Xose Mujicanın müsahibəsi
Söhbət
Xose Mujicanın müsahibəsi
Uruqvayın eks-prezidenti Xose Mujica. 80 yaşındakı bu köhnə solçu partizan 2010-cu ildə Uruqvayın prezidenti seçildi, lakin prezidentlik sarayına köçməyi rədd elədi və 40 ildir yaşadığı bağda fəaliyyətini davam etdirdi. Prezidentlik maaşının 70%-ni “Ehtiyacım yoxdur” deyərək yoxsullara payladı. Çe Guevara, Fidel Kastro və Hugo Çavezin dostu idi. ABŞ-Kuba yaxınlaşmasında vasitəçi şəxs idi. Obama Latın Amerikasını daha yaxşı başa düşmək üçün həmişə Mujicaya müraciət edirdi. Amma ən vacib olanı, illər öncə həbsxanada yatdığı zaman necə yaşacağına qərar verməsi oldu. Hətta ölkənin prezidenti olsa belə. Latın Amerikasının ən sevilən prezidentinin Türkiyəyə səfəri zamanı Hürriyyet Pazar-a verdiyi müsahibəsini sizlərə təqdim edirik:
Niyə prezident sarayına köçməyi rədd elədiniz?
-Bu, uzun illərdir ki israr elədiyimiz bir şeydir. Düşüncələrimizlə harmoniyada bir yaşam tərzi sürmək. Düşündüyün kimi yaşasan, yaşadığın kimi düşünərsən.
İçinizdən belə gəlir, yoxsa bu uzun illər öncə düşündüyünüz bir şeydir?
-Bu bilərəkdən edilən bir şeydir. Millətvəkili belə olmadan öncə aldığım bir qərar idi.
Həbsxanada?
-Bəli, əsasən həbsxanada. Bunu çox fikirləşdim. Sadə, yüksüz, baqajsız, maddi qayğıları olmayan, yalın bir həyat. Xoşuma gələn, istədiyim şeyləri edə bilmənin ən düzgün yolu bu idi. Mənim üçün azadlıq bu deməkdir.
Hətta bu ölkənin prezidenti olsanız belə…
-Eyni şeydir. Bir dövlət rəhbərinin xalqının necə yaşadığını görməsi lazımdır. Başqa “ıvır zıvır”la çox məşğul olsanız, buna vaxt qalmaz.
13 il həbs yatdınız. Hətta ilk 7 il kitab belə oxumaq qadağan idi. Dəli olmamaq üçün qurbağalarla, böcəklərlə danışırmışsınız. Bu günə baxdığınızda “bunları yaxşı ki yaşadım” deyirsinizmi?
-Həbsdə yatdım, çünki dünyanı dəyişdirmək istəyirdim. Elədiklərim daha yaxşı bir dünya üçün idi. Həbsin mənə qazandırdığı şəxsiyyətimdə, düşüncə formamda dərinləşmə oldu. Çox uzun çəkdi. Oxuduqlarımın üzərində təkrar-təkrar düşündüm. Və həbsdən çıxdığımda artıq hər şey tamam başqa görünürdü gözümə. Özümü, elədiklərimi rədd edən bir dəyişim deyildi bu. Amma dünyanı görmə biçimimə bir dərinlik gəldi. Köhnə vaxtlardakı kimi uşaqcasına deyildim. Qızıl dəyərində bir dərs aldım: Məğlubiyyətlər, zəfərlərdən daha çox öyrədicidir.
Sizə bunları yaşadanları bağışladınızmı? Bildiyimiz qədərilə, Uruqvaydakı xuntaçıların cəzalandırılmasını o qədər də çox istəmədiniz
-Bağışlamıram, mən hakim deyiləm. Mən öz yolumla gedirəm. Digərləri nə edir, baxmıram. Nə bağışlayıram, nə mühakimə edirəm, nə də ki, unuduram. İrəliyə baxıram. Çünki keçmişdə olanların bir bərpası yoxdur. O hesablar çox vaxt bağlanmayacaq.
“Tupamoro”dan (Mujicanın lideri olduğu sol partizan təşkilat) olan köhnə dostlarınız sizi praqmatik və yumuşaq sosialist olduğunuza görə tənqid edirlər.
-Bəli, haqlıdırlar.
Bəs köhnə dostlarınızdan belə tənqidlər eşidəndə üzülürsünüzmü?
-Xeyr, üzülmürəm. Pillələri tək-tək çıxmağın vacibliyini öyrəndim. Çox radikal addımlar atsam, uğruna çalışdığım bir çox işləri bacara bilmərəm. Söz olaraq qalar. Danışaram, çığıraram, bağıraram, amma bu heç bir şeyə çözüm olmaz. İşsizlər iş tapır, adam kimi yemək yeyir, başlarını soxacaq evləri olur, təhsil alırlar. Bəli, mən dünyanı dəyişdirmirəm, lakin bu insanların həyatı dəyişir.
