Edebiyyat.az » Poeziya » Fərid Muradzadədən şeir

Fərid Muradzadədən şeir

Fərid Muradzadədən şeir
Poeziya
nemət
Müəllif:
15:31, 11 may 2019
1 756
0
Fərid Muradzadədən şeir



Ünvanımı soruşursan ?
 
 Ünvanımı soruşursan ?
 söyləyim
 Hay-küylü şəhər,
 Küçələrə döşənmiş qənbər,
 Pəncərədəki dəmir məhəccər.
 Ünvanımı soruşursan?
 söyləyim
 Daş bina ,
 Binadan o yana
 Qarşıdakı ağac. 
 Binaların altındakı
 Saxlanc.
 Ünvanımı soruşursan?
 söyləyim 
 Mavi Xəzər,
 Çılğın ləpələr ,
 Adadakı qumsal təpələr.
 Ünvanımı soruşursan ?
 söyləyim 
 Ağacdakı yarpaq ,
 Qalın bir budaq,
 Meyvəni budağa bağlayan 
 Saplaq ,
 Qoxusu gözəl 
 Nemətləri bol torpaq.
 Ünvanımı soruşursan?
 söyləyim 
 Başı qarlı dağlar,
 Gur sulu çaylar,
 Dolanbac yollar,
 Ağ buludlar.
 Ünvanımı soruşursan ?
 söyləyim
 Dəli rüzgar,
 Ağappaq qar
 Ruhu oxşayan 
 Kaman , tar
 Ünvanımı soruşursan?
 söyləyim  
 Çarəsizlikdən doğan ümidlər 
 Sözə həsrət lal dillər,
 Duyğulu könüllər,
 Nəğmələr, sözlər,
 Utancaq ala gözlər ,
 Qara tellər,
 Bir də ,bir də
 Hüdudsuz göylər!
 
 
08.06.2018

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)