Xulio Kortazar - Mənim üçün ədəbiyyat oyun oynamağın bir formasıdır
Söhbət
Latın amerikalı yazıçılar arasında çox tanınanlardan biri də Xulio Kortasardır. "Xana-xana oyunu", "Uduş" və "Manuelin kitabı" kimi şöhrətli əsərlərin müəllifi olan Kortasar bu müsahibəsində fantastikaya yaxınlığının səbəbindən tutmuş, ədəbiyyatın onun üçün niyə bir oyun olduğunu, yazıçı olmağın necə bir hiss olduğunu açıqlayır. Xulio Kortasarın bu müsahibəsi yazmaq arzusunda olanlar üçün bir motivasiya rolu da oynaya bilər.
Ədəbiyyatın oyun olduğunu demisiniz...
Əslində elədir. Mənim üçün ədəbiyyat oyun oynamağın bir formasıdır. Amma iki cür oyun olduğunu da həmişə fikrimə əlavə edirəm: məsələn, futbol əsas etibarilə oyundur, amma müəyyən situasiyalarda dərin və ciddi bir şey də ola bilər. Uşaqlar oynayırsa, məqsədləri əylənməkdir, amma bu əyləncəni ciddi qəbul edirlər. Buna diqqət etmək lazımdır, çünki vacib məqamdır. Uşaqlar indi bu oyunu nə qədər ciddi qəbul edirlərsə, böyüyəndə də məhəbbəti o qədər ciddi qəbul edəcəklər. Uşaqlığımı xatırlayıram, anamla atam “Bəsdi daha oynadın, indi get yuyun” deyərdilər. Bu mənə səfehcə gələrdi, çünki mənim üçün yuyunmaq qədər səfeh bir şey yox idi. Yuyunmaq nə qədər əhəmiyyətsiz idisə, dostlarımla oynamaq da bir o qədər əhəmiyyətli idi. Ədəbiyyat da oyundan başqa bir şey deyil. Həyatınızı həsr etdiyiniz, uğurunda hər şeyi fəda edə biləcəyiniz bir oyun...
Bədii ədəbiyyatla, fantastika ilə maraqlanmağa nə vaxt başlamısınız?
Uşaqlığımda. Sinif yoldaşlarımın əksəriyyəti üçün fantastika anlayışı hansısa bir məna daşımırdı. Onlar hər şeyi olduğu kimi qəbul edirdilər. Bax bu bitkidir, bu isə oturacaq. Məndən ötrü isə heç nə o qədər də konkret deyildi. Bircə hələ də həyatda olan xəyalpərəst anam məni həvəsləndirirdi, “xeyr, xeyr, ciddi olmalısan” demək əvəzinə, xəyallar qururam deyə sevinərdi. Fantastik dünyaya qayıdanda oxumağım üçün kitablar verməklə, o, mənə kömək edib. Edqar Allan Ponu ilk dəfə 9 yaşımda oxumuşam. Anam bu cür kitablar oxumağıma icazə vermirdi, mən isə oğurlayırdım. Əslində, indiki ağlımla anama haqq verirəm, o kitab uşaq üçün deyildi. O qədər qorxmuşdum ki, üç aya qədər yata bilməmişdim, çünki Ponun yazdıqlarını həqiqət zənn etmişdim. Fantastika bu gün də şübhə edəcəyim bir şey deyil, nə oxuyuramsa inanıram. Nə isə, sinif yoldaşlarıma bu cür kitablar verəndə, “Yoxee, biz kovboy hekayələrini oxumağı üstün tuturuq” deyərdilər. O vaxtlar kovboy filmləri populyar idi. Bunu başa düşmür, fantastikanın fövqəltəbii dünyasını üstün tuturdum.
Yazmaq vərdişlərinizdən danışa bilərsinizmi?
Yazdığım zaman dəyişməyən və əsla da dəyişməyəcək şey total anarxiya və nizamsızlıqdır. Ümumiyyətlə, heç bir metodum yoxdur. Bir hekayə yazmaq istədiyim vaxt hər şeyi kənara qoyuram və sadəcə hekayəni yazıram. Bəzən bir hekayə yazdıqdan sonrakı bir neçə ay ərzində iki-üç dənə başqasını da yazacağımı bilirəm. Çünki bir qayda olaraq hekayələr mənə toplu halda gəlir. Qavrayışım açılır və bir hekayəni yekunlaşdırmadan başqasını “ələ keçirirəm”. Daha doğrusu hekayə içimə “düşür”. Amma növbəti il ərzində bircə sətir belə yaza bilmədiyim vaxtlar olur. Doğrusu son bir neçə ildir makinanın başındakı vaxtımı siyasi yazılar yazaraq keçirmişəm. Nikaraqua haqqında yazdığım mətnlər, ya da Argentina haqqında yazdığım şeylərin ədəbiyyatla bir əlaqəsi yoxdur, hamısı militanlıq barədədir.
Harada yazırsız?
Konkret bir yerim yoxdur. Əvvəllər daha gənc və fiziki daha sağlam olduğum illərdə məsələn, Parisdə yaşayarkən, “Xana-xana oyunu”nun böyük hissəsini kafelərdə yazmışdım. Səs-küy məni narahat etmirdi, tam tərsi, xoşuma gəlirdi. Kafelərdə çox işləmişəm, oxumuşam, yazmışam. Amma yaşlandıqca daha çətin adam oldum. İndi ancaq tam səssizlikdə yaza bilirəm. İşlədiyim vaxt musiqi tamamilə qadağandır, çünki musiqi ilə yazmaq başqa-başqa şeylərdir. Otel otağının, təyyarə, ya da dost evinin fərqi yoxdur, əsas olan sakitlikdir.