Siz Uruqvayda həbs yatdığınız illərdə Türkiyədə insanlar öldürüldü, tələbələr asıldı. Latın Amerikası ilə Türkiyəni bir çox şeylərlə eyniləşdirirlər. Hərbi çevrilişlər, siyasi tarix və mədəniyyəri ilə. Orada da sizin kimi, Lula kimi insanlar dövlətin başına gələ bilərdi. Türkiyə çevrilişləri geridə qoydu, lakin baskıçı bir islam rejimi yüksəlməyə başladı. Solun səsi o qədər də çıxmadı. Niyə sizcə?
-Bax.. Yalnız Türkiyədə yox, bütün dünyada solun dərdi birlik idi. Jirondistlər dönəmindəki parçalanma ilə Fransa inqilabi bitdi. İspaniya inqilabında sosialistlər, anarxistlər və kommunistlər öz aralarında ixtilafa başladığı günlərdən Franko qazandı. Almaniyada sosialistlər və kommunsitlər bir-birini öldürməyə başlayanda isə Hitler qazandı. Uruqvayda sol birlik olmaq gərəktiyini öyrəndiyi gün ortaq proqramlar yaratmağı, bərabər yola çıxmağı öyrəndiyi gün qazanmağa başladı. Qazandıq, çünki birləşdik. Fərqliliklərə hörmət edərək birlik olduq. Birləşdiyinizdə real alternativ olmağa başlayırsınız. İnsanlar axmaq deyil. Həyatın əllərindən sürüşüb çıxmasını istəmirlər. Real şeylər istəyirlər. Mübahisə və fikirlər üçün yox, iqtidar üçün döyüşmək lazımdır. İqtidara oynamaq, güclü olmaq deməkdir. Güclü olmaq isə böyük qələbəliklə, insan kütləsi ilə mümkündür. Olduqca bəsitdir, lakin solun bunu anlaması elə də asan olmur.
Heç vaxt unudulmayacaq addımlarınızdan biri marixuananı və eyni cinslərin nigahını qanuniləşdirmək oldu. Niyə belə bir addım atdınız?
-Həmcinslik insanlıq tarixi qədər qədimdir. Yunanlar, romalılar və s. Sevsəm də, sevməsəm də bu bir reallıqdır. Ən dözmədiyim şey də reallığı qəbul etməməkdir. Marixuanaya gələndə isə bu nəticəyə gəldik: Narkotikdən daha da pisi narkotik qaçaqmalçılığıdır. Bu mübarizəni dünyada heç kim qazana bilmədi. Hər səfərində böyüyürlər, polisi yoldan çıxarırlar, şiddətə səbəb olurlar. İstifadə edənləri bu narkotik qaçaqmalçılarının əlinə veririk. Mən bunu tərcih edirəm: Getsin aptekə. Bir insan bunu çox istifadə edirsə, bir xəstə kimi müalicə oluna bilər. Gündə iki qədəh viski mənə yaxşı gəlməz, amma dözə bilərəm. Amma hər gün bir şüşə içsəm, xəstələnərəm. Marixuana yaxşı deyil, təhlükəlidir. Nə dəstəkləyirəm, nə də təsdiq edirəm. Amma bir insan bunu məqbul bir ölçüdə istifadə edirsə, bu qanuni ola bilər. Bu, onların taleyini narkotik qaçaqmalçılarının əlinə verməkdən yaxşıdır. Cəmiyyət baxımından belə daha məqsədə uyğundur.
Obama ilə aranız çox yaxşı imiş. Onu necə biri olaraq xarakterizə edərdiniz?
-Amerika siyasi sisteminin bizə verə biləcəyi ən yaxşı insan. Amma məhdud bir prezidentdir. Prezidentlik verdilər, lakin səlahiyyətini məhdudlaşdırdılar. Bəzi təməl problemləri həll edə bilmir.
“El Turco” ləqəbli bir mühafizəçiniz varmı?
-Var, amma türk deyil
Bəs niyə “El Turco”? Ərəbdir yoxsa?
-Tipi türkə bənzəyir. Ona görə.
Hələ də sizinlədir?
-Bəli, möhtəşəm bir yoldaşdır.
Eşq həyatınızda rol oynayıbmı?
-Əlbəttə ki. Ən vacib şeydir, həyatın matorudur. Eşq olmasa, həyat da olmaz.
Yoldaşınız..?
-Arxanızda dayanıb
A ah salam! Yaxşı, siz də burda ikən soruşum. Deyirlər ki, həyat yoldaşınız Lusia sizdən daha qatı inqilabçıdır. Bu doğrudurmu?
–Ola bilər, ola bilər.
Lusia: -Biz eyni yolun yolçusuyuq..
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)