Edebiyyat.az » Palitra » Təxəyyül Art Groupun “Neon-Xəzər” adlı yaradıcı qrup turu

Təxəyyül Art Groupun “Neon-Xəzər” adlı yaradıcı qrup turu

Təxəyyül Art Groupun “Neon-Xəzər” adlı yaradıcı qrup turu
Palitra
admin
Müəllif:
14:36, 30 iyul 2025
39
0
Təxəyyül Art Groupun “ Neon-Xəzər ” adlı yaradıcı qrup turu

Təxəyyül Art Groupun Neon-Xəzər adlı yaradıcı qrup turu


Təxəyyül Art Groupun təşkilatçılığı ilə qrup üzvləri arasında Neon-Xəzər adlı yaradıcı qrup turu təşkil olunub. İlk növbədə, Bakının Ramanı kəndində yerləşən Ramanı qalası, Ramanı muzeyi və yeraltı buzxana ziyarət olunub. Kəndin bələdçisi Qulamhüseyn müəllim ziyarətçilərə bu tarixi abidələr haqqında məlumat verib.

Sonra, Qala-Etnoqrafiya muzeyinin tərkibində olan 4 muzey və Zirə Eko-parkına ziyarət təşkil edilib. Burada da qrup üzvləri tarixi abidələr haqqında məlumatlar əldə ediblər.

Üçüncü ekskursiya  Mərdəkanda yerləşən Mərdəkan müdafiə qalasına olub.  Kəndin ağsaqqalı - Vidadi müəllim qala haqqında məlumat verərək qalanın keçmişdən müdafiə əhəmiyyətli olmasını söyləyib

Daha sonra qrup üzvləri Şağan kəndində yerləşən, Siyavuş Əlizadənin təsisçiliyi ilə yaradılan, Azərbaycanda ilk şəxsi Etno - Art mərkəzi - Sevda Abdullayeva adına “Xəzər” Muzey Mərkəzində olublar. Siyavuş Əlizadə ziyarətçiləri muzey haqqında məlumatlandırıb. Qrupun rəhbəri - Natiq Nəcəfzadə qonaqları salamlayıb, qrupun lideri, dosent - Gülağa Ələsgərov isə muzey əməkdaşlarına qrupun yaranması haqqında məlumat verib. Qrup müavini - rəssam, qrafik dizayner Vüsalə Yunusova muzeyin fonduna “Təxəyyül Art Group” un  birillik yubiley kataloqunu hədiyyə edib. Sonda isə Siyavuş Əlizadəyə qrup adından Təşəkkürnamə təqdim olunub, digər iştirakçılar isə sertifikatla təltif ediliblər. Tur iştirakçılarına Siyavuş Əlizadənin müəllifi olduğu “Bakılı belə danışır” adlı kitab hədiyyə olunub.

Tədbirin bədii hissəsində “Arşın malalan” filmindən, qızların kəlağayılarla rəqsi baş tutub.

Sonuncu gəzinti isə Novxanı kəndində yerləşən “Neon” muzeyinə olub. Muzey gəzintisindən sonra xatirə fotoları çəkilib.


Fidan Salmanova

Edebiyyat.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)