Edebiyyat.az » Təqdimat » NİGAR HÜSEYNOVA - DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ: ERMƏNİ DİASPORUNUN BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİ

NİGAR HÜSEYNOVA - DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ: ERMƏNİ DİASPORUNUN BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİ

NİGAR HÜSEYNOVA - DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ: ERMƏNİ DİASPORUNUN BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİ
Təqdimat
admin
Müəllif:
08:06, 21 avqust 2020
1 910
0
NİGAR HÜSEYNOVA - DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ : ERM ƏNİ DİASPORUNUN BU İSTİQAMƏTDƏ FƏALİYYƏTİ

               

                                                                                                                            




 

Düşünürəm ki,hər bir tarixçi bütün məslələrdə hər zaman obyektiv olmalıdır..Məqalədə bacardığım qədər obyektiv olmağa çalışdım. 

Məqalədə Dağlıq Qarabağ münaqişəsi haqda informasiya verilir. Münaqişəsinin necə başlanmasından,Qarabağın hər iki ölkə üçün olan əhəmiyyətindən qısaca bəhs olunur.Siyası hiylə nəticəsində ən çox zərər çəkənlərin sıravi insanlar olduğunun şahidi oluruq.Hadisələrin şahidlərindən alınmış müsahibələr də məqalədə yer alıb.Müharibə nəticəsində işğal olunmuş ərazilərin adları çəkilir. Məqalədə həmçinin erməni diasporunun fəaliyyətindən məlumat verilir. 

Açar sözləri:   Qarabağ, münaqişə, Cənubi Qafqaz, Azərbaycan,Ermənistan,millətin öz müqəddəratını təyin etmə hüququ

 

1988-ci ildə Ermənistanda olduğu kimi, Azərbaycanda da yalnız bir problem ‒ Dağlıq Qarabağ problemi insanların qəzəbinə və küçələrə çıxmasına səbəb ola bilərdi.Dəfələrlə hər iki respublikaya ezam edilən Moskva rəsmisi Vyaçeslav Mixaylov deyir:”Mən yüzlərlə insanla söhbət etdim. Lakin kompromis mövqeyində olan nə bir azərbaycanlıya, nə də erməniyə rast gəldim. Çobandan tutmuş akademikə kimi” ( 6, səh 20)

Dağlıq Qarabağ münaqişəsinin hazırki mərhələsi Xankəndi (hazırda Stepanakert) və Ermənistanda 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumla başlandı. 1987-ci ildə ermənilər Dağlıq Qarabağın kolxoz və fabriklərini gəzir, Ermənistana birləşmək haqqında “referendum” adlandırdıqları sənəd üçün imza yığırdılar. İmzaların toplanması artıq başa çatmışdı, avqusta isə Ermənistanda və Qarabağda yığılmış 75 min imza ilə on cilddən ibarət olan ərizə Moskvaya göndərildi (4, səh 1).

Bu referendum haqqında danışarkən erməni siyasi hərəkatının siyasi liderlərindən olan, milliyyətçi Muradyan bir neçə dəfə “Qarabağın bütün əhalisi”ifadəsini işlətdi. Bəs bura azərbaycanlılar da daxil idimi?   Görəsən onların fikrini öyrənməyə kimsə cəhd göstərmişdi? Bu suallara Muradyan belə cavab verdi: “Bu insanların aqibəti bizi maraqlandırmır.Onlar onilliklər,hətta əsrlər boyu bizə qarşı yönəlmiş hakimiyyətin vasitəsi və zorakılıq aləti idilər.Nə o zaman onların aqibəti bizi maraqlandırmırdı, nə də indi”. Bu fikirlərə əsaslanaraq Azərbaycan əhalisinin sorğudan kənar qaldığına bir daha əmin oluruq. Qonşunun mövqeyinə etinasızlıq sovet sisteminin sərt şaquli strukturun özəyində dururdu:Ermənistan və Azərbaycan birbaşa bir-birilə dialoq aparmaq əvəzinə Moskva vasitəsilə əlaqəni qururdular.

