Elsevər Hüseynoğludan üç şeir
Poeziya
Elsevər Hüseynoğludan üç şeir
YOL
Bu yolu bilmirəm necə keçəcəm?
Bu yol tikanlıdır, bu yol daşlıdır...
Bu yolda nadanlar çıxar qarşıma,
Bu yolda duranlar iki başlıdır.
Bu yolun enişi-yoxuşu vardır,
Bu yolun çox yola çıxışı vardır,
Bu yolun palçığı, yağışı vardır,
Bu yoldan şaşanlar gözü yaşlıdır.
Bu yollar ayırar ruhu bədəndən,
Bu yolda xəbərsiz gəlib, gedəndən,
Bu yolda ölmək var xırda nədəndən,
Bu yolda günahkar başı daşlıdır.
Bakı-09.07.2021
Tez gəl
Gecikmə, özünü cəld yetir mənə,
Başımın tükləri tökülür tez gəl.
Qəlbim də qocayar belə gedərsə,
Belimin qaməti bükülür tez gəl.
Getmisən bir vaxtdır gəlişin yoxdur,
Evimdə qəhqəhən, gülüşün yoxdur,
Halımdan bir xəbər bilişin yoxdur,
Üzümə qırışlar düzülür tez gəl.
Oldu yığın-yığın bulaşan dərdlər,
İçimdə it kimi ulaşan dərdlər,
Üstümə yağıtək culaşan dərdlər..
Qəlbimin telləri üzülür tez gəl.
Elsevər həsrəti, həsrətə qatar,
Dərdiylə oyanar, dərdiylə yatar,
Hər gecə bir hüznə, kədərə batar...
Səbrimin taqəti kəsilir tez gəl.
İsmayıllı-21.06.2021
Xoş avazlı şeir
Hər halını incələdim,
Bir qüsurun tapılmadı.
Gülər üzün, xoş əndamın...
Bir qələmə yapılmadı.
Çoxlarını unutmuşam...
Sən, gəl gözəl qal yadımda.
Elə dövran eləyək ki,
Dadın qalsın damağımda.
Xatırlamaq çətin gələr,
Qoyma səni tez unudum.
Eşqin şirin şərbəttəki,
İçim eşqin yudum-yudum.
Naz eləmə daha bəsdir,
Çox çəkmişəm qız, nazından.
Hərdən nəğmə söylə barı,
Xoşum gəlir avazından...
Bakı - 28.08.2021
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Əlabbas Bağırov - Köhnə kişi