Edebiyyat.az » Poeziya » Samuel Bekket - Şeirlər

Samuel Bekket - Şeirlər

Samuel Bekket - Şeirlər
Poeziya
admin
Müəllif:
22:18, 17 dekabr 2020
1 412
0
Samuel Bekket - Şeirlər


 
 
 


Nəsə orada
Nəsə orada
Harada bayırda
Axı harada                                                            
Bunda yox
Bəs nə
Daha nə
Haradasa orada bunda yox
Bax
Tanış olmayan səs belə qısa
Sus və onunla bütün dünya
Hələ çılpaq deyil
Göz
Böyük açılır
Böyük
Hələlik nəhayət
Heç nə
Onu bir də çırpmayacaq
Və bu da boş vaxt
Orada bayırda
Haradasa bunda yox
Elə bil
Eynən
Nəsə
Vacib deyil
Həyat
 
1974

 
* * *
Ora
Ora
Uzaq ağı
Kiminçünsə
Balaca
Gözəl nərgizlər
Get
Orada
Sonra oradan
Nərgizlər
Yenə
Get
Yenə
Uzaq ağı
Yenə
Kiminçünsə
Balaca
 
     1976
 
 * * *
Nəğmə
Sahildə
Gün başlayanda
Tənha ayaq səsləri
Tənha uzun səs
Və birdən səssizlik
Səssiz-küysüz
Sahildə
Uzun müddət səssizlik
Və birdən təzədən
Tənha ayaq səsləri
Tənha uzun səs
Sahildə
Gün başlayanda
     1976
 
 * * *
Sevgimin ölməyini istəyərdim
Və yağış yağardı qəbristanlığa
Və yolda veyillənən mənə
Onun birinci və axırıncısına ağlayaraq
Onun məni sevdiyini düşünənin
     1948
 
 Tərcümə: Həmid P.
 Mənbə: Literaz.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)