Edebiyyat.az » Palitra » Azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin Praqada keçirilən fərdi sərgisi haqda press-reliz

Azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin Praqada keçirilən fərdi sərgisi haqda press-reliz

Azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin Praqada keçirilən fərdi sərgisi haqda press-reliz
Palitra
admin
Müəllif:
18:05, 01 noyabr 2022
2 004
0
Azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin Praqada keçirilən fərdi sərgisi haqda press-reliz


 


Pressreliz

Vizual Sensasiya

Heyran Mustafa-Zadənin Praqada keçirilən fərdi sərgisi

 

Praqada azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin 7 aydır davam edən fərdi sərgisi başa çatır. Martın 30-da Praqadakı Randls qalereyasında açılmış “Visual Sensasiya” adlı sərgi rəssamın son beş ildə yaranan əsərlərinin bir hissəsini nümayiş etdirir. Layihə çərçivəsində rəssamın Vətəni haqda çex dilində müəllif təqdimatı baş tutub. Təqdimatda Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələrinin Heyranın yaradıcılığının formalaşmasında şəksiz rolu vurğulanıb. “Azərbaycan incəsənət ölkəsidir” devizi altda keçirilən açılış mərasimi İsfar Sarabski və Etibar Əsədlinin muğam-caz kompozisiyalarının müşayiəti, milli şirniyyatlar, şəkərbura və paxlava, Azərbaycan çayı və nar şərabının təmsil olunduğu süfrə ilə qonaqları qarşılayıb. Çex tamaşaçısı Heyranın dünyasını, fikir və emosiyalarını kətan və kağızda əks olan abstrakt kompozisiyalar, portretlər və təbiət mənzərələrinin köməyi ilə tanıyıb. 

Rəssam ümumi haqq, həqiqət haqqında heç nə bilmir, lakin o, öz fərdi, şəxsi həqiqətini danışa, bölüşə bilər. Biz bu sərgiyə mənim həqiqətimdən, mənim doğrularımdan bəhs edən əsərləri seçmişik. Çoxusu abstraksiyadır. Ümid edirəm ki, hər kəs orada öz həqiqətini görəcək, özünə aid duyğuları kəşf edəcək”, - deyə rəssam çıxışında qeyd edib. Sərginin kuratoru Sara Davis Heyranın rəsmlərindəki milli kimlik xüsusiyyətlərinə diqqət çəkərək, bu əsərlərdə milli buta ornamentini başlanğıc nöqtəsi kimi gördüyünü vurğulayıb. Təşkilatçılar Pavel Randls və Lucie Horjeyşi Heyranın özünəməxsus üslubundan, özünü-ifadənin yeni formasından, neo-ekspressionizmindən danışıblar.

Yeddi aylıq layihə çərçivəsində müəllifin müşaiyəti ilə ekskursiyalar da keçirilib, burada qonaqlar onları maraqlandıran sualları rəssamla birbaşa müzakirə edə, əsərlərin ideyası və yaranma tarixi ilə tanış ola biliblər. 

Rəssamın HEYRANAM brendi altında təqdim olunan əsərlərinin satışından əldə olunan gəlirin bir hissəsi əlilliyi olan insanlara dəstək niyyətilə xeyriyyə fonduna bağışlanıb.

Qeyd edək ki, Heyran Mustafa-Zadə son on il Praqada yaşayıb-yaradır. İşində müxtəlif texniki və medial təcrübələr aparır. Praqa İncəsənət və Dizayn İnstitutunun rəssamlıq və qrafika studiyasının məzunu olan Heyran müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir. Bu sərgi rəssamın ikinci fərdi sərgisidir.

