Edebiyyat.az » Təqdimat » Nemət Mətin - Epilektik adamlar(araşdırma yazı)

Nemət Mətin - Epilektik adamlar(araşdırma yazı)

Nemət Mətin - Epilektik adamlar(araşdırma yazı)
Təqdimat
admin
Müəllif:
22:44, 07 iyun 2020
1 885
0
Nemət Mətin - Epilektik adamlar( araşdırma yazı)
 

 El arasında "müqəddəs xəstəlik" adlandırılan Epilepsiya yunan dilindən tərcümədə yaxalanmış, tutulmuş mənasını verir. Məsələn, Makedoniyalı İsgəndər, Fyodor Dostoyevski, Van Qoq epilektik idi. Doktor Qalib Əsədov epilepsiya haqda məqaləsində yazır:
 "Epileptik tutmalar iki yerə bölünür: kiçik və böyük tutmalar. Kiçik və böyük tutmalar bir-birindən çox fərqlənir. İnsanlara sadəcə, böyük tutmaların əlaməti məlumdur. Böyük tutmalar zamanı xəstənin əlləri yumulur, yıxılır, gözü çevrilir və ağızdan köpük gəlir.  Kiçik tutmalarsa özünü müxtəlif yollarla göstərir. Kiçik tutmalar zamanı xəstədə yıxılma, başgicəllənmə, huşu itirmə olmur. Bəzən elə olur ki, insan bilmədən qeyri-adi səs çıxarır. Xəstələr var ki, tutma zamanı möhkəm gülməyə başlayır. Bəzənsə insanın gözünə qəribə varlıqlar görünür. Bəzənsə söhbət zamanı qarşındakı qəfildən huşa gedir, gözü başqa tərəfə baxır, çağıranda cavab vermir. Bu da kiçik tutmanın əlamətləridir."
  Rus riyaziyyatçısı V.Kovalevskaya isə yazır ki, Dostoyevski bizim ailəvi dostumuz idi. Bacımla mən onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bilirdik. Necə oldusa, Fyodor özü bu xəstəliyin tarixini bizə danışdı. O dedi ki, bu xəstəlik onda sürgündə olarkən baş vermişdir.Təklik onu bərk sıxırmış və aylarla bir nəfər də olsun canlı görmürmüş ki, oturub əməlli-başlı söhbət etsinlər. Bir dəfə, qəfildən köhnə bir dostu onun yanına gəlir. Xeyli söhbət edirlər. Fəlsəfədən, ədəbiyyatdan, həyatdan. Nəhayət dini mövzuya gəlib çıxırlar. Yoldaşı ateist, Dostoyevski isə dindar idi. Söhbətin şirin yerində Dostoyevski "Allah var" sözlərini bir neçə dəfə qışqırır. Sonra əlavə edir:
 -Siz hamınız, ağıllı adamlarsınız, ancaq epilektiklərin tutmaları başlamazdan bir saniyə əvvəl hiss etdikləri xoşbəxrliyin ülviyyətini bilmirsiniz. Məhəmməd peyğəmbər öz "Quran"ında inandırır ki, cənnəti görmüş və orada olmuşdur. Bütün ağıllı axmaqlar əmindirlər ki, o, sadəcə olaraq yalançıdır və aldadır. Yoox!! O, yalan demir! O, məndə olduğu kimi epilepsiyası tutanda elə bil, həqiqətən cənnətdə olurmuş. Bilmirəm, o xoşbəxt anlar bir saniyəmi, bir saatmı, bir ilmi çəkir, ancaq, inanın, həyatın mənə verə biləcəyi bütün səadəti o ləzzətə qurban verərəm.
 Əliyev N. "Epilektik şəxsiyyət dəyişiklikləri və onların terapiyası" adlı araşdırma yazısında qeyd edir:
 "Epilepsiya zamanı ən təhlükəli pozuntulardan biri təcavüzkarlıqdır. Epilepsiya, antiepileptik dərmanlar və təcavüz. Sübutlara əsaslanan bir araşdırmanın nəticəsi göstərir ki, bəzi antikonvulsantlar başqalarına nisbətən daha yüksək təcavüzkarlıq riskləri ilə əlaqəlidir. Bura ilk növbədə clobazam, klonazepam, levetiracetam, perampanel, fenobarbital, tiagabin, topiramat, wigabatrin və zonisamide (əlifba sırası ilə) aiddirlər. Təcavüzkar davranış ehtimalı, bu dərmanların hər hansı biri ilə müalicəyə başlayan hər bir xəstəyə, xüsusən də məlum qəzəb idarəetmə problemləri olan xəstələrə izah edilməlidir.
  Rəssam Van Qoq litrlərlə absent (yovşan arağı) içə-içə sutkalarla şəkil çəkirmiş və belə gedə-gedə nəticədə sol qulağını kəsdi və bu vəziyyətdə avtoprtretini çəkdi. Sonra isə otuz yeddi yaşında özünə qəsd edərək öldü. Həkimlər Van Qoqun sağ vaxtında ona qoyulmuş çoxlu sayda tibbi diaqnozları öldükdən sonra açıqlayırlar. Belə ki, Van Qoq şizofreniya, beyində şiş, epilepsiya, psixoz xəstəliklərindən əziyyət çəkirmiş və hətta, onda üskükotu ilə zəhərlənmə də müəyyən edilmişdi. Hansı ki, o vaxtlar adı çəkilən otdan psixi xəstəlikləri müalicə etmək üçün istifadə olunurdu.   Nəcib Məhfuz yazır: 
"Misirlilərin Firona tapınmaları qəribə deyil. Qəribəsi, Fironun özünün Tanrı olduğuna inanması idi”
 Bəlkə də Firon da epilektik idi. 
 Siddhartha Buddaya çevrilməmişdən öncə saatlarla tək meditasiya edirdi. Məhəmməd peyğəmbər mağaraya üz tutmuşdu. Təklik onları kəpənəyə çevirdi.  



