Xəyalə Quliyeva - Qıcıqlı insanların əhatəsində...

Ədəbi tənqid
Xəyalə Quliyeva - Qıcıqlı insanların əhatəsində...
İctimai nəqliyyatda gülməyən üzlərlə hər gün hamı qarşılaşır. Elə o hamının içində də kifayət qədər gülməyən üz var. Gülmək deyərkən, təbii ki, boş-boşuna, yolun ortasında

Nə olsun ki, bəzi çətinlikləri var, amma metroda anasının qucağında üzbəüz əyləşən körpəni baxışları ilə güldürə də bilər...
Həyat o qədər də qara rəngdə deyil axı, çətinliklər var, həm maddi, həm mənəvi, həm də cismani. Amma həmişə çətinlik də olub, xəstəlik də olub. Amma heç vaxt insanlar bu qədər stressli olmayıblar. Qədim dövrlərdən ta bu yana bəşəriyyət nə qədər çətin gün yaşayıb, dara düşüb, amma insani hisslərini indiki kimi itirməyib, yadırğamayıb... Bəlkə də bütünlükdə bəşəriyyətə şamil etmək düzgün deyil, bəlkı də Norveçində, İsveçində insanlar daha firavandırlar, üzləri də gülür, hələ üstəlik yolda bir uşaq görəndə onu əzizləyib, dindirirlər... Amma çox əfsuslar olsun ki, özümüz haqqında bunu deyə bilməyəcəyəm. İnsanlar qıcıqlıdır, əsəbidir. Problemlərimizi, dərdlərimizi öz aramızda çox yaxşı bilirik və bir az da yaxşı bilirik ki, bunlar hardan qaynaqlanır, niyə baş verir, necə yaranır... Dərdliyəm-çünki, xəstəyəm, dərdliyəm-çünki, pulum yoxdur, dərdliyəm-çünki evim yoxdur, dərdliyəm çünki, övladım olmur, dərdliyəm-çünki övladım sözümə qulaq asmır və sairə və ilaxır... dartdıqca-dartılır, uzandıqca-uzanır bu siyahı... Bunların çoxu da çətin həzm olunan dərdlərdir, insanı yaralayan dərdlərdir, insanın könlünü incidən dərdlərdir. Amma, bu dərdlər, heç kəsə ictimai nəqliyyatda bu qədər aqressiv olmağa, avtobusda bir az ortaya keçməməyə haqq qazandırmır!
Nəzakət qaydaları cəmiyyətin rifahını yaxşılaşdıran vasitələrdən biridir, ictimayyətdə nəzakət qaydalarının mövcud olması və onlara riayət edilməsi, həmin topluluqların mənəvi xoşbəxtliklərindən biridir.
Qıcıqlı insanların , ətrafa zəhər yaydıqları kimi, pozitiv insanlar da ətrafa xoşbəxtlik toxumları səpirlər. Yazını oxuyub, hələ də, mənim min dənə dərdim var, mən niyə pozitiv olmalıyam deyirsəniz, inandırım sizi ki, sizin min yox min bir dərdiniz var, min birincisi neqativ enerji mənbəyi olmağınızdır. Bu da dərtdir, üstəlik çox ciddi bir dərd. Çünki, həmin dərd gəzib-dolaşıb, mütləq öz sahibinə qayıdacaq. Təbiət bizim ona hasil etdiyimizi özündə heç vaxt saxlamır və özümüzə qaytarır... Ətrafa hansı enerjini ötürürüksə, o da qayıdıb, qəlbimizdə əyləşir.
Qəlblərimizi pozitivlə dolduraq ki, neqativə nə yer olsun, nə də vaxt!
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:

LALƏ HÜSEYNOVA - SİRR

Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

Əlabbas Bağırov - Köhnə kişi

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə