Edebiyyat.az » Poeziya » Ələsgər Əhməddən terror nəticəsində vəfat etmiş körpə Mədinəyə şeir

Ələsgər Əhməddən terror nəticəsində vəfat etmiş körpə Mədinəyə şeir

Ələsgər Əhməddən terror nəticəsində vəfat etmiş körpə Mədinəyə şeir
Poeziya
admin
Müəllif:
00:32, 18 oktyabr 2020
4 347
0
Ələsgər Əhməddən terror nəticəsində vəfat etmiş körpə Mədinəyə şeir





Mədinə üçün

Sən hələ ilk sözünü,
qırıq-qırıq deyəcəkdin
Ananın qucağında,
atanın dağıdılmamış ocağında böyüyəcəkdin
Küçədə oynayanda,
gülümsəyəcəkdin qaça-qaça
Bu xalqın ürəyinə,
sənin gələcəyinə güllə dəydi, balaca


Özün əl boyda idin
Yoxluğun dünyadan da ağırdı
Səni mələklər çağırdı
Ətrin torpaqdan duyulucaq, çiçək-çicək
Göyün üzündə sağsan
Həyat davam edəcək
Amma sən həmişə,
1 yaş 4 aylığında qalacaqsan

Mələklər getsələr də ölmür,
Zəhra gedəndə bildim ki, gəlməyəcək
Sənə söz verirəm,
bacın ölməyəcək
Çarəsizlik-
güldüyün şəkilə ağlayaraq baxmaqdı
Bağışla, Mədinə, bağışla
Mən sağam,
mənim ölməyimi istəməyənlər də sağdı

Bacarmıram,
Terror quduz it kimi uşaqlara cumur
Adın gələndə susuram,
danışa bilmirdin, axı
Ölüm sözünü demədən,
ölən uşağı
Şeirlərdə də yaşatmaq olmur

Yaşasaydın,
bütün xoşbəxtliklər sənə gələrdi
Ağlamayasan deyə, 
atan gülərdi
Ölməzdi, geriyə bir yol tapardı

Təəsüf!
Səni dünyaya anan gətirdi,
anan apardı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)