Edebiyyat.az » Təqdimat » “DEMOKRATİYA AĞILARI” çapdan çıxıb

“DEMOKRATİYA AĞILARI” çapdan çıxıb

“DEMOKRATİYA AĞILARI” çapdan çıxıb
Təqdimat
Necef Esgerzade
Müəllif:
13:25, 16 may 2019
2 048
0

                


         Yazıçı Azad Qaradərəlinin “Demokratiya Ağıları” kitabı çapdan çıxıb. 

         Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitabda ölkəmizin müstəqilliyinin memarları M.Ə.Rəsulzadə və Ə.Elçibəy haqqında hekayələr yer alıb.

         Müəllifin kitabın titul səhifəsi üçün yazdıqlarından:

         “Kitaba daxil olan hekayələr bəzi hallarda  fəhmlə, bəzən isə  müəllifin müşahidələri və tarixi sənədlərə əsaslanması ilə qələmə alınıb. Bu mətnlərdəki  hansısa fikirlər kimlər üçünsə mübahisəli görünə bilər. (Bəri başdan deyim ki, sənədlərə istinad edilsə də, bunlar bədii yazılardır və müəllif   qəhrəmanlarına  bəzən  öz ampluasından yanaşıb.) Amma sərt bir həqiqət var – tarix və onun amansızlığı. O insanlar ki, artıq tarixə qovuşmuşlar və özləri də tarixdirlər, onlardan  yazmaq həm çətin olur, həm də ağrılı... Üstəlik, elan edilməmiş yasaqlar...

            Biz çətinlikdən, yasaqlardan qorxmadıq. Ağrılı tərəfini nəzərə alıb ağı kimi ötdük bu mətnləri. Bunlar, əslində nəsrlə yazılmış ağılardır – demokratiya ağıları... 

           Tariximizdə qalan və tarix yaradan iki böyük insandan – Məhəmməd Əmin Rəsulzadə və onun davamçısı Əbülfəz Elçibəydən bəhs edir bu ağılar. Bəs niyə ağı? Ondan ki, onların ikisi də arzusunda 

olduqları müstəqil dövləti qursalar da, həmin dövlətin dünya demokratiya ailəsinə qovuşmasına nail ola bilmədilər. 

             Bu ağıların bir gün oratoriyaya çevriləcəyinə öndərin adı kimi əminik!”

         Kitabın redaktorları Fərzuq Seyidbəyli, Sevinc Elsevər, ön sözün müəllifi Məmməd İsmayıl, rəssamları Pəri Miniatür, Rövşən Şirinov (Rövşən bəyin adı diqqətsizlik üzündən çap zamanı kitaba düşmədiyi üçün ondan üzür diləyirik), maliyyə dəstəkçisi Vaqif İslamoğludur.

         Kitabın təqdimatı 26 may 2019-cu il tarixdə, saat 15.00-da Kitabevim.az-da (28 May metrocunun yaxınlığı, Dəmiryol xəstəxanasının sağı, 2-ci mərtəbə) keçiriləcəkdir. 

         Bütün hərəkatçılar, cümhuriyyətçilər, kitab aşiqləri dəvətlidir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)