Azərbaycan filmi - Köpək (1994)

   Rejissoru R. Dadaşov olan "Köpək" filmi 1994 cü ildə çıxanda qadağan olunmuşdu. Filmdə tanınmış artistlər çıxış ediblər. Y.Nuri , M. Səfa, F. Poladov, N. Əhmədova. L. Kərimov və s. 
  Filmin sujet xətti: İki varlı biznesmen qumar oynayan zaman sözləri düşür. İstədiyi adamı it kimi hürdürə biləcəyindən mərcə gəlirlər. Biznesmenlərdən mərcə gələni (F. Poladov) insanları iş adı ilə gizlin idarə etdiyi məkana aparır. Orada onları it kimi bəsləyir, bir tikə yal qarşılığında işlədir, özünü sədaqətli aparan işçilər isə xüsusi it damlarına yerləşdirilir. Onlara dadlı yeməklər, mükafatlar verilir. Yetər ki, yaltaqlıq et, quyruq bula, söz gəzdir...
 Ba. qəhrəmanın (M. Səfa) taleyi elə gətirir ki, o da bu insanlar arasına düşür və biznesmenlərin sözləşdiyi adam həmin bu baş qəhrəman olur. Baş obraz təslim olmur. Mübarizə aparır. Dəfələrlə qaçmağa cəhd edir...
 Filmin ideyası: "İnsanları kölələşdirən iş sistemi" ideyası açıq-aydın sezilir. Morionet oyuncaqlara çevrilmiş insanların azad fikirlərdən uzaq düşdükləri, mühitə uyğunlaşdıqları filmin əsas fikir xəttidir...

Baxılıb: 184
Səhv tapdınız? Mətni seçin (qaralayın) və Cntrl + Enter düyməsini sıxmaqla bizə bildirin!

Rəylər(0)

Rəy bildir

Son xəbərlər

Bütün xəbərləri göstər

Biz sosial şəbəkələrdə