Referendumdan sonra bütün Ermənistanı çıxışlar bürüməyə başladı. Xalq küçələrə çıxıb “Qarabağ”şüarı ilə mitinqlər keçirməyə başladı.Uzun illər Yerevanda yaşamış qarabağlı Zoya Şuqaryan deyirdi ki, bu hadisələri görəndə, gözlərinə inana bilmirdi. Əvvəlcə Ermənistanın paytaxt sakinlərinin əksəriyyəti Dağlıq Qarabağdakı vəziyyətdən xəbərdar deyildilər. Şuqaryan qeyd edirdi ki, “bütün bu illər ərzində mən Qarabağı hətta xəritədə tapa bilməyən insanlarla mübarizə aparırdım.Fevralın 21-də isə küçəyə çıxıb görürüdüm ki, bütün Ermənistan “Qa-ra-bağ!” qışqırır.

1988-ci ilin fevralında Dağlıq Qarabağda baş verən fövqəladə hadisələr Azərbaycan üçün gözlənilməz oldu. Azərbaycan əhalisinin tərkibi Ermənistandan fərqli olaraq daha müxtəlif idi. 1988-ci ildə əhalisi yeddi milyondn artıq olan Azərbaycan qonşu respublikanın sayına görə ikiqat öndə olaraq, çoxmillətli idi. Burada ruslar və ermənilər kimi milli azlıqlar və həmçinin azsaylı Qafqaz xalqları,talışlar, ləzgilər  və b. yaşayırdılar.

Azərbaycanda ilk siyasi etiraz aksiyası 1988-ci ilin fevralın 19-da baş verdi. Bakıda bir qrup tələbə, fəhlə və ziyalı əllərində Dağlıq Qarabağın Azərbaycan tərkib hissəsi olduğunu bildirən plakatlarla şəhərin yuxarı hissəsində yerləşən Elmlər Akademiyasından Ali Sovetin binasına tərəf yürüşlər keçirdilər. Bu çıxışları səbəb kimi götürərək bir neçə min azərbaycanlı Ermənistandan qovuldu. Eləcə də Azərbaycanda ermənilər qarşı narazılıqlar var idi (8, səh 3).

20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edir. 22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlıqında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən azərbaycanlı nümayişçilərə atəş açdılar (6, səh.30).

Münaqişənin hüquqi aspektləri Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün Ermənistan rəsmiləri tez-tez Dağlıq Qarabağın heç zaman müstəqil Azərbaycanın yurisdiksiyasında olmaması məsələsinin qaldırırlar (7, səh.2). Bundan əlavə, rəsmi Yerevanın fikrincə, Dağlıq Qarabağın 1991-ci ildə SSRİ-nin parçalanması prosesində ayrılması və “Dağlıq Qarabağ Respublikası”nın yaradılması qanuni şəkildə baş vermişdir. 100.000 nəfər sakini olan Dağlıq Qarabağın özünü “müstəqil” elan etməsin deyilməsi əslində Ermənistanın münaqişədə deyil, yalnız marağı olan müşahidəçi qismində çıxış etdiyini təsdiqləyən siyasi hiylədir. Qarabağ parlamentinin yeni spikeri və vilayətin faktiki rəhbəri Artur Mkrtçyan oldu.

Dağlıq Qarabağda müharibə heç vaxt rəsmən elan olunmayıb. Azərbaycan və Ermənistanın  müstəqilliyinin 1992-ci ildə beynəlxalq səviyyədə tanınmasından sonra Qarabağ münaqişəsi yeni, dövlətlərarası səviyyəyə yüksəldi.Yeni dövlətlər formal olaraq köhnə sənədləri saxlamışdılar, buna əsasən Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanındı. Suveren dövlətin bir hissəsinə iddia etdiklərindən, ermənilər beynəlxalq qınaqla rastlaşacaqları qaçılmaz idi (3,səh.22). Münaqişə getdikcə sərtləşirdi  və tərəflər arasında qarşıdurma güclənirdi. Ermənilər Xankəndinin ( indiki Stepanakert, ermənilər toponimikada dəyişiklik etmişdirlər)  hüdudlarından kənarda silahlı basqınlar başlayırlar.Onların hədəfi Xankəndidən 9 km uzaqda yerləşən Xocalı idi (1991-ci il məlumatına görə əhalisi 6.300 nəfər). Amerikalı müxbir Tomas Qolts yazırdı : “Xocalıda telefonlar, ümumiyyətlə heç nə işləmirdi, nə işıq, nə istilik, nə də su xəttləri işləyirdi. Ətraf aləmlə yeganə əlaqə vertolyotla mümkün idi, hər bir reys təhlükəli idi.” Xocalıya sonuncu vertolyot reysi 1992-ci ilin fevralın 13-də təşkil edildi və həmin gün oradan ən azı 300 sakin çətinliklə çıxarıldı. Fevralın 26-da Xocalıda Sovet ordusunun 366-cı alayının köməyi ilə ermənilər soyqırım törətdi (2, səh.20).

