Ələsgər Əhməd - İllər sonra sevinmək!
Poeziya
Ələsgər Əhməd - İllər sonra sevinmək!
İllər sonra anladıq ki,
hər şeyin bir zamanı var
Qarlı havada,
qucaqda susdurulan uşaqlardı
İndi düşməni,
cəhənnəm alovunda danışdıran uşaqlar
Müharibə sevilməz ki,
Amma səni sevməyən də nifrətində ölməlidir
30 illik susqunluğun, hayqırışını
Tanrı da görməlidir
Gənc müxbirin göz yaşları
' Qarabağ işğaldan azad olundu'
Tanımadığın işarət tablolarını
göstərib, deyələr ki; Bu yolun sənin yolundu
Getdik də, vardıq da
Uzaqlardan gələn səsi,
eşitməyi bacardıq da
Gözlərin cəbhə yollarında
Ya sən getmək istəyirsən,
ya da sevdiklərinin qayıtmağını
Hər iki istək şərəflidir.
Və şərəflə ucaldırsan Azərbaycan bayrağını
Sənin mübarizən hər tərəflidir
Sənin Mübarizin göylərdən alqışlayır,
sənin Poladın xainləri bağışlayır
Yaşlılar gənc nəsildən xeyli razıdır
Şəhidlər yaşayan qazidir
Elçibəyin ruhu şaddır,
xatirələrini dəfn etdiyin torpaqlar da azaddı
Gör nə gözəl səslənir?
Müstəqil Azərbaycan respublikası
artıq bütöv ərazidir
Bu da,
bir vaxt ağlayanların- gülərüz rublikası
Daha sevgilər də fərqli olacaq
Daha bakının işıqları nurlu,
küçələri rəngli olacaq
Daş əvəzi dən atılacaq
Heykəlləri zibilləyən quşa da
İnsanlar sevəcəklər
Qovuşmaq üçün nə etablar keçiləcək,
nə şirin çaylar içiləcək Şuşada
Təsəvvür edə bilirsən?
Gülüşünə qurban olsun, bütün yalançı sülhsevərlər
Sevgilin müharibədən
torpaqlarla qayıdıb, gülürsən
Sevincdən görüşə razı olacaqsan,
görəcəksən ki, təksən
1 saat gecikəcəksən
Səni gözləyəcəyəm
Qarabağ mərkəzi parkında
Heç vaxt yerə enməmək həvəsi ilə,
Rəsulzadə nəfəsi ilə dalğalanan,
bayrağın altında.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