Edebiyyat.az » Təqdimat » Azər Qismətin kitab təqdimatı və imza günü

Azər Qismətin kitab təqdimatı və imza günü

Azər Qismətin kitab təqdimatı və imza günü
Təqdimat
nemət
Müəllif:
21:11, 18 dekabr 2019
1 444
0
Azər Qismətin kitab təqdimatı və imza günü


Gülümsəyən cənabın “Xanım taksi”si ilin son kitabı olacaq.  Yazıçı Azər Qismətin “Xanım taksi” adlı kitabının təqdimatı keçiriləcək. Kitabda müəllifin son illərdə qələmə aldığı hekayə və novellaları toplanıb. “Xanım Taksi” Biz Klub layihəsinin sayca 4-cü kitabıdır.  Bu haqda saytımıza kitabın redaktoru Nicat Həşimzadə məlumat verib. Qeyd edək ki, yazıçı Azərbaycanda daha çox novella ustası kimi tanınıb. “Xanım taksi” kitabındakı novellalarda müxtəlif insanların üzləşdiyi situasiyalar, həmin vəziyyətlərdən çıxmaq manevrləri incə yumorla təsvir edilib. Azər Qismət satirası hələ tələbəlik illərindən ssenari müəlllifi olduğu UŞU Şən və Hazırcavablar Klubundan geniş ictimaiyyətə təqdim edilməyə başlanıb. Onun novellaları əsasında telekanallarda səhnəciklər ifa edilib. Bu, müəllifin oxucularla 3-cü gorüşüdür. Onun “Duman” kitabı, “Çuğullar” romanı işıq üzü görüb. Xatırladaq ki, Azər Qismət “Xəbərçi” verilişinin aparıcısı, eləcə də “İç xəbər” proqramının redaktoru və aparıcısı kimi məşhurluq qazanıb. Xalq arasında “Gülümsəyən cənab” adı ilə tanınır. Hazırda AzTv-nin Ədəbi-Dram departamentinin baş redaktoru kimi fəaliyyət göstərir. 2016-cı ildə 400 nəfərin qatıldığı hekayə müsabiqəsində 1-ci yer tutub. Rusiyanın “Sodrujestva” müsabiqəsində 2-ci yer tutmaqla, əsərləri həmin ölkənin almanaxına salınıb. Hekayə və novellaları Ukrayna, Belarus, İran, Çexiya, Yaponiyanın ədəbi portallarında dərc edilib. Təqdimat 29 dekabr, 15.00-17.00 radələrində, metronin “28 May” stansiyasının yaxınlığındakı “Kitabevim.az” mağazasında keçiriləcək

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)