Edebiyyat.az » Poeziya » Mircavid Ağalarov - Bakı

Mircavid Ağalarov - Bakı

Mircavid Ağalarov - Bakı
Poeziya
admin
Müəllif:
18:20, 19 noyabr 2021
1 540
0
Mircavid Ağalarov - Bakı



Bakı, saxta sevgilər şəhəri.
Qoynunda bu qədər yalanı,
Necə gəzdirirsən?
Bezib bu yalanlardan, 
İstəmirsən mi,
Bir aylı gecədə,
Özünü Xəzərin,
Murdar sularlnda boğasan? 


Bakı, saxta sevgilər şəhəri.
Sənin küçələrin şahiddir,
Neçə-neçə ayrılıqlara.
Nə qədər aşiqi məyyus edib o küçələr,
Sevdiyi ilə təsadüfən görüş arzulayan,
Çarəsiz aşiqi. 

Bakı, sənin küləyin,
Özünə kurtka ala bilməyənləri,
Üşüdür.
Sənin yağışın,
Çətiri olmayanları,
İsladır.
Sənin qarın,
Yaşlı xadimələri,
Yorur. 

Bakı, sənin o yoran isladan, üşüdən,
Yağışında, küləyində, qarında,
Saxta sevgililər romantika yaşayırlar. 

Bakı, o qədər kiçiksən ki,
İnsan özündən qaça bilmir.
Hara qaçsan,
Baxırsan ki, eyni yerdəsən. 

Bakı, bu qədər qəddar olma.
Kefsiz olduğumu görən kimi, 
Səmanı buludlar örtür. 

Bakı, tərk et məni.
Mən səndən gedə bilmirəm, 
Sən məndən get.
Qoy biraz rahat yaşayım. 

Bakı, sənin qoynunda qızla gəzmək də olmur,
Gah dilənçi, gah gül satan imkan vermir,
Dost adıyla, ömrümüzü verdiyimizlə,
Rahat gəzək 

Bakı, sənin skamyaların ya sınıqdır,
Ya dolu.
Sənin ağacların da özün kimidir.
Guya gözəldilər, 
Amma gözəl də deyillər. 

Bakı sənə nifrət edirəm,
Amma bu səni sevməmə əngəl deyil.
Bakı səni sevirəm.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)