Edebiyyat.az » Film » Estetikləşdirilmiş sadizm

Estetikləşdirilmiş sadizm

Estetikləşdirilmiş sadizm
Film
Necef Esgerzade
Müəllif:
01:15, 17 sentyabr 2019
1 585
0
Bu yaxınlarda Rusiya televiziyada yayımlanan uşaq verilişləri və mültfilmlərə münasibətini köklü surətdə dəyişdi. Həmin qanuna görə daim siqaret tüstülədən və dovşanın gününü qara edən «Nu, poqodi» qəhrəmanı uşaqların psixikasına zərər vura biləcək deyə yalnız gecə 11-dən sonra göstərilə bilər. Çeburaşka da eybəcər qulaqlarına görə bu kateqoriyaya aid edilib. Amma bir-birini güllələyən, partladan, didişdirən, çeynəyən, dağıdan pakemonlar, bakuqanlar, qeyri mütənasib quruluşlu, üçbucaq sifətli, piramida bədənli, kubik şəkilli adamabənzərlər televizorlardan yığışdırılmadı. Olaylara kənardan baxanda uşaqların psixikasına mənfi müdaxilənin sanki hansısa əmr ilə, bilərəkdən edildiyi təəssüratı yaranır.   
köhnə Sovet multfilmləri
Uşaqlar gördüyünü yamsılar

60-cı illərin əvvəlində Albert Bandura adlı psixoloq uşaqların aqressiyaya meylini və böyükləri yamsılamaq dərəcəsini öyrənmək məqsədilə eksperiment qoydu. O, iri, havayla doldurulmuş kloun haqqında film çəkdi. Bobo adlandırılmış klounu bu filmdə bir qadın təhqir edir, döyür, təpikləyir, hətta çəkiclə döyəcləyirdi. Sonra film 24 nəfərlik bağça yaşlı uşaqlara göstərildi. 2-ci qrupa bu filmin yalnız yaxşı məqamları nümayiş edildi. Üçüncü qrupa isə heç nə göstərilmədi. Sonra bu 3 qrupu ayrı-ayrı otaqlara salıb kloun Bobonu da orda uşaqların ixtiyarına verdilər. Otaqlarda çoxlu çəkic və filmdə olmayan oyuncaq silahlar da vardı. Bobonun təhqir edilməsi barədə filmi seyr etmiş uşaqlar içəri girən kimi əlinə keçəni klounun başına çırpmağa başladı. Uşaqlardan biri isə pistoleti götürüb Bobonün gicgahına dirəyib filmdə olmayan fraza, məmnuniyyətlə beynini dağıdacağını dedi. O biri qruplarda bu tip hadisələr olmadı. Psixoloq nəticələrini cəmiyyətə açıqladıqda çoxları ağzını büzüb «rezin kükla elə təpiklənmək üçün yaradılıb da» dedilər. Onda psixoloq buna bənzər filmi canlı insanla çəkdi. Bu dəfə kloun paltarı geymiş adamı təpikləyirdilər. Filmi görmüş uşaqlar klounla bir otaqda qalan kimi üstünə cumub onu incitməyə başladı. Onlar üçün klounun adam, yoxsa kukla olmasının fərqi yox idi.
Bəzən uşaqlar sözümüzə baxmasa yaxşıdı
Ayova Universitetinin psixoloqları körpələrdə günah hissinin olub-olmaması ilə maraqlanırdı. Təcrübədə böyüklərdən biri uşaqa gözəl bir gəlincik göstərir, onun qeyri-adi olması barədə əhvalat danışır, onu sevdiyini deyir. Sonra uşağa onunla ehtiyatlı davranmağı tapşırır. Gəlincik uşağın əlində olan zaman içinə yerləşdirilmiş xüsusi mexanizm vasitəsilə onu dəhşətli vəziyyətdə sınıq hala gətirirlər. Bayaqdan gəlincik barədə danışan adam bunu görcək dərində ah çəkməli, sonra gözünü bir nöqtəyə dikərək bir dəqiqə susmalı idi. Həmin bu 1 dəqiqəlik sükut vaxtı uşaq haldan hala düşür, büzüşür, gözlərin gizlədir, başını əlləriylə örtüb iti baxışların altında balaca səssiz yumağa dönürdü. Maraqlısı odur ki, belə təcrübədən sonra həmin uşaqlar sonrakı 5 il ərzində bir dənə də oyuncaq sındırmadılar. 
Biz düşünürük ki, körpələri aldatmaq asandı və həyatlarında olacaq bütün maneələri keçməyi onlara yalnız biz öyrədirik. Məsələn, təzəcə iməkləməyə başlayan uşaq heç vaxt hündürlükdən aşmayıbsa bunun təhlükəli olduğunu hardan bilə bilər? Kornel Universitetinin alimləri Eleanor Qibson və Riçard Uolka bunu yoxlama cəhd ediblər. Onlar döşəmədə xalçanın qurtardığı yerdə sanki uçurum varmış kimi imitasiya yaradıb körpələri onun kənarında tək qoyub gedirlər. «Uçurumun» o biri tərəfində isə uşaqların anası onu çağırıb körpəni özünü təzlükəyə atmağa vadar edirdi. Axı uşaq maneədən rahat keçəcəyini bilmirdi. Körpələr sözə qulaq asmaq və özünü qorumaq instikti arasında seçim etməli idi. Təcrübədə iştirak etmiş 36 uşaqdan yalnız üçü anasının sözünə baxıb şüşənin üstündən iməklədi. Qalanları ya geri çəkildi, bir hissəsi də ucadan ağlamağa başladı. Deməli bəzən uşaqlarımız sözümüzə baxmasalar daha yaxşıdı.

