Edebiyyat.az » Söhbət » Ələsgər Əhməd - Məndən indidən yazmağa başlayın ki, xeyirxah müdirləriniz...

Ələsgər Əhməd - Məndən indidən yazmağa başlayın ki, xeyirxah müdirləriniz...

Ələsgər Əhməd - Məndən indidən yazmağa başlayın ki, xeyirxah müdirləriniz...
Söhbət
Necef Esgerzade
Müəllif:
17:01, 07 aprel 2019
2 108
0
Gənc şair Ələsgər Əhmədin ilk kitabı olan “Bir ovuc suda” adlı şeirlər toplusunda son illərdə yazdığı poeziya nümunələri toplanıb. Müxtəlif mövzu və vəziyyətlərə həsr olunan bu şeirlərdə bir gəncin poetik qavrayışlarının məcmusunu görmək olar.

Kitabın təqdimatı ayın 13-də 15:00-17:00 arasında kitabevim.az mağazasında keçiriləcək

- Ələsgər bəy, təqdimat öncəsi özünüzü necə hiss edirsiniz? 

- Açığı, hər gün bir fərqli olur. Sevindirir, həyəcanlandırır, hətta ruhdan salır. Yəni, aprelin 13-ünə kimi hər gün eyni hissi yaşamayacağam, yaşamaq da istəmirəm. Bu gün kitabın book trailerini çəkəndə, o qədər müxtəlif qərarlar verdim ki, aktrisa axırda dilə gəldi. Şair, çox sevinclisiz, layiqli sevincdir, amma narahat olmayın. Bir qərara gəlib, onu çəkək. Hər dəfə bir adla, bu hissi yaşasam da, mənim üçün bir mənası var. Məsuliyyət. Özümü məsuliyyətli hiss edirəm. 
- Şeiriyyatda gənclərdən kimləri oxuyursunuz?

 - Demək olar ki, hamını. Məncə bir ad çəksəm, daha düzgün olar. Ki, digər vaqonlardan biri, lokomotiv olmağa iddialı deyil. Amma, indiki lokomotivin də şeirləri məni özünə çəkmir, ona görə adını çəkmək istəmirəm. Çəkməyin də olsun. 

-  Hansı şairdən ilhamlanmısınız və hansı şeirdən? 

- Bu iki şeyin, tərəfdarı deyiləm. Atın kölgəsində yatan it olmaqdansa, hamını zəhərləyən, sürətlə dünya poeziyasına sürünən ilan olaram. Bir sözlə, kimdənsə yox, kiminsə yazısından təsirlənməyi eqom qaldıra bilməz. Ən möhtəşəm kitabı oxuyub, bitirəndən sonra, gözəldir deyib, keçirəm. İçimdən də bir səs keçir: "Mən də yazıram". Ümumiyyətlə, təsirlənmək, tərifləmək başqa şeydir. Nədənsə, bəzi dostlar, bu iki şeyi oğurlamaq və yaltaqlanmaq kimi qavrayıb. Gənc yazarlarımız, yaşlı nəslin elə nümayəndələrini başda oturdur ki, hərdən qonaqların hesabını öyrənmək istəyirəm. Məndən sonra mənlər gəlsin. Amma mən, onlar olmadım.

- Ədəbiyyatın bu günkü halı sizi qane edirmi?

- Ölülərin arxasınca danışmazlar....
- Pul mükafatına görə tərif yazan şair, yazıçı, jurnalist, tənqidçilərə sözünüz? 

- Yaltaqlıq istedadınızı şirkətə çevirdiniz, tərifin 10 min işarəlik olduğunu öyrətdiniz, Tolstoyu oxudunuz, masa arxasında ikən, ağzınızı mundarcasına ayırdınız, amma bəsdi. İndi olmayan vicdanınızın hardansa, səsyazısını tapıb, dinləyin. Və məndən indidən yazmağa başlayın ki, xeyirxah müdirləriniz, 20 ildən sonra, "50 manat bonus" qarşılığında yazdıracaqlar.

 Hansı şeirinizi ən çox bəyənirsiniz?

Demək olar ki, hamısını. Buna baxmayaraq, bir şeirim məni çox təəccübləndirib. Son misralarında gileyləndiyim şeylər, 3 gün ərzində düzəlməyə başladı. Şeir mənə lalın "qal" deməsidir. Şeirlərim lal olsalar da, susmurlar.

Bir ovuc suda həyat varmı?

- Yox. Əgər olsa, primitiv olar. Üstəlik, bir azərbaycanlı həyatı. Nə yazıla bilərdi? Dostlarımı yığdım, darıxmaqdan şeirlərdən dinlədim, içdim, status yazdım?
                         
Söhbəti apardı: Nemət Mətin
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)