Münaqişə gedişində Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə siyasəti  həyata    keçirilib (6, səh.28). Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 12 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirilib. Şuşa rayonu 1992-ci ilin mayın 8-də, Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də , Laçın rayonu 1992-ci il mayın 18-də, Kəlbəcər rayonu 1993-cu il 2 aprel tarixində, Ağdam 1993-cü il 23 iyul tarixində, Cəbrayıl və Füzuli rayonuları 1993-cu il 23 avqust tarixində, Qubadlı rayonu 1993-cü il avqustun 31-də, Zəngilan  1993-cü il 29 oktyabr tarixində işğal olunmuşdular ( 4,səh.1).

1994-cü ilin mayında tərəflər arasında atəşkəs haqqında razılaşma imzalansa da ( Bişkek protokolu) , münaqişə bölgəsinə beynəlxalaq sülhməramlı qüvvələr yeridilmədi. Vasitəçilərin ən böyük nailiyyəti Ermənistan, Azərbaycan və Dağlıq Qarbağın hərbi rəhbərlərinə iyulun 26-da qeyri-müəyyən müddətdə bağladıqları atəşkəsin gözlənilməsi haqqında saziş oldu, həm də üç imzanın üçü də ilk dəfə olaraq eyni vərəqdə qoyuldu (6, səh.32).

Qarabağ məsələsi xaricdə də nüfuzlu ermənilərin köməyi ilə fəal şəkildə təbliğ edilirdi.ABŞ-dakı erməni diasporunun nümayəndələri qəzetlərdə verdikləri müsahibələrdə keçmiş partiya funksioneri Anastas Mikoyanın oğlu, tarixçi Sergey Mikoyan və yazıçı və jurnalist Zori Balayan Dağlıq Qarabağla Ermənistanın birləşməsi ideyalarını təbliğ edirdilər (7, səh.5) .

Dağlıq Qarabağda erməni separatizmi 1988-ci ilin fevralında aktivləşsə də,separatizmin dəstəklənməsi və bu bölgənin Azərbaycan tərkibindən çıxarılması istiqamətində dünya ermənilərinin, xüsusən də ABŞ və Fransadakı güclü erməni diasporonun fəaliyyəti ondan xeyli əvvəl başlamışdı. Həmin illərdə bir sıra Qərb, habelə Yaxın Şərq ölkələrindəki erməni diasporu Dağlıq Qarabağda və Ermənistanda gizli fəaliyyət göstərən separatçı erməni təşkilatları “Krunk”, ”Qarabağ” komitəsi və “Miatsum”a təşkilatlarına maliyyə dəstəyi artırdılar (6,səh.12).    

1987-ci ilin noyabrında Sov. İKP MK baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşavirri, milliyətcə erməni olan Abel Aqanbekyan Parisin “İnterkontinental” mehmanxanasında bir qrup fransalı erməni ilə görüşüb, onlara problemlə bağlı öz nəzər nöqtəsini açıqlayır:”Mən çox istərdim ki, Qarabağ Ermənistana qayıtsın. Bir iqtisadçı kimi hesab edirəm ki, onların Ermənistanla olan əlaqələri Azərbaycanla olan əlaqələrindən daha sıxdır .Bununla əlaqədar mən öz təkliflərimi irəli sürmüşəm və ümid edirəm ki, bu fikirlər yenidənqurma və demokratiya ənənələrinə uyğun keçirələcək. Aqanbeqyanın fikirləri həmçinin Sovet İttifaqında yayılan fransız kommunistlərinin “Umanite” qəzetində dərc edildi. Azərbaycanlılar özlərinə qarşı aparılan erməni kampaniyası haqqda ilk dəfə məhz bu müsahibədən xəbər tutdular.