 Məni televizor tərbiyə edib


Son illər 4-5 yaşlı inkişafdan gözəçarpacaq dərəcədə geri qalmış uşaqlara daha çox rast gəlmək olur. Onlar sadə suallara cavab tapa bilmir, ya da mənasız bir şeylər danışır, ya da susur. Sadə bir situasiyanı oyuncaqlarıyla quraşdırıb mənasını anlamaq olan əhvalatı dilinə gətirə, cümlə qura bilmir. Oğlan uşaqları xüsusilə utancaq və qorxacaqdı. Amma danışdıran kimi əllərindəki tapancanı az qala gözünə soxub özünü qanqster kimi aparır. Onlar yaxşı hərəkətlərdən utanır, amma pis hərəkəti böyüklərin yanında etməkdən, məsələn yaxınlıqdakı uşağa sataşmaqdan utanmırlar. Sifətlərini əyir, acıqcan pis sözlər deməyə başlayırlar. Əlbəttə, bütün bunlar valideyni narahat edir, hətta qorxuya salır. «Görəsən məktəbdə necə oxuyacaq?» deyə narahat olur, müəllim tuturlar. Amma «Uşaq bu hərəkəti kimdən götürüb?» sualını vermək daha düzgündür. Bu sualın qarşısında valideyn ya çiynini çəkir, ya da yoldaşının pis qohumlarını xatırlayır. Heç araşdırma aparmasaq da məlumdur ki, uşaqlarımız lap körpə yaşından kompüter oyunlarını oynayır və Qərb istehsalı olan mültfilmlər baxır. El bil ki, uşaqlarımız iri miqyaslı sosial təcrübənin iştirakçılarıdır. Son illər nüfuzlu psixoloqlar da, sosial hadisələri şərh edənlər də hansısa böyük bir təcrübədən danışmağa məcburdur. Multfilmlər və kompüter oyunları uşaqlara tamam yeni istiqamət və davranış qaydası təlqin edir. Ətrafda heç nə bu güclü, parlaq rəngli obrazlarla rəqabət aparacaq dərəcədə deyil. Görək Qərb uşqlarımıza nələri öyrədir?

