bu isə yazıdan çıxmaqdır, qənaətimcə. Həddini aşmaq deyil də, sınırı keçməkdir. Çünki bəlli sınırların ötəsində bizlərə məxsus bir özgə sınırların sızıldadığının fərqinə varacaq dərəcədə ritimləşməyin aqibəti gətirib yazıya qənim kəsilməyə çıxarır. Buna "yazdı" deməzlər, buna "söylədi" derlər.
Yazıya tutabiləcəyimiz divanlar hesabına ədəbi ərazilərimizdən mənəvi, ordan da bir keçidlə mədəni ərazilərə adlamağımız gerçəkləşib zaman-zaman. Sizlər bunu yaxşı bilərsiniz ki, bizim ölkə, dövlət ərazilərimiz də bəhs etdiyimiz həmən o ritmin, divan tutulan yazıların, söyləmələrin, nəhayət ədəbi-bədi risqlərin hesabına, hədlərimizi aşmağın hesabına, bəlkə də bahasına hasilə gəlib. Mən şəxsən bu oluşan, dəyərlənib bütövləşən, bizlərə sonucda qismət olan o varidatın, bu ölkənin, mədəniyyətin köklərindəki o halallıqların hesabına ayaq üstə durduğumuzun fərqində ola-ola sonsuz fəxarət duyduqca cezbə bərabər duyğularım hislərimə qahmar çıxır. Niyə, bilirsinizmi, məhz o halal, erkəkcə kökündə, bünyəsində, ruhunda öz ritmlərimiz uyuyan, yeri gəldiyində hayqırtıya dönüşən o ritimlərin fərasətindən heç də geri qalmayan yükünü, nazını əsrlərdir çəkməkdən doymadığımız metafizik bir təfəkkürlə yoğrulmuş məna, söz, yazı mərdanəliyinə sahib çıxıb, onu sonra da qismətimizə yazmağımıza, yaza bilmə bəsirətimizə görə.
Mən bu cür danışmasam, bu gün bəhs etdiyim, haqqında uladığım ədəbiyyatın qırılmış, yenidən bərpa olunması, davam etdirilməsinin mahiyyəti bəlkə də qapalı qalacaqdı, o zaman Zahidin yazılarından danışmağa, şəxsən mənə görə, heç bir anlamı qalmazdı.
Mən sadəcə bu gün 80-ci illərdən sonra ədəbiyyatımızda az da olsa, qəribə bir dönüşün könül istəyən tərəfə meyillənməsini təbiimi, yoxsa bilinclimi şəkildə baş verməsini anlamağa çalışıram. Haqqında danışdığım son iki yüz illik ədəbiyyatın yasaq meyvələrinin nəticəsində lütlənməyə başlayaraq, türklər demiş, avrad yerlərimiz görünməyə başladı. Bu görünən yerlərimizin utancından ədəbi təfəkkürümüzdə eyniləşmə prosesi öz öldürücü reaksiyasını tamamlamaqdan geri qalmadı. Çoxları anlamadı, yaxud anlamaq istəmədi ki, nədən Azərbaycan türk şeiri birdən-birə qadın nəfəsinin nəzarəti altındaymış kimi bir havayla doldu. Bu mənim fikrimdir. Azərbaycan şeiri elə bil bir qadın tərəfindən yazılmağa başladı. Niyə bilirsinizmi, eyni, yanlış təfəkkürün hegomonluğuna, monopoliyasına girdiyi, girdirildiyi üçün.
Zahid Sarıtorpağın şeiri kişi şeiridir. Həm ordakı özəl, şairə məxsus ritmi izləyin, həm də o ritmə aludə olub, inanıb, həm də gerçəkdən, doğru da yaparaq gələn, üzə çıxan, dışa vuran şeirin mətin olaraq təfəkkür istiqamətinə diqqət kəsilin. 80-ci illərdən şeirlərini izlədiyim Zahid bəy məndən hardasa 12 yaş böyükdür. Yəni hardasa 12 ritm ... o dönəm şeirləri mifoloji çalarlar üzərində köklənmişdi. Onda ən çox işlənən obrazlar, at, quş, su, su pərisi, göyərçin, haqq qapısı, gül, v.s. Bütün bu detallar onun şeirlərində mifoloji qaynaqdan ecazlanırdı. Hətta gül obrazı belə. Aradan illər keçdi. Zahidin şeirləri mifoloji, nağıl elementlərini eyni ritimlə digər doğma bir təfəkkürə transfer edə bildi. Ama bunu süni yapmadı. Bunu yapmaq üçün illərini qurban verdi. Gündə başşqaları kimi “irfan şeiri” yazıb şahın ala qapısından asmadı. Ümumiyyətlə, mən o qənaətdəyəm ki, poeziyada mifoloji qaynaqdan düzgün istifadə etməyi bacaran şair, günlərin bir günü gec də olsa, gəlib irfan-təsəvvüfün qaynağına çıxır. Məncə Zahid şeirdə bu bədii prinsipə əməl edə bilən tək şairlərdimizdəndir.
***
Mənim onun yaradıcılığı ilə hesablaşmadığım bəzi məqamlar da var, sözsüz. Məqsəd bu olmadığından, istəyirəm fikrimizi əsasən Zahidin şeirlərinin mahiyyətinə, həm də bugünkü ədəbiyyatımıza verdiyi töhfəsinə yönəldəm.
