Edebiyyat.az » Təqdimat » “AZAD QARADƏRƏLİNİN SÖZ ALƏMİ”ADLI KİTAB ÇAPDAN ÇIXIB

“AZAD QARADƏRƏLİNİN SÖZ ALƏMİ”ADLI KİTAB ÇAPDAN ÇIXIB

“AZAD QARADƏRƏLİNİN SÖZ ALƏMİ”ADLI KİTAB ÇAPDAN ÇIXIB
Təqdimat
admin
Müəllif:
11:33, 20 fevral 2024
853
0
“AZAD QARADƏRƏLİNİN SÖZ ALƏMİ”ADLI KİTAB ÇAPDAN ÇIXIB




    2024-cü ilin mart ayında yazıçı Azad Qaradərəlinin  70 yaşı tamam olur. Bu münasibətlə onun  bütün əsərlərinin nəşrinə başlanmaqla bərabər (artıq dörd cild çapdan çıxmışdır), yazıçıya həsr olunmuş daha bir neçə kitabın da nəşri nəzərdə tutulub. Onlardan biri də bu günlərdə çapdan çıxan “Azad Qaradərəlinin söz aləmi” məqalələr toplusudur. Topluda ədəbiyyatşünas alimlərdən Tehran Əlişanoğlu, Rəhim Əliyev, Vaqif Yusifli, Qurban Bayramov, Ramin Əhmədov, Mehman Qaraxanoğlu, Sabir Bəşirov, Mənzər Niyarlı; dilçi alimlərdən İsmayı Kazımov, Qulu Məhərrəmli; filosoflardan Rahid Ulusel, Niyazi Mehdi, Zakir Məmmədəli; tarixçi alimlərdən Lətif Şüküroğlu, Həsən Səfəri; yazıçılardan Camal Yusifzadə, Məmməd İsmayıl, Əlabbas, Eyvaz Zeynalov, Mehriban Vəzir, Ağacəfər Həsənli, Əjdər Ol, Məmməd Elli, Aqşin Yenisey, Qismət, Sevinc Elsevər, Ulucay Akif, Nemət Mətin, İradə Aytel, Vaqif Osmanlı, Həmid Piriyev, Günel Rəcəb, Araz Gündüz, Teyfur Çələbi, Çinarə Ömray, Bahar Zamanı; habelə Türkiyədə və Almaniyada yaşayan qələm adamlarından Cazim Gürbiz, Celal İlhan, Orhan Aras, Ahmet Yıldız, Ceylan Mumoğlu, Selcuk Ülger, Əbdülqadir Özkanın yazıları, habelə Esmira Məhiqızı, Adil Yılmaz (Türkiyə), İsfəndiyar Əhmədli, Bərxudar Hüseynlinin yazıçıya həsr olunmuş şeirlər yer almışdır.

    Eyni zamanda topluda yazıçının yaxınlarının, uşaqlıq və gənclik dostlarının, sıravi oxucuların ürək sözlərinə də yer verilmişdir. 

    608 səhifəlik kitabın sonunda yazıçının həyatının müxtəlif məqamlarını – gənclik illərini, ailə bağlarını, dostlarını, tələbələrini, qələm dostlarını, kitab təqdimatlarını, Türkiyə səfərlərini əks etdirən fotolar-şəkillər də dərc olunmuşdur. 

    Qanun nəşriyyatında çap olunan kitabın elmi redaktoru professor İsmayıl Kazımov, redaktorları Mübariz Örən, Sevinc EL-Sevər, tərtibçisi Şərqşünaslıq İnstitunun əməkdaşı Türkan Azadqızıdır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)