Edebiyyat.az » Poeziya » Kənan Hacı - Pəncərədən daş gəlmir

Kənan Hacı - Pəncərədən daş gəlmir

Kənan Hacı - Pəncərədən daş gəlmir
Poeziya
nemət
Müəllif:
15:20, 03 fevral 2019
1 705
0
Kənan Hacı - Pəncərədən daş gəlmir
Yenə də yaxınlaşır
Səni sevdiyim fəsil.
Qarın çiçəklər kimi
Yerə endiyi fəsil.

Havalar soyusa da
Səndən soyumadım mən.
Üzün məndən dönsə də
Özümü qınadım mən.

Sən inadla susursan,
Pəncərədən daş gəlmir.
Pəncərəyə qar düşür,
Pəncərədən yaş gəlir.

Bu ilin yazı, qışı,
Bir ayrı yazı idi.
Ömrün ən isti qışı,
ən soyuq yazı idi.

Bəlkə məni bu qışdan
Sən özün çıxarasan.
Üstünə Günəş düşən
Qar kimi yumşalasan…

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)