AHMET ERHANIN ŞEİRİ
1958-ci ildə Ankarada doğulub. Bir müddət Adana Dəmirspor komandasında futbol oynayıb. Zədə üzündən futbolla vidalaşan gənc Ahmet könlünü şeirə verib. Qısa müddətdə yazdığı poetik nümunələr Türkiyənin nüfuzlu ədəbi mükafatlarını qazanıb. Tanınmış şair yaradıcılığının ən çiçəklənən çağında 2013-cü ildə 55 yaşında xərçəng xəstəliyindən vəfat edib.
***
Ana, mən gəldim, üstüm başım
Uzaq yolların tozları içində
Çoxdan yırtıldı toxuduğun iplik kofta
Üstündə yaşıl naxışlarıyla
Ana mən gəldim, yoruldum artıq
Hər yol ağzında özümlə qarşılaşmaqdan
Həm acılı, sərxoş və sarsaq
Şeirlər çırpışdıran bir adam
Qurumuş quyunun suyu, əncirin
Südü çoxdan çəkilmiş
Bir zamanlar dünya sandığım bağçanı
Ayrık* otları, tikanlar bürümüş
Qapıdakı zınqırov nəmdən qaralmış
At nalı və sarımsak durur* amma
Oğlum məktub yaz deyən
Səsin hələ qulaqlarımda
Ana mən gəldim tordakı balıq
Qabdakl su qədər umudsuzam
Dizlərin dururmu başımı qoyacaq?
Ana mən gəldim, oğlun, xeyirsizin...
Çevirən A.Qaradərəli
Gerçekedebiyat.com
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Ayrık otları – taxıl zəmisində taxılın yoldaşı, bizdə ona gülül, yaxud bülül deyərlər.
*Sarımsağı evlərin qapısından sapları ilə asarlar ki, qurusun. Bu həm də yerli əhalidə sarımsağın evləri yad təsirlərdən qoruyacağı gələnəyi ilə bağlıdır.