Edebiyyat.az » Poeziya » Fazil Hənifəyev - Kişi deyiləm?

Fazil Hənifəyev - Kişi deyiləm?

Fazil Hənifəyev - Kişi deyiləm?
Poeziya
nemət
Müəllif:
18:35, 01 fevral 2019
2 405
0
Fazil Hənifəyev - Kişi deyiləm?

            


                  Kişi deyiləm?

 Sənə kim deyib ki, mən seviləsi adamam?
 Kim deyibsə aldadıb, yalançının biridi!
 Xarakterim dözülməz, üzüm də meymun təhər,
 Saç saqqala qarışıb, dodaqlarım iridir.
 
 Ən yaxşı halda mən nifrətinə layiqəm,
 Pul qazanmaq əvəzinə gecə-gündüz yatıram.
 Ad günündə sənə mən nəylə hədiyyə alım?
 Siqaretçün pulu da mən atamdan alıram.
 
 İyirmi yaşa çatmışam, ətir işlətməmişəm,
 Paltarlarım köhnədi, tüstü qoxur çoxusu.
 Ən ucuz siqareti dükandan borc alıram,
 Ən bahalı ətrimsə qalın kent dörd qoxusu.
 
 Axşam rahat yatmaqçün şeir yazan adamam,
 Kənarda dur boğulma, görürsənki batıram.
 Hardan bilim mən nədir zərif qadın qucağı,
 Uzağı yorğanımı qucaqlıyıb yatıram.
 
 Bir şeyi də deyim də; həddən artıq tənbələm,
 Təqvimlərdən küsmüşəm, saatları saymıram.
 Axşam rahat yatmaqçun, gündüzlər dincəlirəm,
 Hətta tənbəlliyimdən hərdən nəfəs almıram.
 
 Pişik kimi vecsizəm, ördək kimi qorxağam,
 İlan təki soyuğam, qarğa kimi səmimi.
 Böcək kimi susqunam, bülbül təki çərənçi,
 Bayquş kimi sevirəm sakitlikdə yaşayım.
 Qalsa qanadlarıma qaranquşdan azadam,
 Mənim azad ruhumu nəylə bağlayacaqsan?
 Lap tutalım razıyam, gəl biz olaq sevgili,
 Sən bu qədər heyvanı harda saxlıyacaqsan?
 
 Əlli faiz şizofren, əlli faiz uşağam,
 Sadəcə süd yerinə pivə içib yatıram.
 Asudə vaxtlarım yaman əyləncəlidi,
 Danışıram divarla, cizgi filmə baxıram.
 
 Sənə danışdıqca mən gördüm necə yazığam,
 Öz halıma yanmağa kibritim də qalmıyıb.
 Məni şeytan yaradıb, "tanrı işi" deyiləm,
 Atam hər zaman mənə "kişi ağlamaz"deyərdi.
 Axşamlar ağlayıram,
 Yəqin, kişi deyiləm…


Müəllif: Fazil Hənifəyev
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)