Rüfət Hacıəli - Dost.

Poeziya
Rüfət Hacıəli - Dost.
Bilmədim nəfsim mənə düşmən kəsilmiş, yada dost,
Heç gələrmi təngə can ruhumla tay, dünyada dost.

Təkcə cananım rəfiqim, canda yoxdur özgə can,
Göz yaşım! Axtarma eşqimdən kənar dəryada dost.
Baxma, hicranın əlindən olmuş ikən tar-mar,
Bircə dərdim can-şikarım, ovlamış səyyada dost.
Gülləri dərdim, çəmənlər lərzəyə gəlmiş dedi:
Bülbülün qəlbin qırıb, heç düşməyirsən yada dost.
Eylə ki köçdün bu aləmdən, Rüfət, qəbrində tək,
Başdaşın çək üstünə yat, yetmədi fəryada dost.
18.04.2021
Mövzuya uyğun linklər:
Nizami Bayramlı - Cabbar Çətinin poetik məhkəməsi: məsumluğun dağıdılmış mifologiyası
ŞvartsMan (Tamerlan) - Nikahdan kənar münasibətlər (hekayə)
Mətanət Teymurlu- “Cəhənnəmin Rənglərində Dante və Virgil”
Mətanət Teymurlu- Tarixlə Əfsanənin Kəsişdiyi Qadın
Fərid Muradzadə - Onore de Balzakın ”Qobsek” əsəri haqqında düşüncələr
Həmçinin oxuyun:

Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Əlabbas Bağırov - Köhnə kişi

Rövşən Yerfi - Ziyarət

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)