Edebiyyat.az » Musiqi » The curios case of Benjamin Britten

The curios case of Benjamin Britten

The curios case of Benjamin Britten
Musiqi
Necef Esgerzade
Müəllif:
12:28, 28 sentyabr 2019
1 477
0
 20-ci əsr ingilis klassik musiqisinin əsas siması olan Benjamin Britten doğulduğu şərqi İngiltərə sahilindəki kiçik balıqçılıq portunda hələ 3 aylıq olarkən pnevmaniyaya tutulur və ölümcül həddə çatan xəstəliyi, hər kəsi sanki onun yaxınlaşan ölümünə hazırlayır. Amma aradan illər keçir, Benjamin sağlamlığını bərpa edir, əla tennis oyunçusuna çevrilir, kriketlə məşğul olur. Stomatoloq olan atası ilə məsafəli uşaqlığında anası Edit oğlunu piano və notlarla tanış edir, 7 yaşından isə mütəmadi dərslərə cəlb edir. 3 il sonra bəstəkar skripka ifasına başlayır.Image result for benjamin britten
Fiziki cəzalara məruz qaldığı ilk məktəb illərindən Frank Bric’in orkestral poemasını (“Dəniz”) eşitdiyi 1924-cü ilə qədər bacısının musiqi hazırlıqlarından nə qədər faydalansa da, Benjamin üçün müasir klassik musiqi 14 yaşında olarkən görüşüb tələbəsinə çevrildiyi Bric’lə başlayır.
Təlatümlü son məktəb illərindən sonra Benjamin kifayət qədər nailiyyət əldə etsə də – hətta 1930-da Kral Musiqi Kollecindən təqaüd də qazanır – ailəsindən uzaq qalması onu musiqiyə yadlaşdırır. Müəllimi Bric’in təhrikilə BBC radiosunda fəaliyyətə başlayır və bu müddətdə (1935-1937) müxtəlif teatr, kino və radio proqramları üçün musiqilər bəstələyir. Tenor Piter Pirs’lə tanış olması da məhz bu dövrə təsadüf edir. Simli orkestr üçün yazdığı “Frank Bricin mövzusu üzrə variasiyalar” (1937) adlı bəstəsilə beynəlxalq arenada tanınmağa başlayır.
Anasının arzusu Benjamini Bax, Bethoven və Brams’dan sonra “4-cü B” olaraq görmək idi. 14-cü yaş gününə “Fidelio”nun (1805, Bethoven’in tək operası) tam partiyasını hədiyyə alan bəstəkar isə onu bürüyən ustadların kabusunu qovmağa çalışır, öz dünyasını formalaşdırır. İrəliləyən illərdə Debüssi və Ravel’lə orkestral idarəetməni qavrayır, həm də yeniliklər axtarır, Şönberq və Berq’ə müraciət edir, Stravinski’yə birmənalı yanaşmır, Şostakoviç’i ortabab adlandırır, Maler’in “Yer kürəsinin mahnısı”nı ilahiləşdirir.

Dostu Pirs’lə 3 illik Amerika səyahətindən çox uğurlu hesab olunan 26 yaşında yazdığı “Rekviem simfoniyası” (“Sinfonia da Requiem”, 1940) ilə qayıdır. Saffolk bölgəsindən Piter Qrayms adlı balıqçının tragik hekayəsini təsvir etdiyi eyniadlı ilk operası 1945-ci ildə səhnələşdirilir. Bəstəkarın ən sevilən (birinci şəxsin təkindən, red.) “4 dəniz interlüdləri” də məhz bu operadan çıxarışlardır.

Hər il yeni bəstəsilə çıxış etdiyi Aldeburq musiqi festivalının (açılış tarixi 1948) həmtəsisçilərindən olan Benjamin Britten müəllifi olduğu operalara Herman Melvil’in “Billi Bad” romanı və Henri Ceyms’in “Şər çənbəri” qorxu hekayəsinin motivlərinə uyğun əsərlərlə eyni adda yenilərini (1951, 1954) əlavə edir. 53-də yazdığı “Qloriana” 3 pərdəli operası isə Kraliça Elizabet’in taxtaçıxma mərasimi şərəfinə olsa da, kütlələr tərəfindən ifrat modern damğası yemişdi. Bəziləri – Şostakoviç, Rostropoviç – tərəfindən ‘XX əsrin şedevri’ kimi qiymətləndirilən “Müharibə rekviyemi” isə 1962-ci ilə təsadüf edir.

Sonuncu operası olan “Venesiyada ölüm”ü (1973) tamamladıqdan sonra ürək cərrahiyyə əməliyyatını uğurla başa vuran Benjamin Britten Aldeburqa köçərək həyatının son 3 ilini burada yaşayır. Həyatının sonuncu ilində yaşayan ilk bəstəkar kimi krallıq tərəfindən xüsusi təltifə layiq görülür və Baron tituluna yiyələnir. Ürək çatışmazlığından vəfat edən bəstəkarın ölüm tarixi 4 dekabr, 1976-dır.

Müəllif: Maxim         
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)