Həmçinin Aqanbekyanın Fransadakı çıxışı dərhal xaricdə nəşr edilən çoxsaylı erməni dilli qəzet və jurnalların, habelə radioların əsas mövzusuna çevrildi.

1987-ci ilin sonlarında ABŞ növbəti prezident seçkilərinə hazırlaşırdı və erməni lobbisi bu kampaniyadan istifadə edib Qarabağ məsələsini qaldırmaqda çox gecikmədi. Respublikaçıların Nyu Orlean şəhərindəki konqresində ermənilər “öz müqəddəratını təyin etmək istəyən sovet xalqları”ilə bağlı məsələnin gündəliyə daxil olmasını israr etdilər. Bu məsələ gündəliyə salındı və ermənilərin planlarında dəstək verən bəyanat qəbul edildi. 1988-ci ilin fevralında erməni separatizminin aktiv fazaya keçirdiyi Dağlıq Qarabağın, Azərbaycanın tərkibindən ayrılıb Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə başlayan aksiyaların azərbaycanlılara qarşı hücumlarla müşayət olunduğu, Ermənistandan azərbaycanlıların məcburi deportasiyasının başladığı bir vaxtda erməni diasporu Qərbdə bu hadisələri “ermənilərə qarşı zorakılıqlar” kimi təbliğ edirdilər.

Amerikalı ekspert Svante Kornellin Dağlıq Qarabağ münaqişəsi barədə 1999-cu ildə dərc edilən kitabında deyildiyi kimi, Qərbdəki erməni diasporu həmin dövrdə “Azərbaycanda ermənilərə qarşı hücumlara etiraz olaraq” Yerevan şəhərinin küçələrinə 1 milyon insanın çıxdığı barədə xəbərləri KİV-lərə yayırdı (6,səh.22).

1989-cu il iyulun 27-də “New York Times” qəzeti ABŞ, Kanada və Avropa ölkələrindən olan 133 insan haqları müdafiəçisinin adından dünya ictimaiyyətinə müraciət etdi. Erməni ictimai xadimlərinin imzaladığı müraciətdə Azərbaycan SSR  ərazisində ermənilərə qarşı 1915-ci il “erməni soyqırımı” ilə müqayisə oluna biləcək zorakılıqların baş verdiyi iddia olunub, Azərbaycandan Ermənistan blokadasına son qoyması tələb edilirdi. 1991- cil ildə Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qətliamların genişləndiyi, kəndlərin yandırıldığı və regionun azərbaycanlı əhalisinin öz evlərindən kütləvi şəkildə qovulduğu bir vaxtda ABŞ Senatı Azərbaycanı qarşı qətnamə çıxarıb.

Erməni diasporu və lobbiçilər 1990-ci illərin əvvəllərində qərb ölkələrində Azərbaycanı təcavüzkar kimi təqdim etməklə uğur qazana bilmişdi, bu zaman Azırbaycan informasiya blokadasında idi. Erməni lobbisinin əsas vəzifələrindən biri də, Dağlıq Qarabağda terror hücumlarını və azərbaycanlılara qarşı terror və silahlı hücumlarını maliyyələşdirmək olmuşdu.

1990-1994-cü illər ərzində təkcə Amerikada erməni diasporu Qarabağda gedən işğalçı müharibəni maliyyələşdirmək üçün on milyonlarla dollar vəsait toplayıb Ermənistana göndərmişdi. Bundan əlavə,”Daşnatsütyun” və Amerika Milli Komitəsi müharibə üçün muzdluların və könüllülərin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə çatdırılması, habelə erməni ordusu və silahlı birləşmələri üçün silah-sursat alınması və regiona çatdırılması ilə də məşğul olurdu.