 Estetikləşdirilmiş sadizm


Aqressiyadan başlamalıyıq, çünki bu, ən gözə çarpan məqamdır. «Pokemonlar»ı xatırlayaq. İngiliscədən tərcümədə (pocket monster) cib monstrları deməkdir. Onların əsas işi bir-birinə məhv etməkdir. Bəzən böyüklər də təsadüfən bu kadrlarla üzləşəndə ekranlardan ayrıla bilmir və başqasının əzabını ləzzətlə seyr etməyə başlayırlar.
Pokemon multfilm
Böyüklərdən heç də hamısı korridada öküzün ölməsinə, ya da it, xoruz döyüşlərinə sakit baxa bilmir. Amma televizordakı döyüşlərə rahat baxmaq olur. Uşaq isə təbii olaraq özünü filmin qəhrəmanı ilə eyniləşdirir. Qəhrəman qalib çıxıbsa bunun ləzzətini o da duyur və aqressiya onun psixiasının bir parçasına çevrilir. Əlbəttə, bütün nağıllar xeyir və şərin qarşıdurması üzərindədir. Əlbəttə, Məlikməmməd təpəgözün bircəcik gözünü çıxarmalı, ya da divin başını kəsməli idi. Amma müasir filmlərdə uşaqları sadomazoxizmə sürükləyirlər. Onlar qəhrəmanla birgə kiməsə ağrı verərkən ləzzət duymağa məcburdurlar. Bir-iki nəsil əvvəl seyr edilən multfilmlərdə nəinki qanlı səhnələr, hətta dava-dalaş da yox idi. Müasir multfilm yaradıcıları Məlikməmmədin div üzərində qələbəsini yəqin ki, belə təsvir edərdi: «Məlikməmməd divin başını kəsəndən sonra bıçağını içinə salıb beynini eşib tökdü. Sonra barmaqlarını qanın içinə salıb onun hələ də isti olduğunu gördü. Qanlı əllərini üzünə sürtdü. Divin canı hələ çıxmamışdı deyən zarıyırdı. Məlikməmməd isə onun qanını stəkana süzüb içməlilydi ki, divin gücü ona gəlsin…». Buna estetikləşdirilmiş sadizm deyilir.

 Öyrədici verilişlər həm də seksual eybəcərliklər yayır
 
Ekranın kütləyə təsirini öyrənən psixoloq Albert Bandura deyir ki, bircəcik davranış qaydası milyonlarla insanın həyat tərzinə çevrilə bilər. Çünki xuliqan davranış burada cəzalandırılmır. Göstərilən mültiklərin əksəriyyəti maarifləndirici olmaq iddiasındadır. Məsələn, telepuzikləri götürək. Yeni il olkasını bəzəmək üçün bir bant götürülür. Telepuzik «bəzək» sözünü dəfələrlə deyir ki, uşaqlar qavrasın. Sonra o, həmin bantı belinə bağlayır. Telepuziklər yenə də çoxlu «bəzək» deyə-deyə qalırlar. Amma sonunda o, bantı yanına yapışdırır və onu ordan çıxarmağa çalışır. Bu yerində artıq «bəzək» sözünə ehtiyac qalmır. Hamı bir-birinə qarışır, telepuziklər qaçışaraq onun dalındakı bantı çıxarmağa çalışır. Həm ekrandakılar, həm də onun qarşısındakılar gülməkdən uğunur. Sonra uşağınız yoldaşının dalına nəsə yapışdırıb dəlicəsinə gülməyə başlayanda «Bunu hardan öyrənmisən axı?!» deyəcəksiz? Burada üstəlik homoseksual motivlər də gözə çarpır. Axı bir qədər əvvəlin dostları bir-birinin dalına nəsə yapışdırmağı heç ağlına gətirə bilməzdi, ayıbdı deyərdilər, utandırardılar. Telepuzik qız paltarı geyib ekranda fırlanırsa, qalanları onu alqışlayırsa niyə də sizin oğlunuz belə etməsin? Bu tip zarafatı bəlkə yeniyetmələr bir-biriylə edərdi, amma körpələr yox. Lap kiçik yaşından cəmiyyətin qadağalarını pozmağı onlara öyrətməklə potensial cinayətkarlar yetişdiririk.
Bir qədər böyük yaş həddi üçün «Simpsonlar» adlı multfilmi xatırlayaq. Sözün əsil mənasında taxtabaş personajlar (orda hamının başı nədənsə kvadrat, ya da dördbucaqlıdır) özünü o qədər anormal aparır ki, uşağa qadağan etməkdən savayı əlac qalmır. Eyni adlı kompüter oyununda isə qəhrəman hər dəfə maşınını harasa, məsələn elektrik dirəyinə, başqa maşina vuranda oyunçuya xal verilir. Ən çox xal kiminsə üstündən maşınla keçib gedəndə qazanılır. Bu multfilmdə qocaları ələ salıb gülürlər. Evin kiçik oğlundan ana evi yığışdırmağa kömək istəyəndə «Özün elə, qoca qancıq» deyə cavab verir. Ya da tısbağa baba Simpsonun diş protezlərini oğurlayır, yazıq qoca onu tuta bilmir. Çathaçatda öz oğlu qapını üzünə çırpır və bu yerində hamı gülüşür. «Simpsonlar» multfilmi minlərlə insanın həyatını pozub. Multfilmin yaradıcı qrupu əziyyət çəkmiş valideynlərin şikayətinə görə dəfələrlə məhkəmə qarşısında durub. Amma filmi hələ də ekranlarda seyr edə bilərsiz.

