Edebiyyat.az » Poeziya » Elşən Təhməzovdan şeir

Elşən Təhməzovdan şeir

Elşən Təhməzovdan şeir
Poeziya
nemət
Müəllif:
19:39, 17 mart 2020
1 438
0
Elşən Təhməzovdan şeir






"O nəğməni mən yazmışam" 

Oxudun o həzin nəğməni sən də, 
Alışdı qəlbimin incə telləri.
Sənin yoxluğunu sənsiz görəndə,
De axı susarmı şair qələmi.

Mən də düşünürdüm həmin nəğməni, 
Kədər var amansız kədər var indi.
O nəğmə çoxunun titrətdi qəlbin,
Sən heçnə demədin sıra sənindi.

Başladın söylədin mənə tanışdı, 
O həmin nəğmədə adım səslənir.
O həmin payızdır, o həmin qışdır, 
Hansı ki Elşənin gözləri deyir. 

Növbə axır çatdı bəstəkarına, 
Dilləndi notlardan pianinodan. 
Bir az da musiqi qatdı bax ona,
Çoxusu dinlədi heçnə qanmadan. 

Sıra o sözlərin müəllifində, 
Çoxunda həyəcan maraq gizlənir.
Elşənin kədərli o şeirindən, 
Bir kaman dilləndi bir də gözlərin.











Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)