 Bir miniatür rəsm əsəri var. Rəsmdə imza olmasa da onu Sultan Məhəmmədə aid edirlər. I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına çəkilmiş rəsm əsəridir. Orta əsr divan ənənəsinə uyğun olaraq, başqa şairlər kimi Nizami poemalarını dini məzmunlu girişlə başlamışdır. Həmin girişə əsasən Məhəmməd peyğəmbərin göyə qalxması təsvir olunur: Ulduzlu bir gecdə peyğəmbər dünya tamahı ilə vidalaşıb çəhrayı rəngli insan başlı, qanadlı əfsanəvi atın - Buraqın belində göyün yeddinci qatına qalxır. Miniatür üzərində, mövzu üçün əsas götürülmüş mətndən aşağıdakı beytlər yazılmışdır:

 "Alınca tanrının əmrindən soraq,
  Olmadı halqalı kəməndə yağı.
  Minib də Buraqa ildırım varı, 
  O, cumdu göylərə, əldə tatarı."


  Hitler də epilektik idi. Ştrumbanfürer Neyhaus 1945-ci ilin aprelində yazdığı yazıda qeyd edir: "Hitler dəhşət psixoloji xəstəliklərdən əziyyət çəkir. Güman edilir ki, psixoloji xəstəlik epilepsiyadır. Vaxtı ilə tez-tez huşunu itirib yerə yıxıldığına görə "xalça dişləyən" adlandırılması da buna işarədir.    Epilepsiya, ən yaxşı halda isə depressiya yaradıcı adamları izləyir. Daha doğrusu yaradıcı adam bu xəstəliklərdən azad olmaq üçün yaradır ki, darıxmasın. Azad Qaradərəlinin bir fikri var, onu tez-tez təkrar edir. "Dolanda yazın." Darıxmaq isə dolmağa gətirib çıxaran amildir.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)