Həvəskar trubaçalan olduğunuzu eşitmişəm, hələ də ifa edirsinizmi?
Xeyr. Bu, təəssüf ki, çox erkən yaşda ölən sevimli dostum Pol Blekbörnün uydurmasıdır, mifdir yəni. Evdə özümçün truba çaldığımı bilirdi. Ona görə də həmişə “Birlikdə çalacağın bəzi musiqiçilərlə tanış olmalısan” deyərdi. Mən də “Xeyr, amerikalıların dediyi kimi bunun əvəzini ödəməyə hazır deyiləm” deyə cavab verərdim. İstedadım yoxuydu, özümçün çalırdım. Celli Roll Mortonun, ya Armstronqun, ya da ilkin dövründə Ellinqtonun valını patefona qoyardım... Xüsusilə bluz qeydlərində melodiyanı izləmək asandır. Onlara qulaq asanda həm əylənirəm, həm də trubamla müşayət edirəm. Onları müşayiət etməyim qətiyyən onlardan biri olduğum mənasına gəlmir. Caz musiqiçilərinə yaxınlaşmağa belə cəsarət etməmişəm. İndi trubam o biri otaqda hardasa düşüb itib. Hamısı Blekbörnə görə. Həm də truba çaldığım yerdə çəkilmiş şəklim var, insanlar həm də buna görə ifa edə bildiyimi zənn edirlər. Yazdıqlarımı nəşr etməyə başlamazdan əvvəl tam əmin olana qədər gözləmişdim, truba üçün də əmin olacağım günü gözlədim. Təəssüf ki, o gün heç vaxt gəlmədi.
Həyatla yazmaq arasında bir harmoniya qura bilmisinizmi?
Həm hə, həm də yox. Bu prioritetlərlə bağlı məsələdir. Prioritet bir individualın əxlaqi öhdəlikləri deməkdirsə, bununla razıyam. Amma dayanmadan şikayətlənən bir çox insan da tanıyıram. “Ah, roman yazmaq istəyirəm, amma əvvəlcə evi satmaq məcburiyyətindəyəm, sonra vergi məsələsi var, nə edəcəm?” Bunun kimi səbəblər. “Bütün gün ofisdə işləyirəm, yazmağımı necə gözləyə bilərsən?” Nəhayətdə mən də bütün gün UNESCO-da işləyirdim və evə gəlib “Xana-xana oyunu”nu yazdım. İnsan yazmaq istəyirsə yazar. Yazmaq üçün həyata gəlibsə, yazar.
Səmimi deyəsi olsam, oxumaq tənbəllərin görəcəyi işdir
Şöhrət və uğur sizi xoşbəxt etdimi?
Qulaq asın, heç kim inanmayacaq, amma mənim üçün uğur həzz deyil. Yaşayışımı yazdıqlarımdan qazana bildiyim üçün xoşbəxtəm, amma buna görə populyar və tənqidi uğura da qatlanmaq məcburiyyətindəyəm. Amma tanınmadığım vaxtlar daha xoşbəxt idim. Daha xoşbəxt. İndi Latın Amerikasında, ya da İspaniyada tanınmadan 10 metr belə gəzə bilmirəm. Həssas məsələdir, çünki onlar oxucularımdır, gənc və inadkardırlar. Yazdıqlarımı sevdikləri üçün xoşbəxtəm, amma məhrəmliyim də qalmayıb. Avropanın heç bir yerində dənizə girə bilmərəm, beş dəqiqənin içindəcə fotoqraf peyda olacaq. Bilmirəm, bəlkə də gizlənməyimə imkan verməyəm bir görünüşüm var. Xırım-xırda olsaydım üzümü qırxar, gün eynəyi taxardım, amma bu boyla məni uzaqdan görəndə də tanıyırlar.
Digər tərəfdən çox gözəl şeylər də olur. Təxminən bir ay əvvəl Barselonada idim, axşamüstü Qotik Məhəlləsində gəzişirdim, çox gözəl gitara çalıb mahnı oxuyan amerikalı bir qız gördüm. Dolanışığını çıxarmaq üçün küçədə mahnı oxuyurdu. Çox saf və təmiz səsi olan Coan Baezə oxşayırdı. Ona qulaq asmaq üçün bir qrup barselonalı gəncə yaxınlaşdım, amma arxada, kölgəlikdə dayandım. Biraz sonra 20 yaşlarında yaraşıqlı bir cavan oğlan yanıma gəldi, əlində bir keks varıydı. “Xulio, bundan götür” dedi. Mən də bir parça qoparıb təşəkkür etdim. “Təşəkkürə ehtiyac yoxdu, mənə verdiyin şeylərlə müqayisədə keks nədir ki”, - deyə cavab verdi. Ona “belə demə” deyəndə mənlə qucaqlaşdı, sonra aralandı. Bax, bu işlər belədi, bir yazıçı kimi aldığım ən böyük hədiyyələrdən biri budur. Yanınıza gənc bir oğlan, ya da qadın gələr, sizə keks parçası uzadar və bu çox şey deməkdir. Yazmağın əzab-əziyyəti qətiyyətlə buna dəyər.
Mənbə: Bilge.az

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)