Edebiyyat.az » Söhbət » İsmayıl Rizvanoğlu - ...Bu formada olan ədəbiyyatı tək mənəm inkişaf etdirən...

İsmayıl Rizvanoğlu - ...Bu formada olan ədəbiyyatı tək mənəm inkişaf etdirən...

İsmayıl Rizvanoğlu - ...Bu formada olan ədəbiyyatı  tək mənəm inkişaf etdirən...
Söhbət
admin
Müəllif:
15:30, 09 avqust 2020
1 715
0
İsmayıl Rizvanoğlu - ...Bu formada olan ədəbiyyatı tək mənəm inkişaf etdirən...





- Xoş gördük, İsmayıl Rizvanoğlu. Yeraltı ədəbiyyatda nə var, nə yox?

- Xoş gördük. Mənim yaradıcılığımda yenilik var, hər zamankı kimi. (gülür)

 

- Məhsuldarlığınla həmkarlarından seçilirsən. Bu qədər enerji haradandır?

- Yaradıcılıq sevgisindən. Suri romanımda dediyim ki, mənə görə yazmadan yaşamaq bəsitlikdir. Yazmasam ölərəm desəm daha düz olar. Məncə bu enerji burdan qaynaqlanır.

 

- Sonuncu kitabınla ilk kitabın arasında fərqləri hiss edirsən?

- Əlbəttə fərq həmişə var. Dəyişməyən üslubumdur.

 

- Bir ədəbi məclisdə yazıçı Kənan Hacı romanlarından birini oxuduğunu və bəyəndiyini bildirdi. Mən də oxumuşam. Xüsusi ilə sadə dildə yazmağınla belə uğur əldə etməyin maraqlıdır. Rejissor baxışı var səndə. Hadisələri qurmağın və təsvirin fikir baxımından genişdi. Səncə yeraltı ədəbiyyat bizdə öz inkişafını tapıb?

- Əvvəlcə onu deyim ki, Kənan bəy mənə görə müasir Azərbaycan ədəbiyyatının ən parlaq simasıdır. Böyük adamdır. Böyük ədibdir. Bu öz yerində. Və elə bir insanın mənim Nari romanım haqqında rəy bildirməsi mənə böyük stimuldur. Bu da öz yerində. Qaldı Azərbaycanda yeraltı ədəbiyyatın inkişafı məsələsinə, təəssüf ki, bu formada olan ədəbiyyatı  tək mənəm inkişaf etdirən. Bunu cəsarətlə deyirəm və arxasındayam sözümün də. Ədəbiyyatımızda olmayan birlik, ədəbiyyatımızı hər zaman inkişafdan saxlayacaq. Ağrılıdir bu.

 

- Qadın, içki, yoxsa yazmaq?

- Qadın, içki, yoxsa yazmaq? Elə hər üçü. Bu üçü olmadan özümü təsəvvür edə bilmirəm.

 

- Səncə Azərbaycan adlı ölkədə yazıçılar birliyi olmalıdır?


- Birlik. Bu suala daha əvvəl cavab verdim. Birlik yoxdur. Yenə də deyirəm ağrılıdır bu.

 

- Kitablarımız nə üçün dünyaya çıxmır?

- Çünki, dünyaya çıxmaq istəmirik. Cavabı sadə olsa da cümlənin altında çox şey yatır. Anlayana.

 

- Sonuncu dəfə hansı kitabdan zövq almısan?

- Ən sonuncu zövq aldığım kitab Kamyudan "Hə ilə yox arasında"dır. İkinci dəfə Kamyu yaradıcılığına baş vurdum. Beynimin orqazma ehtiyacı var idi.

 

- Bəs, musiqi?

- Musiqi. İlik kimidir. Yaradıcılığımda ən böyük qidamdır. Bayaqki üçlüyə musiqini də əlavə etmək lazımdır. İçki, qadın, yazmaq və musiqilər.

 

- Suallarımızı cavabsız qoymadığına görə təşəkkür edirik. Yaradıcılığında yeni yollar açasan.


- Təşəkkür edirəm. Dayanmayın , yorulmayın. Həmişə ədəbiyyat naminə. Var olun.





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)