 Uğursuzlar nəsli
 

Nitq üzrə ingilis ekperti Salli Vord deyir ki, son 20 ildə yalnız vizual, yəni gözlə görünən informasiyanı qavraya bilən uşaqların sayı kəskin artıb. Onlar televizorun tərbiyə etdiyi uşaqlardır. Ona görə də onlar məktəbə gedəndə müəllimin dediklərini sanki eşitmir. Bunun günahını yenə də yeni nəsil mültfilmlərdə axtarmaq lazımdı. Burada artıq psixo-linqvistik kodlaşdırma üsullarından istifadə edilir. Məsələn, öyrədici verilişin dəxli olmayan yerində eyni qısa süjet təkrarlanır. Məsələn, gəmi ekranı yarıb keçir, ya da quşlar bir-bir gəlib ağaca qonur. Bu kadrlar keçilən mövzuyla qətiyyən əlaqədar deyil. 3-4 dəqiqə mənasız şeyə vaxt ayırmaq nəyə lazım, axı efirdə hər dəqiqə pulla ölçülür? Bu kadrlar uşaqları ekrana bağlamağın ən çox yayılmış üsuludur. Xüsusi seçilmiş səs yığını və rəng palitrası hipnotik vasitə kimi uşaqları ekrana bağlayır. Bundan sonra o, ata-anasının dediyini də eşitmir. Onu zorla ekrandan ayırsan çığırıb özünü yerə çırpacaq. Hazırda hər bir informasiyanı analiz etmədən qavrayan, ağzı açıq oturub televizora baxan debil insan psixikasının canlı nümunəsi hazırlanır.
Qədimdən bəri uşaqları yaxşı nümunələrlə tərbiyə ediblər. Məsədən, yazıda qrammatik səhvləri göstərməklə düzgün yazmağı öyrənirlər. Yen nəsil multfilmlərdə isə düzgün addımların növbəliyi pozulur. Düzgün olmayan dəfələrlə göstərilməklə şərhsiz qalaraq nəticə çıxarmaq uşağın öz öhdəsində düşür. Uşaqlar uydurulmuşu reallıqdan çətinliklə ayırır. Ona görə də Spaydermən haqqında multfilmdən sonra onlarla uşaq özünü hündürmərtəbəli binadan aşağı atmışdı. Onlar elə bilirdi ki, uçacaq. Yaxud yelləncəkdə yellənən uşaq bir az yellənəndən sonra yıxılır. Sonra qalxır yenidən yelləncəyə oturur və az keçmiş yenə də yıxılır. Bu Çarli Çaplinin bilərəkdən yıxıldığı kadrlardakı kimi müsbət enerji daşımır. Heç gülməli də deyil. Əgər belədirsə bunu niyə göstərirlər? 6 dəfə yelləncəyə minib yıxılmanı görmüş uşaq sanki uğursuzluğa köklənir. Ona da elə gələcək ki, hər dəfə yelləncəyə minəndə yıxılmaq lazımdır. Multfilm qəhrəmanları hər dəfə top oynayanda nədənsə onu lazım olan yerə atmırlar. Bizim uşaqlar da özləri bilmədən bunun təsiri altında bir metrlik məsafədən topu basketbol zəmbilinə sala bilmir.

