Edebiyyat.az » Ədəbi tənqid » Elvin Rizvangil - İnqilabçı və qiyamçı

Elvin Rizvangil - İnqilabçı və qiyamçı

Elvin Rizvangil - İnqilabçı və qiyamçı
Ədəbi tənqid
admin
Müəllif:
21:58, 30 avqust 2024
381
0
Elvin Rizvangil - İnqilabçı və qiyamçı



 Uzun zamandır insan xarakterini araşdırıram. Bunu hansısa elmi məqalə və ya psixoloji mətnlərdə deyil, birbaşa ətrafımdakı insanları müşahidə edərək gerçəkləşdirirəm. 

Araşdırmalarıma əsasən, iki əsas insan xarakteri olduğu qənaətinə gəlmişəm. Biri daha səbirli, sakit - inqilabçı xarakterli, digəri səbirsiz, aqressiv, istədiyini elə o an əldə etmək istəyən, buna nail olmayanda daha da aqressivləşən, bir sözlə qiyamçı xarakterli adamlar.

Bu qənaətə necə gəldim və insanları niyə bu 2 kateqoriyaya böldüm? Öncə onu bildirim ki, bu yazımın heç bir elmi əsası yoxdur. 

İnqilabçı xarakter nə deməkdir? Tarixdə, bildiyimiz kimi, inqilablar mövcud hakimiyyəti və ümumilikdə, vəziyyəti dəyişmək üçün atılmış addım olub. İnqilab  edən insanların bir planı olur və inqilab nəticəsində istədiyi dəyişikliyi edəndən sonra hansı addımları atacağını bilir. O çox ehtiyatlıdır, bəzən məğlubiyyəti boynuna alar və geri çəkilər, ancaq öz mübarizəsindən əsla geri dönməz. Sadəcə özünü məğlub kimi göstərib, istədiyini həyata keçirmək üçün münbit şərait gözləyər.

Qiyamçı - qiyamçılar da inqilabçılar kimi mübarizə aparırlar və istədiklərinə nail olmaq istəyirlər. Ancaq onların nail olduqdan sonraya dair heç bir planı yoxdur. Onların istəkləri anidir və o ana bağlıdır. Aqressivdirlər, istədiklərini əldə etmək üçün hər şey edərlər. Əldə edə bilməyəndə daha da aqressiv olub, ətraflarına və özlərinə ciddi zərər verə bilərlər.

Sual yarana bilər ki, niyə bu iki siyasi termini insan xarakteri üzərinə çevirirəm? Çünki siyasətdə də inqilabçı ruhlu adamlar daha səbirli  və sakitdirlər. Qiyamla dövlət çevrilişi edənlər aqressivdirlər və mövcud idarəçiliyi dəyişəndən sonra yeni idarəçiliyi necə quracaqlarına dair heç bir planları yoxdur.  Tarixin hər səhifəsində inqilablar ölkələri inkişafa, qiyamlar isə uçuruma aparmışdır.

İnqlabçı xarakterli insanların qələbəsi hər zaman yaxşılığa doğru dəyişmişdir mövcud vəziyyəti. Ancaq qiyamçı xarakterli insanlardakı eqo onların dəyişdirdiyi vəziyyətdən belə öz xeyirləri üçün istifadə etdirər. İnqilabçı xarakterli insanlar sevgiləri uğrunda mübarizə aparar. Bəzən nəticə vermədiyini görüb geri çəkilər. Sevdiyi insanı hər bir xırda detallarla incələyər və yenidən hərəkətə keçər. Onu elə incələyər ki, hər bir hərəkətinə sevgilisinin necə reaksiya verəcəyini bilər və ona uyğun olaraq dəyişər. İnqilabçı ruhlu insanlar atdıqları hər addımdan sonra nə olacağını düşünərlər. Bu, bəzən onların inkişaf etməsinin qarşısını alar. Çünki risk etməkdən qorxarlar. Ancaq qiyamçı ruhlu insanlar atdıqları addımdan sonrasını düşünmədikləri üçün siyasətdən fərqli olaraq, şəxsi həyatda daha uğurlu olurlar. Bir dəfə xanım tanışımla facebookda bu barədə söhbət edəndə belə demişdi: "Biz iki bacıyıq. Əslində, beş uşaqığ. 3 qardaş, iki bacı. Böyük külfətdə tək pul qazanan atam idi və mən də əksər 90-cı illərin sonbeşik uşağı kimi yeni paltar üzünə həsrət idim. Bütün paltarlar bacımın zövqü ilə alınırdı və gələn il mən onları geyməyə məhkum olurdum. Sonra başladım bəyəndiyim paltarları, ayaqqabıları bacımın yanında tərifləməyə. Bir dəfə ona gödəkcə alınırdı. Bir gödəkcə var idi, ondan çox xoşum gəlirdi. Bacımı manipulyasiya edib o gödəkçəni aldırdım. Bilirdim ki, gələn il o gödəkcə mənim olacaq. Mən öz istəklərimə belə nail olurdum". Bu dostuma onun inqilabçı ruhda olduğunu nəhayət sübut etmiş oldum. İnqilabçılıq belə bir şeydir: öz istədiyinin yaxşı olduğunu başqasına da inandırmaq.

Qiyamçılar isə zorla istədiklərini qəbul etdirib qarşısındakı insana qəbul etdirməyə çalışırlar. Bu yazını çox uzatmadan bir şeyi də qeyd etmək istəyirəm ki, hər iki xarakterin mənfi və müsbət tərəfləri vardır. Ən əsası, nə mütləq yaxşı insan, nə də mütləq pis insan vardır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)