1992-ci ildə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə qarşı genişmiqyaslı hücumları edildiyi bir vaxtda ABŞ Senatının Azadlığı Müdafiə Aktına 907-ci düzəliş edərək Azərbaycana yardımları qadağan etməsi də məhz erməni lobbisinin səylərinin nəticəsi idi.

Gördüyümüz kimi erməni diasporunun aktiv fəaliyyəti nəticəsində Ermənistan sudan quru çıxa bilir. Çox istərdim ki,bizim diasporamız daha aktiv fəaliyyət göstərib ölkəmizi beynəlxalq arenaya çıxarsın. Ermənilərin təbliğ etdiyi yalnış informasiyanı üzə çıxarılması istiqamətində fəaliyyətini daha da artırsın və bu fəaliyyəti daha uğurlu olsun.

 

Hal-hazırda iki ölkə arasında sərhədlər bağlıdır.Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yoxdur. Azərbaycanın xarici işlər naziri olmuş   Vilayət Quliyev deyirdi :” Təcavüzkarla işğal altında olan dövlət arasında hansı əməkdaşlıqdan söz gedə bilər?”

Milli Məclisin deputatı İlham Əliyev 2001-ci il mayın 17-də Avropa Şurasının Miqrasiya, Qaçqınlar və Demoqrafiya Komitəsi tərəfindən Bakıda təşkil olunmuş “Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlər”   problemi üzrə konfransda jurnalistlərin suallarına cavab verərək bildirir ki, “Hesab edirəm ki, Ermənistan Azərbaycana qarşı terror siyasətini dövlət səviyyəsində həyata keçirir. Bunu başqa cür adlandırmaq olmaz.” Onun sözlərinə görə məhs həmin siyasətin nəticəsidir ki, Azərbaycan ərazisinin 20%  işğal olunmuş, bizim insan tələfatımız minlərlə, on minlərlə insana bərabər olmuş, ölkədə milyondan artıq qaçqın yaşayır. Bunun haqqında hazırda bütün dünya bilir. 8-10 il bundan əvvəl Azərbaycanın Avropada və bütün dünyadakı mövqeyi güclü deyildisə, o zamanlar erməni lobbisinin cəhdləri sayəsində dünya ictimaiyyəti doğru məlumatlandırılmırdısa, hazırda vəziyyət tamamilə dəyimişdir. İndi hər kəs başa düşür ki, Ermənistan Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti həyata keçirir( 5,səh.78) .

Ermənistan –Azərbaycan münaqişəsi nəticəsində 1992-1994-cü illərdə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulmuş yarım milyona yaxın azərbaycanlı yurdundan didərgin düşmüşdü.

Ermənilərin törətdiyi vəhşiliyə heç bir ad vermək olmaz. Ermənilərin iddia etdiyi 1915-ci ilin aprelində baş vermiş “soyıqırım” belə buna səbəb ola bilməzdi. Bu hadisənin soyqırım olub-olmaması məsələsindən başqa, Osmanlı İmperiyasında baş vermiş hadisənin Azırbaycana aid edilməsi çox məntiqsizdir, xüsusən də Azərbaycanın heç vaxt Osmanlının tərkib hissəsi olmadığı nəzərə alınarsa.

 

Ədəbiyyat Siyahısı:

  1. Армянская диаспора от США до Эфиопии Радио свобода”.24 апреля 2015.
  2. Goltz. ”Azerbaijan Diary”1998.page-119
  3. Human Rights Watch.”Bloodshed in Caucasus”page 22
  4. İşğal olunmuş ərazilər. www.refugees-ids.commitee.gov.az
  5. Azərbaycan Respublikasının İşlər İdarəsinin Prezident Kitabxanası. s.78
  6. Tomas de Waal. Black Garden: Armenia and Azerbaijan Through peace and War United Kingdom. 2004.
  7. “Роль армянского лобби в Карабахском конфликте.” // garabagh.net
  8. Baku stand for settling Nagorno-Karabakh conflict on basis of international law. tass.com/world/915186

 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)