 Eybəcərləri yamsılayanda

Hamımız «Sezam küçəsi» adlı öyrədici verilişlərə baxmışıq. Tüklü, danışanda ağzı qulağınacan, bəzən başının arxasınacan açılan, kəkələyən, fikrini səlis deyə bilməyən rəngbərəng personajlar uşaqlarımıza bilik öyrədir. Həmin personajlar bir çox bağçaların, küçə oyunlarının sevimli qəhrəmanlarıdır. Uşaqlar onları sevir, eybəcər, gicbəsər və aqressiv olmalarına baxmayaraq. Gül kimi uşaqlarımız eybəcərlərə oxşamağa çalışaraq həm eybəcərləşir, həm gicləşir. Çünki üzündə qəddar mimika yaradıb xeyirxah olmaq mümkün olmadığı kimi hırıldayaraq bilik qazanmaq mümkün deyil. Ona görə də artıq uşaqlığını arxada qoymuş nəsil sanki Buratino kimi taxtadan yonulub və kötük kimidir.

Bu, müasir Qərb sivilizasiyasının ideoloji tərkib hissəsidir. Son zamanlar buna qloballaşma layihəsi də deyirlər. Qlobalçılar düşünür ki, planetin ehtiyatları tükənmək üzrədir, adamların sayı isə çoxdur. Ona görə də əhalinin sayını açıq-aşkar zorakılıq etmədən azaltmaq lazımdır. Təsirə tez düşənlər cinayətkar olacaq və onları həbs edəcəklər. Beləliklə qiyamların, etirazların qarşısını almaq olacaq. Axı inqilablara ən cəsarətli, enerjili və cürətli şəxsiyyətlər başçılıq edir. Qlobalçı dünyada uşaq doğumunu azaltmaq lazımdı, ona görə də cinsi pozğunluq əsas instinkt adı altında yüksəklərə qaldırılır. Televizor qarşısında tələbatı ödəmək «arzuolunmaz» hamiləlikdən qoruyur. 3-cü tip insanlarsa televizora qarşı uşaqlıq sevgisini unuda bilməyib ömrünün sonunacan ağzı açıq şəkildə mavi ekranlara heyranlaqla baxacaq və ordan eşitdiyi hər məlumatı düzgün hesab edəcək. Belələrini idarə etmək çox asandı. Özündən narazı, bədbəxt gənclər yaratmaq qlobalçılıq layihəsinin tərkib hissəsidir. Bəs narkotikləri kimə satmaq olardı? Həyatından narazı, depressiyaya tez-tez düşənlərə narkotiki əvvəlcə dərman adıyla satırlar. İlk mərhələdə həyatın rəngləri də, mənası da yerinə qayıtmış kimi görünür. Yeni depressiya dalğası gələndə dünyada narkotikdən savayı xilaskar tapılmır. Yuxarıda sadalanan insan qruplarının hamısı narkoman olmağa namizəddir. Cəmiyyətin normalarına tüpürən adama burda yaşamaq çətin olar, o bədbəxtdir. Əgər gənclərin kitab oxumaq istəyi olsaydı Dostoyevskinin «Cinayət və cəza» romanını oxuyub nəticə çıxarardı. Amma indi kitablar deyil, cinsi fəaliyyəti artıran və şəxsi yüksəlmə yolunda az qala yeganə vasitə kimi göstərilən narkotiklər təbliğ edilir. Statistikaya görə İngiltərə, Fransa, İspaniya və Hollandiyanın 16-25 arası kişi əhalisinin 40 faizi narkotik işlədib. Bu, bir növ məişətdə işlətdiyimiz, qarışqa və başqa həşəratlara qarşı səpdiyimiz zəhərli dərmanlar kimidir. Evdəki artıq canlıları qırıb qurtarır. Televizor qarşısında oturan hər bir uşaq risk zonasındadır.

***
…Multfilmlər azmış kimi Azərbaycanda məktəblərdə seksual tərbiyə adıyla yeni predmetin tətbiq ediləcəyi gözlənilir. Bu məsələdə Qərbdən çox geri qalmışıq. Yəqin pedaqoqlarımız əyani dərs vəsaiti hazırlamaq mərhələsindədir…

Müəllif: Gülnarə Rəfiq
Mənbə: bizimyolinfo.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)