Edebiyyat.az » Poeziya » Günel Mehri - Payız hərarəti

Günel Mehri - Payız hərarəti

Günel Mehri - Payız hərarəti
Poeziya
admin
Müəllif:
03:04, 27 sentyabr 2024
443
0
Günel Mehri - Payız hərarəti



Payız hərarəti çöküb içimə.

Bir az üşüyürəm. 

Amma sərbəstəm.

Payız yarpaqların tökür üstümə, 

Yarpaqlar rəqs edir

Düz ətrafımda.

Mən payıza varam. Payız da mənə.

Gah sarı, gah qızılıya,

Baxdıqca məstəm.

Payıza sevdalı olmaq nə demək?

O, gəldi-gedərdir, 

O, dəymə-düşər...    

İçimdəki quşlar köç edir gedə.

Yaman qüssəliyəm.

Üzüm gülsə də. 

Payız səmalardan axır üzümə ,

Ovcum göylərdədir,

Payız çöhrəmdə.

Onu damla-damla qoxlayıram mən,

Eşqin ətri gəlir.

Və mən xoşbəxtəm...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)