Edebiyyat.az » Söhbət » Gülsadə İbrahimli - ...Çox az qadın cəsarət edib erotik şeirlər yazır...

Gülsadə İbrahimli - ...Çox az qadın cəsarət edib erotik şeirlər yazır...

Gülsadə İbrahimli - ...Çox az qadın cəsarət edib erotik şeirlər yazır...
Söhbət
admin
Müəllif:
18:34, 13 avqust 2020
2 137
0
Gülsadə İbrahimli - ...Çox az qadın cəsarət edib erotik şeirlər yazır...


 


- Xoş gördük, Gülsadə İbrahimli. Şeirdən nə vaxt bezmək olar?
- Xoş gördük, Nemət bəy. Mən yaxşı şair olmadan öncə, yaxşı oxucu olmağa çalışmışam. Düşünürəm ki müəllif üçün də, oxucu üçün də şeir özünü təkrarlayanda yorucu olur.

- Erotik səpgidə şeirlər də yazırsan. Bunu sırf maraq xətrinə edirsən, yoxsa, özünü şeirlərdə məhz bu cür anlada biirsən?
- Bəli, erotik şeirlər yazıram. Bu gün kişi müəlliflər heç çəkinmədən erotik şeir yazırsa, qadın şair niyə də yazmasın?! Bunu yaza biliriksə hansı səbəbə gizləməliyik?! Çox az qadın cəsarət edib erotik şeirlər yazır. Əlbətdə, bunun bir çox səbəbi var... kimisi mentallığı əsas götürür, kimisi ərindən qorxur, qardaşından qorxur, kimisi də cəmiyyətin qınağından "nə deyərlər" dən qorxur. Ancaq şeir yazmaq, xüsusən də, erotik şeir yazmaq mənim üçün həm özümü isbat etməkdi, həm də zövq aldığım bir şeydi.Ənənəvi şeirlərdən yorulmuşam. Düzü, oxumaq istədiyim şeirləri yazıram.

- Naxçıvanda bədii mühit nə yerdədir?
- Naxçıvanda bədii mühit Paytaxt qədər qaynar deyil. İstedadlı, ümid verən gənclər var... ürəkli olub məqsədlərinin arxasınca gedə bilsələr.

- Çətin həyat sürmüş qadınlar nə üçün çox vaxt şeirə üz tuturlar? 
- Qadın üçün həyat hər məqamda sınaqdır... övlad kimi, yoldaş kimi, ana kimi qadın həmişə məsuliyyətlə hökmlüdür. Və bu biz qadınları yorur. Belə məqamda ya bir musiqiyəmi, ya bir şeirəmi üz tuturuq. Kimi şeiri yazır, kimi de o şeiri oxuyur özünü təsəlli edir.

- Şeirlərindən təsirlənən oxucular olur. Ən yadda qalan məktub hansıdır?
- Erotik şeirlərimdən təsirlənib daha çox məktub yazan kişilər olsa da, ən səmimi məktublarımı qadın oxucularımdan almışam... "FEMME HƏYATIMIN KİTABIDIR" kimi...

- Azərbaycan başqa daha hansı ölkələrdə şeirlərin dərc olunur və ya olunmağını istəyirsən?
- Ölkəmdən başqa şeirlərim Qazaxıstanda antologiyada, "otarka" qəzetinə İranda, Türkiyədə saytlarda dərc olunub.Ancaq, nə vaxtsa bir neçə Avropa ölkəsində nəşr olunmasını istərdim.

- Kitab biznesi  (Azərbaycanda) səni qane edirmi?
- Kitab biznesi qətiyyən qane etmir. Müəllif kitab yazır,cibinin puluyla kitab çıxarır, öz kitabını özü satır.Bu baxımdan bu gün düşünürəm ki, yerli yazıçıya dəstək yoxdu, nə oxucu tərəfindən nə də kitab biznesiylə məşqul olanlar tərəfindən. Sadəcə xarici ədəbiyyatların təbliği və satışı var.

- Sayt və qəzetlər nə üçün qonorar vermir?
- Sayt və qəzetlərin əksəri özləri özlərini maliyyələşdirir. Bir çox presudurlar var ki, onlar da həmin budcəylə həyata keçirilir. Necə deyərlər, "özlərinə umac ova bilirlərmi, bizə də ərişdə kəssinlər".

- Poeziya  bundan sonra neçə il yaşaya bilər?
- Bunu belə izah edə bilərəm. Baxın, bir sinifdə şagird yoxsa, müəllim nə qədər uğurlu ola bilər?! Əgər, bu gün oxucu yoxsa, müəllif poeziyanı deyil,bu gündən sabaha necə çıxacağını düşünməklə məşqulsa sanıram çox yaşamaz. Və "şeirin taleyi" daha ağırdı. Nəsr əsərləri ( o da ki, tanınmış bir iki nəfərdən başqa) şeir kitablarından şanslıdır hardasa.


- Təşəkkür edirik. Var olun.
- Mən də sizə minnətdaram.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)