Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Dədə Qorqud paradoksu(Köndələn esse)

Kənan Hacı - Dədə Qorqud paradoksu(Köndələn esse)

Kənan Hacı - Dədə Qorqud paradoksu(Köndələn esse)
Ədəbi tənqid
admin
Müəllif:
08:48, 17 sentyabr 2022
1 132
0
Kənan Hacı - Dədə Qorqud paradoksu(Köndələn esse)




Yazarsız mətnin yaranması...

Anonimliyin cazibəsi...

“Kitabi-Dədə Qorqud” dastanı bizim ana kitabımız olmaqla yanaşı mifik təfəkkürümüzün başlanğıcı kimi son dərəcə qiymətlidir. Kimdir bu dastanın müəllifi? Oğuz tayfalarının dilində yazıya alınmış bu unikal əsər bir neçə yüzil boyunca oğuznamə kimi yaddaşlarda dolaşıb. Xəyali bir yazar düşünün. İç Oğuzla Dış Oğuzun fövqündə dayanan bir bilgin gəlir ağlımıza. O müəllif kimdirsə, Dədə Qorqud böyük ehtimalla elə onun özünün prototipi ola bilər...

Bu xəyali yazıçının varlığı həm də ədəbiyyatın paralel tarixidir. Əsər oğuz mədəniyyəti və oğuz törəsinin ana yasası hesab olunur. Çeşidli məşğuliyyətlər, çeşidli təsirlər, etnik kökənlər Dədə Qorqud dediyimiz bu adamın yaşam tərzində dərin iz buraxıb. 

Bir kimsə indiyə qədər onun fiziki özəlliyinin, gerçək və ya xəyali varlıq olmasının qayğısına qalmayıb. Heç kim Dədə Qorquddan şübhələnməyib. 

Homeri xatırlayıram. Onun korluğu rəmzi məna daşıyır, yazdıqları da görünənlərin tərsidir. Korluğun bu ikili xüsusiyyəti Homerin şeirlərində açıq-aşkar görünür. Kral Alkinosun sarayına hansı yollasa daxil olmuş kor şair Demodok öz qaranlığı içində başqalarının görə bilmədiyi nəsnələri görür. Qaibdən xəbər verən kor Demodok sarayda heç kəsin tanımadığı Odissey haqqında nəğmələr söyləyir, onun Axilleslə konfliktindən və Taxta At hiyləsindən söz açır.

Dədə Qorqud müəyyən məqamlarda Demodoka bənzəyir. Hadisələri kənardan izləyir, nəyəsə müdaxilə etmək iqtidarında deyil. O, hər şeyi görür, lakin taleyin oyununda passiv fiqurdur. Sonuc, nəticə ona bəllidir. Seyrçi mövqedə qaldığı üçün iztirab çəkir. Oğuz bəyləri onun sözünü eşitmirlər.

O, gizlənmiş ağıldır, mətnin həm hərəkətverici qüvvəsi, həm də neytral zonasıdır. 

Padadoks! 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)