Edebiyyat.az » Poeziya » Fərid Muradzadədən iki poeziya nümunəsi

Fərid Muradzadədən iki poeziya nümunəsi

Fərid Muradzadədən iki poeziya nümunəsi
Poeziya
nemət
Müəllif:
00:40, 03 mart 2020
1 392
0
Fərid Muradzadədən iki poeziya nümunəsi



Bəlkə yadında qalacam

Bəlkə yadında qalacam
Uzun-uzun gecələri
Göz qırpmadan gözlədiyin
Açılmayan sabah kimi.

Bəlkə yadında qalacam,
İlk sevgisi daşa dəyən
Məsum qızın ürəyini ovsunlayan
biri kimi...

Bəlkə yadında qalacam
Ürəyində gizlətdiyin,
Heç bir zaman bir kimsəyə demədiyin,
O sehirli sözün kimi.

Bəlkə yadında qalacam
Şən , qayğısız üzündəki gülüş kimi.
Qönçə gül tək dodağında
Bir əbədi öpüş kimi.

Bəlkə yadında qalacam,
Ürəyini yaralamış, onu səndən oğurlamış,
Amma onu öldürməmiş
Didib- didib bitirməmiş
Vicdanını itirməmiş oğru kimi...

Bəlkə yadında qalacam
Xəyal kimi, röya kimi,
Bəlkə yadında qalacam
Dilindəki bir ömürlük dua kimi

Bəlkə yadında qalacam
Sinəndəki çəkilməyən bir ah kimi.
Bəlkə yadında qalacam
Məşhərə tək bağışlanmaz günah kimi...




 

Asan olurmuş

İlahi,necə də asan olurmuş ,
Kimlər üçünsə riyakar olmaq.
İlahi necə də asan olurmuş
Vicdanı itirib axtarmamaq.
İlahi, necə də asan olurmuş
Gözü kor,  qulaqları kar, dili lal insanın
Namusa boğulmayıb namusu boğması
Nəfsinə qul olması!
İlahi, necə də asan olur
Yaltaq məclislərdə
İlhamsız şairin ilhamı.
Ölüm hökmünə məhkum məhbus kimi
İçində vicdanın edamı...
İlahi, nə qədər adi görünür
Cəlladın qana hərisliyi.
İlahi necə dəhşət olur,
İnsan xəbisliyi.
İlahi, vəhşət deyilmi
,,Ağ adamların" qaraları
Qara həşərat kimi tapdaması,
Mənəviyyatı zəngin kasıbın
Dilənçi ayaması...
İlahi, necə  qaynardı
Gözdən çıxmayan göz yaşı,
Qəlbmi yaxıb-yandırırd
Üzdən axmayan göz yaşı.
İlahi, necə də dəhşət olurmuş,
Zülmə boyun əyən,
Kölə təfəkkürlü
Bədbəxt insanın balıq yaddaşı!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)