Edebiyyat.az » Poeziya » Konstantin Simonov - Evin sənə əzizsə...

Konstantin Simonov - Evin sənə əzizsə...

Konstantin Simonov - Evin sənə əzizsə...
Poeziya
admin
Müəllif:
19:51, 15 avqust 2020
1 427
0
Konstantin Simonov - Evin sənə əzizsə...





Bu şeiri 1942-ci ildə rusların məşhur yazarı Konstantin Simonov yazıb.
O Simonov ki, şəxsiyyətinin və yaradıcılığının miqyası etibarilə bizim bəzi məhəlli, erməni sevdalısı, qədirbilməz degenerat mirzələr onun yanında mikroskopla da görünmür.
Şeiri axıracan oxumağınız lazım. Bir az da yaxşı tərcümə etmək olardı, amma yenə də...

Sevgilərlə Etimad Başkeçid


EVİN SƏNƏ ƏZİZSƏ...

Böyüyüb, bir rus kimi
Boya-başa çatdığın,
Beşikdə yelləndiyin
Ev sənə əzizdirsə;
O evin divarları,
Sobası, künc-bucağı,
Sənin ata-babanın
Ayaq basdığı yerlər
Sənə doğmasa əgər;

Arılar vızıldaşan,
Gül-çiçəkli bağça, bağ
Yüz il qabaq babanın
Bağda qoyduğu masa
könlünü oxşayırsa;
Evdə, həyət-bacada,
Dolaşıb, arsız-arsız
Ağacları sındıran,
Babanın masasının
Arxasında oturan
Düşmənin gəlməsini
istəmirsənsə əgər…

Sinəsindən süd verib,
Səni böyüdən anan,
O ana ki, çoxdandır,
Südü qurumuş artıq,
Və onun sinəsinə
Yalnız baş qoymaq olar…
Bu ananın xətrini
çox istəyirsənsə əgər;
əgr istəmirsənsə ki,
evində qalan düşmən
onun saçından tutub,
yerlərdə sürükləsin,
beşiyini yelləyən
o müqqəddəs əlləri
düşmənə paltar yusun,
əynini təmizləsin;

Volqa və Don uğrunda,
Döyüşlərdə can qoyan,
Karpat buzlaqlarında
İtkin düşən əsgəri –
Uşaqkən tez-tez sənin
başını sığallayan
qucaqlayan atanı
unutmamısansa əgər;
əgər istəmirsənsənsə ki,
qəbrində çevrilsin o;
ananın gözü önündə
onun əsgər şəklini
faşistlər tapdalasın,
üzünü ayaqlasın…

İkilikdə əl-ələ,
Tutub gəzdiyin qızı,
Hələ öpməyə belə
ürək eləmədiyin
o nazənin gözəli
faişistlərin əlinə
vermək istəmirsənsə əgər;
əgər istəmirsənsə ki,
qəddar, mənfur köpəklər
sənin könül dostunun
ismətini korlasın;

Əgər öz vətənini,
ananı, arvadını
yaraqlı faşistlərə
vermək istəmirsənsə,
bunu bilməlisən sən:
onları başqası yox,
sən xilas etməlisən.
O azğın düşmənləri
Sən öldürməsən əgər,
Heç kəs öldürməyəcək.
Bunu etməmisənsə,
Sus, sevgidən danışma.
Bu yurdu, ev-eşiyi
Vətənin adlandırma.
Qudurğan faşistləri
Qardaşın öldürürsə,
Qonşun məhv eləyirsə,
Bu, onların qisası
Onların intiqamı...
Amma sənə qətiyyən
Haqq qazandırmaq olmaz.
Başqasının əliylə
Axı qisas alınmaz.

Elə isə, faşisti
Öz əlinlə öldür ki,
Qoy sənin evində yox,
Faşistlərin evində
Yas düşsün, matəm olsun.
Bunu onların özü
İstəmişdilər çünki.
sənin yurdun, evin yox,
Onların evi yansın.
Qoy onların arvadı
Gözüyaşlı, dul qalsın.
Səni doğan qadın yox,
Onların anaları
qaralar bağlasınlar.
Qoy sənin ailən yox,
Onlarınkı yas tutsun.
Elə isə, dayanma
Heç olmasa, bir faşisti
Öldür, qisasını al!
Harda görsən, məhv elə.

Mənbə: Avanqard.net
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)