Sinemaqrafiya
Film
Sinemaqrafiya — yeni fotoqrafiya erasıdır. Burda kinodakı kimi fasiləsiz hərəkət yoxdur, lakin sabit sinemaqrafik şəkil də adlandırmaq olmaz. Sinemaqrafiyanın məqsədi lokal animasiyanın köməyilə obrazda bir neçə detala, məsələn, mehin dalğalandırdığı saçlara, butulkadan süzülən şəraba diqqəti cəlb etməkdir. Bu animasiyalaşdırılmış gif şəkillər sadə olsalar da yüksək keyfiyyətlə hazırlanmış incəsənət əsəri səviyyəsinə çatdırılmışlar. Əvvəllər də bu tip şəkillər olub. Amma bu şəkillər adi gif şəklin yaradılmasından fərqli olaraq, daha mürəkkəb texnoloji mərhələlərdən keçir.
Şəkildəkilər Nyu York şəhərində yaşayan Kevin Burq (Kevin Burg) və Ceymi Bek (Jamie Beck) sinemaqrafiyanın yaradıcılarıdır. Hələ 2009-cu ildən dizayner Kevin Burq gif formatlı şəkillərlə işləyərək sinemaqrafiya stilini təcrübədən keçirirdi. Lakin Nyu York moda həftəsi zamanı o, fotoqraf Ceymi Beklə yaradıcılıq əməkdaşlığına başlamasaydı biz sinemaqrafiyanın son halını və eləcə də yaranmasını görməyəcəkdik. Birlikdə iş fəaliyyətinə başlayan fotorəssamlar ənənəvi şəkillər yaradır və onları animasiya ilə «canlandırmağa» başladılar.
Bek və Burq bu prosesi - ənənəvi fotoqrafiyanın prinsiplərini saxlamaq şərtilə onu kinematoqrafik keyfiyyətinə görə sinemaqrafiya adlandırdılar. Yaradıcı duet daha canlı əsl sinemaqrafiyaların real məqamlarını izləyiciyə çatdıran daha yeni üsullarını araşdırmağa və öyrənməyə davam edirlər.
Sinemaqrafiya — özündə həyatın hərəkətli məqamını saxlayır. Bu, onu hiss etmək və sonsuza qədər yaşaya bilmək üçün zamanı dayandırmağa imkan verən canlanmış şəkildir.
Rus dilindən tərcümə edən: Firəngiz Qədirova

Mövzuya uyğun linklər: