Şəms Ləngərudidən şeirlər

Poeziya
Şəms Ləngərudidən şeirlər
Məhəmməd Şəms Ləngərudi müasir İran şeirinin ən parlaq nümayəndələrindən biridir. 1950-ci ildə Gilanda doğulub. İlk şeirini İran şairi Nadir Nadirpurun təsirilə yazıb. İqtisadiyyat üzrə təhsil alıb, müəllim kimi fəaliyyət göstərsə də, görkəmli fransız şairi və təndiqçisi Şarl Pyer Bodlerə olan

Həsrət
Həsrət
qara üzüm salxımıdır.
Tapdala onu yaxşıca!
Tapdala!
Ağzını bağla, qoy qalsın.
Gör, necə məst edəcək səni bu kədər.
Gecikmisən
Əlifba yağır sanki
qəzet köşkünün damına.
Bir neçə hərf, bir dəstə də gül götürüb
yolunu gözləmək
keçir könlümdən.
Axşamüstü yağan yağış
vəznli, qafiyəli.
Yağır...
yağır...
yağır...
incə-incə,
aram-aram
və sən
gecikmisən.
Güllər
tələyə düşmüş quşlar kimi
çırpınır ovucumda.
Sən gəlməyəcəksən.
Bu şeirsə
uçmağı sevən, amma
qanadları olmayan
bir quş haqda nağıldır.
***
Kəsdiyimiz o duz-çörəyin hörmətinə
Çörəyi sən apar
Yolun uzundur
taqətinsə az!
Duzu saxla mənim üçün!
İstəyirəm bu yara
Həmişə təzə qalsın!
***
Eşq bir dükandır
sahibi illərdir ki, ölüb
Və sən hüznlü bir halda
bir tikə çörəyi
onun gözünün önündə oğurlayırsan.
***
İnsanların sevincinə etimad etmə,
Qar!
Yağan zaman nemətsən!
Elə ki yerə oturdun
Sən sadəcə bir lənətsən!
Sən də bir gün
Və bir gün sən də qocalacaqsan.
Mənsə bundan artıq qocalan deyiləm daha
Həyatımın bir anında dayanmışam.
Gözləyirəm gələsən,
qarşımdan keçəsən.
Qəşəng, qocalmış
və üzündə zülmətimdən əsirgədiyin nur.
Sənin eşqin
Səni sevirəm
Və eşqin adımdan süzülür
ziyarətgahın həyətində
gövdəsi yaralanmış tənha ağacın şirəsi kimi...
Möcüzələr dövrü keçib artıq
Gecikmisən, Musa!
Möcüzələr dövrü keçib.
Əsanı ver Çarli Çaplinə,
bir az gülək.
Düşmək zamanı
Külək əsir,
meyvə isə bixəbərdir.
Onun düşmək zamanıdır bu gün.
Çətindir
Çətindir qar adamı,
çətindir.
Günün aydınlığını sevirsən,
amma tərəddüd edirsən, nə badə gələ.
Şəms Ləngərudi ilə
Mən axı qığılcım kimi
atəşdən qaçmışdım.
Azadlıq havasında
Külə çevrilirəm.
Fars dilindən tərcümə edən: Ariz Tarverdiyev
Mənbə: Kaspi qəzeti
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Türkay Qasımova - Görünməzi görmək: Qadınların ədəbiyyat və reallıqda təmsili

Vladimir Nabokov Dostoyevski haqqında

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Tokio Universitetinin professoru Mirzə Fətəli Axundzadə haqqında