Yazıçı Osama Dazai

Təqdimat
Yazıçı Osama Dazai
“Həyatım utanılacaq hadisələrlə doludur. İnsan həyatının necə bir şey olduğu haqqında heç bir fikrim yoxdur. Doğulduğum üçün üzr istəyirəm.”

Tsuşima Aomori məktəbində təhsil alıb. O, məktəb dövründə çox savadlı şagird sayılırdı. Xüsusilə də, yazı yazma sənətində. Hətta məktəbin nəşriyyatında redaktə işlərinə də kömək edirdi. Həyatının dəyişməyə başlaması isə, ən çox sevdiyi yazar – Ryunosuke Akutaqava`nın 1927-ci ildə intihar etməsi ilə başladı. O, artıq dərslərinə fikir vermir və spirtli içkilərə meyli günü-gündən artırdı. 10 dekabr 1929-cu ildə son imtahanından bir gün əvvəlki gecə artıq dozada yuxu dərmanı qəbul edərək intihara cəhd etsə də bu, uğurlu alınmadı. İntihar səbəbi isə, səhər olacaq imtahandan keçmə şansının olmaması idi. Ancaq bu hadisədən sonra yalnız növbəti il məzun ola bildi.
Bu illər ərzində spirtli içkilərlə yanaşı, artıq narkotik də istifadə etməyə başlamışdı. 1936-ci ildə o, narkotikdən xilas olmaq üçün müalicə aldığı dövrdə heç gözləmədiyi bir hadisə baş verir. O xanımı Oyama`nın Dazai`nin ən yaxnı dostu olan Zenşirō Kodate ilə münasibəti olduğunu görür. Bundan sonra Dazai və xanımı Oyama yuxu dərmanı içərək intihar etmək qərarına gəlirlər amma hər ikisi də sağ qalır. Bu hadisədən sonra Dazai ondan ayrılır və çox qısa müddətdə orta məktəb müəllimi olan Miçiko İşihara (石原美知子) ilə evlənir. Dazai`nin ilk qız övladı Sonoko (園子) 1941-ci ildə anadan olur.
Nəhayət ki…
1930-1940-cı illərdə Dazai yazarlığa davam edirdi. Onun ilk hekayəsi olan “Gyofukuki” 1933-cü ildə çıxdı. Sonra isə, “Doke no Hana və Gyakko” (1935), “Kyogen no Kami” (1936) əsərlərini yazdı və bu əsərlərin hər biri 1936-cı ildə “Bannen” adlı kolleksiyada birlikdə yayımlandı.
Müharibə dövründə yenə çətinliklərlə qarşılaşsa da bu illərdə onun 2 övladı dünyaya gəldi. İlk oğlu Masaki (正樹) 1944-cü ildə, ikinci qızı Satoko (里子) (o, gələcəydə Yuko Tsuşima adı ilə yazarlıq edəcək) isə, 1947-ci ildə doğulub.
Dazai`nin həyatının hər dövründə spirtli içkilər onun ən yaxın dostu olmuşdu və elə içkinin sayəsində o, Tomie Yamazaki (山崎富栄) ilə tanış oldu. Tomie evləndikdən 10 gün sonra müharibəyə görə ərini itirmiş bir dul qadın idi. Dazai ona o qədər bağlanmışdı ki, hətta həyat yoldaşı və uşaqlarını tərk edərək onunla yaşamağa başladı və elə həmin dövrdə 1948-ci ildə Dazai`nin öz həyatını əks etdirən avto-bioqrafik kitabı sayılan “Ningen şikkaku” əsərini yazdı. “Ningen şikkaku” günümüzdə Yaponiya ədəbiyyatının klassikası sayılır və çoxlu sayda fərqli dillərə tərcümə olunub.

2009-cu ildə “Aoi Bunqaku” adlı bir anime yayımlandı. Burada 6 klassik Yaponiya ədəbiyyatı nümunəsinin anime versiyaları izləyicilərə təqdim olundu və bunlardan ikisi: “Ningen şikkaku” (“İnsanlıqdan məhrum”, 1-4-cü epizodlar) və “Haşire, Melos!” (“Qaç, Melos!”, 9-10-cu epizodlar) əsərləri Dazai`yə məxsus idi.
Rəşid Ələsgərov © yapon.az 2015
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Seyid Hüseyn - Həzin bir xatirə

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ

Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)