Qayıdaq əvvələ. Mən Şirvanlardan, Himalaylardan, Təbrizlərdən başladım, qafil. Bu başlanğıc həm də mənə görə Zahidin, həm də zahidin başlanğıcıdır. Bura- başlanğıclar bizimdir. Zahidin, həm də zahidin oralarda nə işi, ora bilinclimi varıb, yoxsa yol gətirib çıxarıb kimi suallarla qafanızın uçqunlarına titrəşimlər sala bilərsiniz. Bir də gördün yazdım da, gedib-gedib Qaf dağının ardında bir oturmuş ermişə rast gəlmək istəyən, sən demə Şirvanlara, Himalaylara, Təbrizlərə gedib çıxıb. Qaf dağı sözün poetik səhrasının bitməz yolçuluğunda Şirvanlar, Təbrizlər kimi təcəlla eləyib. Bu təfəkkür sistemindən anlayışı olmayanlar ömrübillah bu məsələlərin nə olduğundan xəbərsiz-ətərsiz dünyadan gedəcəklər.
Adam var, 30 kitab yazıb, yazdıqlarının mahiyyətini heç vaxt dəqiq bilmir. Adam da var tutulur, həbs olunur, 15 il yatıb çıxır, ama ölənədək bilmir ki, doğrudan da, onu nə üstə tutublar, suçunu dəqiqləşdirməyə dəhşətli dərəcədə zorlanır. İndi bizim ədəbiyyatımız bu günlərini, bu hallarını yaşayır.
Ama Himalaylar, Şirvanlar, Təbrizlər yeni deyil, bu bir Osmanlıca türkcəsinin gərəkdirdiyi qaydadır. Bizim türkcəmizdə sadəcə bu sözlərin yazılışı, deyilişi o qədər kəşfdir, desəm duruxarsınız. Üstəlik tamami ilə fərqli məna, anlam kəsb edir. Bu mədəniyyətə çox şeylər şeir vasitəsi ilə daxil oldu. Şair bunun üçün də lazımdır həm də. Zahid, zahid lazımdır. O, şairliyi yaşadır. Bu gün şairliyi öldürən minlərin milyonların içərisində, Zahid həm şeiri, həm də şairliyi qoruyub gələcəyə sağlam ötürənlərdən biridir.
***
bir bax
içinin rumlarında qılıncını öpdürürkən haqsızlara
üzünü tərsə çevirdikdə aynası duruldumu təbrizlərin
şirvanlara səpələnmiş dərviş təkyələrində sönən ariflərin
başları üstündən hal kimi keçdimi çərxi-fələyin burulan zikri
sən içinin baykallarında ölmüş qu quşu kimi sulara sərilmiş
yıxılmış yelkən kimi qanadları gərilmiş nisgilləri
sıxdınmı üzünə dönməzliyin kərbəlalarına yetişincə
Əsas məsələyə gəlməyimizi istəyirəm. Markes müsahibələrinin birində “ YÜZ IL TƏNHALIQDA” romanı ilə bağlı ona verilmiş sualları cavablarkən şərq mətnləri üçün son dərəcə önəm kəsb edən maraqlı bir nöqtəyə toxunur. Yazar iddia edir ki, bu nəhəng romanı mətnin daxilindəki bir sözün enerjisi, ecazı ilə qələmə almışam. Bu əsərin mahiyyət, ecazı o bir tək sözün bətnində yaşayır, yerləşir. Nəyi qəsd edirəm əslində. Məncə Zahidin bütün yaradcılığı, bütün şeirləri bu sözləri ilə kimlik qazanıb, varlığını açmaq şansını sənətə sunur, təqdim edir.
Yuxarıdakı şeir parçasına diqqət edin. Təbrizlərin, Şirvanların, Baykalların, Kərbəlaların.... sir burdadır, yazarın bunca yaşamı, bunca yaradıcılığındakı sehir burda- bu sözlərin yazılışı, deyilişi zamanı qazandığı məna tutumunda özünü öncə qazanır, sonra da qoruyur. Məncə, yazıları belə bir düstura uymayan yazarın yaradıcılıq gücü şübhəyə layiqdir. Bunu yaradıcılıq testi də saymaq mümkün.
Dilimizdə -lar şəkilçisi heç zaman bu qədər möhtəşəmlik, sözə, mənaya iddialı şəkildə səy göstərib, cəhd etməmişdir. Üç səs, üç hərf- bir şəkilçinin bir yazarın yaradıcılığına oturtduğu ədəbi-bədii-poetik metafizikanın heyrət doğuracaq dərəcədə dilimizin, ideyalarımızın, düşüncələrimizin, duyğularımızın məğzinə işıq tutub, yön verməsi. Bir şeirin daxilində bir şəkilçi hansı oyunlardan çıxıb bir kitablıq ideologiyaların, anlayışların əsrlərdir aydınlıq gətirə bilməyəcəyi, bizi ayaqüstə tutmağı bacaran ruhsal mədəniyyətimizin varlığına cəsarətlə tab gətirəcək dərəcədə nişan vermə heysiyyatının doğmalıq qazanması.... aha budur gözə görünməz mənaların, ritmlərin geniş, min illərlik səhrasının günc-bucağında gözdən-könüldən iraq, çəkingənliyə öyrəşdirilmiş bir şəkilçi, onun şeriyyətlə mədəniyyətin özülünə yol alan səriştəsi...
Mənbə: yarpaq.az

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)