Edebiyyat.az » Təqdimat » Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində

Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində

Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
Təqdimat
admin
Müəllif:
15:55, 18 iyun 2025
44
0
Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində

Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə Asiyanın ən iri kitab platformalarından biri olan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Çin Milli Nəşrlərin İdxal və İxrac Qrupu tərəfindən təşkil olunan sərgi bu il 80 ölkədən 1700-dən çox iştirakçını, o cümlədən 200-dən artıq beynəlxalq kitabxana və tədqiqat institutunu bir araya gətirib. Sərginin fəxri qonaq ölkəsi isə Malayziyadır.

17 iyun tarixində baş tutan rəsmi açılış mərasimində Azərbaycan nəşriyyat nümayəndələri və tanınmış yazarların daxil olduğu geniş heyətlə iştirak edir. Sərgi çərçivəsində milli stend və təqdimat zonası vasitəsilə ölkəmizin zəngin ədəbi-mədəni irsi dünya auditoriyasına təqdim olunur.

Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatını əks etdirən 175 adda, 332 nüsxə kitab sərgilənən milli stenddə ziyarətçilər 5 gün boyunca Azərbaycan kitab sənətinə həsr olunmuş təqdimatlar, görüşlər və müzakirələrdə iştirak edə biləcəklər.

Sərgi müddətində Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi, ədəbi tərcümələrin təşviqi, eləcə də yerli nəşrlərin beynəlxalq oxuculara tanıdılması istiqamətində müxtəlif peşəkar tədbirlər də planlaşdırılıb.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)