Edebiyyat.az » Söhbət » Uilyam Folkner - Kimdir yazıçı?

Uilyam Folkner - Kimdir yazıçı?

Uilyam Folkner - Kimdir yazıçı?
Söhbət
Necef Esgerzade
Müəllif:
12:34, 13 iyun 2019
1 715
0
Yazıçının 1956-cı ildə “The Paris Review” jurnalına verdiyi müsahibəni sualsız təqdim edirik.
 
Mən öz kosmosumu yaratdım. Allah kimi mən də insanları, nəinki məkanda hətta zamanda da o tərəfə-bu tərəfə apara bilirəm.
  
Yazıçı mütləq mühit rahatlığını təmin etməlidir. Bir az yalqızlıq və bir az həzz mütləqdir. Lakin bunun əvəzində əlini cibinə salmalıdır. Şəxsi təcrübəmə əsaslansaq işləməyim üçün mənə bir parça kağız, tütün, yemək və bir az viski lazımdır. Yazıçının iqtisadi azadlığa ehtiyacı yoxdur. Ona yalnız qələm və kağız lazmdır. Heç bir zaman görmədim ki, pul qarşılığında yazıçı möhtəşəm bir əsər ortaya qoysun. Layiqli yazıçı heç zaman fondlara müraciət etmir. O, bütün düşüncələrini işinə yönəltməlidir. Əgər onun əsərləri cəmiyyətdə maraq doğurmursa və iqtisadi azadlığın mövcud olmasını bəhanə gətirirsə, deməli, yazıçı özünü aldadır.
  
Yaxşı sənət əliəyrilərdən, içki qaçaqçılarından, hətta at oğrulardan da ilhamlana bilər. Heç bir şey yaxşı yazıçını yox edə bilməz. Yalnız ölüm başqa! Yaxşı yazarın uğura, ya da zəngin olmağa sərf edəcək vaxtı da  yoxdur. Uğur qadına xas bir şeydir. İnsanlar kasıblığın həddindən qorxular. Və yaxud insanlar onun nə qədər güclü olmasını öyrənməkdən qorxurlar.
  
Həyat xeyr və şərlə maraqlanmır. Don Kixot bunların arasında daim seçim edirdi. Lakin bu onun təsəvvüründə baş verirdi. O, ağlını itirmişdi və yalnız digər insanlarla məşğul olduğu zaman reallığa müraciət edirdi. Çünki xeyr və şər arasında seçimə vaxt ayırmaq istəmirdi. İnsanlar isə real dünyada yaşayırlar və onların bütün gücü, sadəcə, yaşamağa gedir.
  
Uğurun sirri belədir: 99 % istedad, 99 % nizam, 99 % iş. Müəllif heç zaman gördüyü işdən razı qalmamalıdır. Hər zaman arzu edin, çata biləcəyiniz ən yüksək məqama can atın. Yazıçı sələfilərindən və müasirlərindən yaxşı olmağa çalışmaqla kifayətlənməməlidir. Yazıçı  cinlərin idarə etdiyi bir məxluqdur. Başdan ayağa əxlaq xaricində olan biridir. Yazdığı kitab gözəl olsun deyə hər hansı birini və ya hər kəsi soyacak, hər hansı birindən və ya hər kəsdən borc alacaq, dilənəcək, oğurluq edəcək qədər əxlaq xaricində qalan biridir. 
 
 Özünə güvənən yazıçı məsləhətə ehtiyac duymur. Çünki onun şəxsi düşüncə tərzi tamam fərqlidir. Klassik yazıçılardan bəhrələnsə də həmişə çalışacaq ki, onları keçsin.
  
Yazıçıya üç şey lazımdır: təcrübə, müşahidə etmək qabiliyyəti və təxəyyül. Bunlardan ikisi bəzən birini kompensasiya edir. Ancaq bəzi vaxtlarda bu üçlüyün iki, hətta bir komponenti üçüncünün çatışmazlığını örtə bilir. Əsər əsasən, hər hansı bir fikirdən, xatirədən, obrazdan başlayır. Yazmaq - bu həlledici ana qədər baş verənləri bərpa etmək, hadisələrin niyə məhz bu şəkildə baş verməsini izah etmək və sonra bunun nəyə gətirib çıxardığını göstərməkdir.
   
Yazıçı bildiyi metodların ən yaxşılarından istifadə edərək gerçək məkanda hərəkət edən canlı personajlar yaratmağa çalışır. Və buna görə də onun ən yaxşı bildiyi atmosferi canlandırması çox anlaşılan bir işdir.
   
Əgər yazıçını texnika maraqlandırırsa qoy yazıçı cərrah bıçağından, kərpicdən istifadə etsin. Çünki yaxşı yazmaq üçün mexaniki üsul və ya düstur yoxdur. Bir ədəbiyyat nəzəriyyəsini təqib edən gənc yazar axmaqlıq etmiş olar. Özünüzü öz xətalarınıza hazırlayın. Axı insanlar səhv edə-edə öyrənirlər.
  
 Yazıçı bəzən texniki ipləri əlinə alıb xəyalını qurduğu predmetlərə  nəzarət etməyə başlamalıdır. İçdən yazılmış heç bir roman asan yazılmır. İşin sadəliyi istifadə edəcəyin bütün vəsaitin əlinin altında olmasındadır. Bir yazarın sahiblənməli olduğu ən vacib xüsusiyyət öz əsərini yazarkən  tərəfsiz ola bilməsi, özünü bu mövzuda aldatmayacaq dürüstlüyə və cəsarətə yiyələnməsidir.
  
Həyat hərəkət deməkdir və həyatda insanı hərəkətə vadar edən şeylər önəmlidir: vicdanlı olmaq, hakimiyyət qura bilmək, zövq ala bilmək. İnsan özünü mənəviyyata həsr etdiyi zaman hərəkətdən kənarlaşır. Bu zaman isə iki seçim arasında qalır: xeyr və şər.
 
 İnsanın vicdanı – Allahların lənətidir. Arzu etmək hüququna malik olmaq üçün bu lənəti qəbul etməlisən.
  
İnsanların romanları oxuduğu müddətcə onlar yazacaq. Əlbəttə, əgər illüstrasiyalı jurnallar və bulvar jurnalları insanların oxuma qabiliyyətini axıra qədər öldürməsə. Əgər elə olarsa, ədəbiyyatımız mağaralarındakı ibtidai yazıya geri qayıdacaq.
 
 Digər tərəfdən, əgər yazıçı fikrini onu maraqlandıran şeylər üzərində cəmləyirsə - bu, hər şeydən əvvəl həqiqətdir, insan qəlbidir. Onun müxtəlif ideyalarla, məsələn, burnun forması və ya qan bağı kimi cürbəcür şeylərlə məşğul olmağa vaxtı qalmır.
   
Eyni zamanda hər bir müəllifin əsas məqsədi: 100 ildən sonra kənar bir adamın onun əsərinə baxmasını istəməsidir. O zaman o, yenidən “canlanır”, hərəkətə gəlir. 
  
Bildiyiniz kimi, insan həyatdan köçür. Ölümsüzlüyün yeganə mümkün forması səndən sonra daima hərəkətdə olan və buna görə də ölümsüzlüyü haqq edən bir şey qoyub getməkdir.
  
Hazırladı: Günəş Fərhadlı
Mənbə: kirpi.info
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)