 

WEB:www.heyranam.com

IG: mustaphazadeh

VİDEO REPORT: https://www.youtube.com/watch?v=DEcPfRHSeM4&t=176s

 




Press release

Visual Sensation

Personal exhibition of Heyran Mustafa-Zade in Prague

 

The solo exhibition of Azerbaijani artist Heyran Mustafa-Zade in Prague is coming to an end. Her exhibition "Visual Sensation" showcasing a part of the artist's work over the last five years opened at Prague's private Randls Gallery on March 30th this year. The project featured an author's presentation in Czech of her homeland, culture, history and traditions, which have played a pivotal role in shaping Heyran's art. An exhibition of abstract works and portraits, accompanied by the mugham-jazz compositions of Isfar Sarabski and Etibar Asadli, national sweets such as shekerbura and pakhlava, Azerbaijani tea and pomegranate wine was opened with the words 'Azerbaijan – Land of Art'. Through portraits, landscapes and abstract compositions the Czech viewer is introduced to the artist's knowledge of the outside world through a series of emotions conveyed through shapes and colours on canvas and paper

"The artist knows nothing of the universal truth, but can share her own, personal truth. We have chosen a few works that tell my truth. They are mostly abstract. I hope everyone sees something for his own, something personal in it," the artist said at the exhibition opening. Also speaking at the vernissage, exhibition curator Sara Davis emphasized the underlying national identity of Heyran's paintings, pointing out that she viewed the national ornamentation “buta” as the point of departure for her works. Organisers Paul Randls and Lucie Hořejší spoke about Heyran's unique style, a fresh form of expression that is categorized as neo-expressionism. 

The seven-month project also included guided tours with the author, where guests were able to discuss their questions directly with the artist and explore the idea and history behind the work. A portion of the proceeds from sales of the artist's work, available under the HEYRANAM brand, was donated to a charity foundation for people with disabilities.

Over the last ten years, Heyran Mustafa-Zade has been living and working in Prague. In her art she experiments with various techniques and media. As a graduate of Painting and Graphic Art Studios at Art & Design Institute in Prague, she has participated in various local and international exhibitions. This show is the artist's second solo exhibition. 

 

WEB: www.heyranam.com

IG: mustaphazadeh

VIDEO REPORT: https://www.youtube.com/watch?v=DEcPfRHSeM4 



Пресс-релиз

Визуальная Сенсация

Персональная выставка Хейран Мустафа-Заде в Праге

 

В Праге завершается персональная выставка азербайджанской художницы Хейран Мустафа-Заде. Выставка «Визуальная сенсация», демонстрирующая творчество художницы последних пяти лет, открылась 30 марта в пражской частной галерее Рандлс. Проект включает в себя авторскую презентацию на чешском языке художницей своей родины, ee культуры, истории и традиций, которые сыграли основополагающую роль в становлении творчества Хейран. Словами «Азербайджан – страна искусства», в сопровождении мугам-джазовых композиций Исфара Сарабского и Этибара Асадли, национальных сладостей шекербура и пахлава, азербайджанского чая и гранатового вина был проведен вернисаж выставки абстрактных работ и портретов. Через портреты, пейзажи и абстрактные композиции чешскому зрителю представлено познание художницей внешнего мира сквозь череду эмоций, переданных формами и цветами на полотна и бумагу. 

«Художник не знает ничего о всеобщей правде, но может поделиться своей, личной правдой. Мы выбрали несколько работ, рассказывающих о моей правде. В основном, это абстракция. Надеюсь, каждый в ней увидит что-то свое», - сказала при открытии выставки художница. Так же выступающая на вернисаже куратор выставки Сара Дэвис обратила внимание на скрытые черты национальной идентификации в полотнах Хейран, подчеркнув, что отправной точкой в этих работах она видит национальный орнамент бута. Организаторы Павел Рандлс и Люция Хоржейши рассказали об уникальном стиле Хейран, свежей форме самовыражения, которую относят к нео-экспрессионизму. 

В рамках семимесячного проекта состоялись также экскурсии в сопровождении автора, где гости могли напрямую обсудить интересующие их вопросы, ознакомиться с идеей и историей создания работ. Следует отметить, что часть доходов от продаж работ художницы, также доступных под брендом HEYRANAM, были переданы в благотворительный фонд поддержки людей с ограниченными возможностями.

Так же отметим, что последние десять лет Хейран Мустафа-Заде живет и работает в Праге. В своем творчестве экспериментирует различными техниками и медиа. Будучи выпускницей студии живописи и графики пражского института Art & Design участвует в различных местных и международных выставках. Данный показ является второй персональной выставкой художницы. 

 

WEB: www.heyranam.com

IG: mustaphazadeh

ВИДЕО РЕПОРТ: https://www.youtube.com/watch?v=DEcPfRHSeM4&t=176s 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)