Edebiyyat.az » Musiqi » Kurt Cobain’in intihar məktubu

Kurt Cobain’in intihar məktubu

Kurt Cobain’in intihar məktubu
Musiqi
Necef Esgerzade
Müəllif:
12:50, 08 iyun 2019
1 804
0
Musiqiçi və bəstəkar, alternativ rok qrupu «Nirvana»nın vokalisti və gitaristi Kurt Cobain’in intihar məktubu:
Hələ uşaqkən şikayətləri olan, tükənmiş, təcrübədən keçmiş bir axmağın ağzından danışıram. Bu bayağı, sadə və başadüşülən bir məktub olmalıdır.

Cəmiyyətimizin sərbəstliyi və rahatlığı ilə əlaqəli, punk rokun 101 dərslərindən aldığı nəsihətlərin nə qədər doğru olduğunu sübut etdim. Çox uzun illər oxuyub yazmaqla birlikdə dinləməkdən də, yaratmaqdan da olduğu kimi həyəcan yaşamadım. Bunları kəlmələrlə başa sala bilmədiyim üçün özümdə günah hiss edirəm.

Məsələn, səhnə arxasındaykən sönən işıqların, tamaşaçıların çılğın təzahürü qarşısında, məni heyran etdiyi və qısqandığım Freddy Mercuryə olduğu kimi təsir edə bilmədim. Həqiqət budur ki, sizi axmaq yerinə qoymuram. Heç birinizi.
Bu sadəcə nə sizin, nə də mənim üçün deyil. Ağlıma gələn ən böyük günah, insanlara qarşı saxtakarlıq edib, yüz faiz əylənirmişəm kimi görünmək olub.

Bəzən səhnəyə çıxmamışdan qabaq saatı yumruqlamaq, zamanı dayandırmaq keçirdi içimdən. Kulistəykən işıqlar söndüyündə, eşitdiyim çılğınlıqlar da mənə təsir etmirdi. Gücüm çatdığı qədər dəyər vermək üçün hər şey etdim və edirəm.

Tanrım, inan mənə, hər şey edirəm, amma bu yetərli olmur. Mənim və bizim bir çox insana təsir etdiyimizə və onları əyləndirdiyimizə həqiqətən hörmət edirəm. Mən çox həssasam. Bir zamanlar uşaqkən sahib olduğum o həvəsi yenidən qazanmaq üçün bir az yatmağa ehtiyacım var.

Son üç turumuzda şəxsən tanıdıqlarıma və musiqimizin heyranı olan bütün insanlara daha çox dəyər verdim, amma hələ də hər kəs üçün bəslədiyim əsəb, günahkarlıq və başa düşmə hisslərini aşa bilmədim. Hamınızın içində yaxşılıq var və düşünürəm ki, insanları çox sevirəm. Elə çox sevirəm ki, bu məni bədbin edir. Üzgün, kiçik, həssas, dəyər verməyən balıq bürcü.   

İsa, oğlum! Niyə ləzzətini çıxartmırsan? Bilirəm! Ehtiraslı, cazibəli bir həyat yoldaşım var və mənə keçmiş halımı xatırladan bir qızım. Sevgi və nəşə dolu, hər gördüyü insanı öpür, çünki hər kəs çox yaxşıdır və ona heç kəs zərər verməz! Francesin üzgün, özünə zərər verən, ölü bir rokçu olduğumu düşünməsinə dözə bilmirəm.

Həqiqət budur ki, sizi axmaq yerinə qoymuram. Hec birinizi.
Əla edirəm, çox əla! Və minnətdaram, amma yeddi yaşından bəri insanlara inanılmaz bir nifrət duyuram. Sırf insanlara yaxşıyam və başa düşülən biriyəm kimi görünmək çox çətindir. Başa düşülən! Düşünürəm ki, sadəcə, insanları çox sevdiyim və onlara çox üzüldüyüm üçündür.
Keçən illər boyunca məktublarınız və marağınız üçün, odlar içində yanan mədə ağrısı cəhənnəmindən hamınıza təşəkkür edirəm.

Mən çox qərarsızam, ümidsizəm! Artıq köhnə həvəsim yoxdur və bunu xatırla, sönüb getməkdənsə yanmaq daha yaxşıdır.
Sülh, sevgi, xoş görünüş arzusu ilə! Frances və Courtney həmişə sizinlə olacam. Xahiş edirəm davam et, Courtney.
Frances üçün mənsiz həyat daha çox xoşbəxt olacaq… 

Sizi sevirəm, Sizi sevirəm…
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)