Edebiyyat.az » Poeziya » Fərid Muradzadə - Ayasofya

Fərid Muradzadə - Ayasofya

Fərid Muradzadə - Ayasofya
Poeziya
admin
Müəllif:
09:23, 09 may 2025
98
0
Fərid Muradzadə - Ayasofya



Ayasofya...

Yüzillərlə ismətini qoruyan Bizans gözəli

Bir gecədə təslim oldu

gündə beş dəfə azan səsinə 

Öldü sonuncu ümidi...

İnildədi illər boyu bir gün çalınar deyə

Əsrlərlə susqun-susqun gözləyən kilsə zəngləri.

Ayasofya...

Yunan gözəlliyini özünə hopduran 

Bizansın nişanəsi.

Onun qızıl əsrinin simvolu, son nümunəsi.

Ayasofya...

Ecazkar sənət əsəri

Ayasofya...

Yüzillərlə kilsə, yüzillərlə məscid

Və bir yüz ildə məsciddən muzeyə 

Muzeydən məscidə çevrilən məbəd!

Ayasofya...

Gecə azanından sonra

Tənhalığına ağlayan

Köhnə yaraları sızlayan 

Təzə yaraları qan çağlayan kilsə

Ayasofya...

Sənin mübhəm dərdini duya bilmədi

özündən başqa kimsə!

Ayasofya...

Tarixin sınağından keçən,

İki fərqli dinin ibadətgahı 

kəsişmə nöqtəsi, didişmə müstəvisi

Ayasofya, bilirsənmi ki,

Yeni tarixin yeni səhifəsi

hətta ilk cümləsi

Səndən yazıldı, sənlə yazıldı

Ayasofya...



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)