Edebiyyat.az » Poeziya » Rene Sülli Prüdom - Tellər

Rene Sülli Prüdom - Tellər

Rene Sülli Prüdom - Tellər
Poeziya
nemət
Müəllif:
00:03, 13 mart 2020
1 480
0
Rene Sülli Prüdom - Tellər




Mən dünyanı sevsəm də, sıxılıram dünyada,
Sıxır məni bu dünya, elə bil ki, qəbirdi.
Sevirəm bu dünyanı, lap köləsi olsam da,
Dünya min-min qandaldı, dünya min-min zəncirdi.

Vuruldum bu dünyaya, valeh oldum həmişə,
Gah işıqda dolaşdım, gah zülmətə çəkildim.
Qızıldan şüalarla zəncirləndim günəşə,
İşıqdan iynələrlə ulduzlara tikildim.

Doğulandan nəğməyə, şeriyyata qul oldum,
Təravətli çiçəktək nəğmə yığdım ovcuma.
Əzəldən şeir kimi gülənlərə vuruldum,
Zəncirlədim öpüşlə dodağımın ucuna.

Bu tellərdən asılıb bunca yaşanan illər,
Mən sevirəm onları, bu ki qəbahət deyil.
Azca titrəyən kimi bu zərif, kövrək tellər,
Özümdən bir parçanı itirirəm elə bil.

Tərcümə etdi: Qismət 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)