Edebiyyat.az » Poeziya » Fərid Muradzadədən şeir

Fərid Muradzadədən şeir

Fərid Muradzadədən şeir
Poeziya
admin
Müəllif:
20:43, 12 avqust 2020
1 280
0
Fərid Muradzadədən şeir


 



Uşaq olam, uşaq olam, ax  indi,
 Uşaq ikən dərdi-qəmim yox idi
,
Uşaq idim arzularım çox idi,
Sanırdım ki, böyüyəndə çin olar...
Böyüdüm artdı qayğılar,
 Yaşananlar gün olmadı.


Xəyal dünyamı yıxdılar,
Arzularım çin olmadı...
Deyirdim bu kənddən şəhərə gedib,
Tələbə adını daşıyacağam,
Vaxtı bitən kimi şəhərdən dönüb
Elə bu kənddə də yaşayacağam,
Bütün gördüyümü, götürdüyümü
Balaca kəndimə daşıyacağam
Tələbə oldum, kənd olmadı...
Deyirdim diplomat olacam bir gün,
Fələk istəyimi gözümdə qoydu.
Sındı şüşə kimi bütün arzular,
Puç olan ümidlər qəlbimi oydu
Diplom aldım, diplomat olmadım...
Deyirdim nə vaxtsa elə bu kənddə
Muzey açılacaq
Eksponat kimi evimə düşən
,,Qrad" mərmisi də orda olacaq.
Kəndimə ,,Qrad" çox düşdü
Muzey olmadı...
Burda bayramlarda fişəng atılır,
Orda bayramlarda ölüm yağardı.
Burada səhərlər əmin-amanlıq
Orda bombardman ərşə qalxardı.
Evlər uçulardı, kəndlər yanardı,
Gecəni dağda-dərədə
Səhər hamı öz yurdunda
Elində, evində olardı.
 Burda gecələr hamı evində olsa da

 
elində olmadı...
Sevərdim qatar səsini
Gecənin bağrını yara-yara gedəndə.
Bir də bu sözü də sevərdim
,,Stansiya Akara " deyəndə.
Mən burda çox qatar gördüm,
Hər gün qatarla yol getdim
Amma o stansiya olmadı...
Deyirdim böyüyüb əsgər olacam,
Düşmən ürəyinə qorxu salacam
İntiqam alacam,  qisas alacam,
Mən əsgər olmadan Atəşkəs oldu 
qisas olmadı...
Amma ümidimi üzməmişəm mən
Bilirəm bu meydan çalxalanacaq.
Uçuq yurd yerində oba yerində
Üçrəngli bayrağım dalğalanacaq!

 Fərid Muradzadə

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)