Edebiyyat.az » Palitra » Rauf Qədimov - Xoşbəxtliyin rəssamı

Rauf Qədimov - Xoşbəxtliyin rəssamı

Rauf Qədimov - Xoşbəxtliyin rəssamı
Palitra
nemət
Müəllif:
22:08, 08 sentyabr 2019
1 711
0
Rauf Qədimov - Xoşbəxtliyin rəssamı




Pablo Pikassonun əsərləri ilə tanış olduqda, rəssamın əsərlərində nə ifadə etmək istədiyini düşündükcə qəribə bir hissə qapılırsan.

"Ya bir dahi ya bir sərsəri?"

"Qeyri-simmetrika ilə çəkilmiş yüzlərlə əsər nə ifadə edir?"

"Niyə bu əsərlərin qiyməti milyonlar dəyərindədir?"


Bütün sualların yalnız bir cavabı var: Daima uşaq kimi qalmaq!


"Rafael kimi rəsm çəkməyi bacarmaq həyatımın 4 ilini aldı, amma bir uşaq kimi rəsm çəkməyi bacarmaq bütün ömrümü.- Pablo Pikasso


Bəli, Pikasso artıq 16 yaşında Rafael kimi rəsm çəkməyi bacarırdı. Hətta 8 yaşında ikən ilk əsəri olan"Pikador"u bitirmişdi. Ammaəlbəttə kiənənəvi təkrarçılıqla tarixdə qalmaq olmur. O səbəbdən Pikasso qalan omrü boyunca uşaq kimi rəsm çəkməyi oyrənməyə çalışdı. Mən hər şeyi olduğu kimi yox, düşündüyüm kim rəngləyirəmdeyirdi Pikasso. Eyniylə bir uşaq kimi.  İnsanlara, əsyalara, hadisələrə uşaq gözü ilə baxırdı, sevincini, kədərini uşaq kimi yaşayırdıuşaq kimi bölüşürdü. 

O, həyata necə gəldisə, elə yaşadı, elədə həyatını bitirdi. Xoşbəxtliyini tapmışdı Pikasso. Bəlkə də, hər əsərində xoşbəxtliyin rəsmini çəkirdi. 1902-dən 1904-cü ilə qədər "mavi dövr" adlandırılan illərdə xoşbəxtlik mavi, 1904-dən sonra "çəhrayı dövr" adlandırılan illərdə isə xoşbəxtlik çəhrayı rəngdə idi. İsa son şam yeməyini yeyən zaman, Sokrat zəhəri içən zaman belə bu xoşbəxtlik, səmimilik qarşısında gülümsəyərdilər. İndi mən də gülümsəyirəm.


Pikasso əsərləri ilə dahiliyin ən böyük sirrini açıqlayıb bu həyatla vidalaşdı. Təkcə rəssamlığın yox, digər sahələrin belə sirri bu nüansdadır. Daima uşaq qalmaq. Yəni bir ömür səmimi olmaq, kindən, nifrətdən uzaq durmaq. Bundan daha gözəl bir ömür düşünmək olarmı?


"Dərdli adam daha səmimi olur" - Pablo Pikasso


Həyatın bütün problemləri ilə, bütün dərdləri ilə səmimi uşaq kimi qalmaq- Bəlkə də, bu kiçik ömrün ən böyük fəlsəfəsi!





Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)