Ələsgər Əhməd - Sarı zərf
Poeziya
Ələsgər Əhməd - Sarı zərf
Nə dəyişdi ki
Güllələr? Yox, onlar hələ də ölümə sədaqətlidi
Sizin torpaq sevdanız,
sevgiyə təzə öyrəşən hansısa cütlüyün qətlidi
Dəyməz!
Bu xaraba dünyada iki uşaq daha artıq nəfəs alsa,
Üç kişi daha çox sevsə,
Dörd qadın daha çox xəstə qeydinə qalsa
Yer kürəsi mənasız cüssəsini əyməz
Eşit, bolşevik, qızıl ordu,
Babanız mavzaleyindən xortlayıb gəlsin,
Stalinin ürəyi Berlin divarlarında partlayıb, gəlsin
Vicdan keyfiyyətindən üstün saymayın,
silah kəmiyyətini
Çünki tarix üzünüzə bir də tüpürməz,
sovet hakimiyyətini
Dinc əhali,
sakit Kiyev küləyi
Havanın havasını dəyişən, təkəbbür ordusu,
Sarışın caninin içində tənhalıq qorxusu
Öz ədalətinə söykənə bilməyən,
məsumlara çevrilməyən azsaylı rusların kürəyi
Pəltək dilin doğruları danışdığı həyəcanda
Pəncərəni açanda
alov üzündə cəhənnəm salar, dərbədər
Bir gün də zaman,
səni öz eqonda bombardman edər
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Viktoriya Tokarevadan povest
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
AZAD QARADƏRƏLİ - MORQDA KARANTİN* (“Morq çiçəkləri”, 2-ci kitab, roman)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )