Edebiyyat.az » Film » AzTV-də yeni sənədli film - “Azərbaycanlıların deportasiyası (1948-1953)”

AzTV-də yeni sənədli film - “Azərbaycanlıların deportasiyası (1948-1953)”

AzTV-də yeni sənədli film - “Azərbaycanlıların deportasiyası (1948-1953)”
Film
admin
Müəllif:
08:37, 21 may 2025
22
0
AzTV-də yeni sənədli film - “Azərbaycanlıların deportasiyası (1948-1953)”



"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Sabah" Yaradıcılıq Studiyasında yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub. “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “Azərbaycanlıların deportasiyası (1948-1953)” adlanır.

Linkə daxil ol

Filmdə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasından bəhs edilir. SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı qərarına uyğun olaraq azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi zamanı baş verən hadisələr bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.

Filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayeva, baş prodüseri Xalq artisti Ramiz Həsənoğludur.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)